GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Naxçıvanın sabiq daxili işlər nazirinin qardaşının məhkəməsi: zərərçəkmişlər ifadə verməyə başladılar - TƏFƏRRÜAT

Naxçıvanın sabiq daxili işlər nazirinin qardaşının məhkəməsi: zərərçəkmişlər ifadə verməyə başladılar - TƏFƏRRÜAT

Tarix: 10-01-2019, 14:49 Bölmə :Cəmiyyət Baxış: 420
Naxçıvanın sabiq daxili işlər nazirinin qardaşının məhkəməsi: zərərçəkmişlər ifadə verməyə başladılar - TƏFƏRRÜAT


Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı növbəti dəfə hakim qarşısına çıxarılıb

Bakı Ağır Cinayətlər Məhkəməsində 1965-ci il təvəllüdlü Əhmədov Əvəz Hüseyn oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində şahidlər ifadə verib.

Şahid Habil Cəfərov dindirilən zaman bu iş üzrə zərərçəkmiş kimi tanınan Rəşad Tahirovun dostu olduğunu deyib. O, bildirib ki, Rəşad Tahirov ondan borca pul istəyib: "Rəşad məndən 40 min dollar borc istədi. Dedi ki, Əvəz Əhmədov ondan hədə-qorxu ilə pul tələb edir. Mən bu hadisəyə qədər Əvəz Əhmədovu tanımırdım, amma adını eşitmişdim. Rəşad dedi ki, Hörmət həkimin Əvəzə olan borcunu ondan istəyirlər. Rəşad 220 min dollar tələb edildiyini dedi. Mən də Əvəz müəllimə zəng edib, görüşmək istədiyimizi dedim. Ora gedəndə Əvəz müəllimə dedim ki, axı borc 140 min manatdır, niyə 220 min dollar istəyirsiniz? Biz razılaşmadıq. Rəşada dedim ki, dur, gedək. Rəşad qalxmadı, dedi ki, iki evinin sənədləri onlardadır. Əvəz Əhmədov da dedi ki, Rəşad qalxa bilməz. Sonra biz oturub yenidən danışdıq. 140 minə razılaşıb gəldik".

Suallara cavab verən Habil Cəfərov həmin görüşdə Əvəz Əhmədov tərəfindən heç bir hədə-qorxu ilə qarşılaşmadıqlarını deyib. Bildirib ki, çay içib, söhbət ediblər. Lakin məhkəmə ona sərbəst ifadəsində "Əvəz Əhmədov dedi ki, Rəşad qalxa bilməz" deməsini xatırladıb. Hakim bildirib ki, bu, hədə-qorxu ola bilərmi? Habil Cəfərov bu suala cavab verə bilməyib. Şahiddən soruşulub ki, Rəşad Tahirov ona Əvəz Əhmədovdan hansı hədələri aldığını deyib? Habil Cəfərov belə cavab verib: "Həbs ediləcəyindən qorxurdu".

Bu zaman şahidin ibtidai istintaqda fərqli ifadə verdiyi məlum olub. Belə ki, Habil Cəfərov istintaqda deyib ki, Rəşad Tahirov ona Əvəz Əhmədovun ailəsini və özünü məhv edəcəyini deyirmiş. Habil Cəfərovun bu epizod üzrə suallara cavabında ziddiyyətlər olub. H.Cəfərov sonda deyib ki, Rəşad Tahirov ona Əvəz Əhmədov tərəfindən ailəsinin məhv ediləcəyi ilə bağlı da hədə-qorxu gəlib.

Əvəz Əhmədovun vəkili şahidin çoxsaylı ziddiyyətli ifadələr səsləndirdiyi üçün şahidlər siyahısından çıxarılmasını istəyib. Hakim bildirib ki, şahidin ifadələrinə müşavirə otağında qiymət veriləcək. Prosesin davamında Əvəz Əhmədova sual verilib. Hakim soruşub ki, 220 min dollar tələb etdiyi halda bu məbləği 140 min dollara niyə endirib?

Əvəz Əhmədov belə izah verib: "Məndən armatur satışı üçün 140 min dollar istədilər. Bu işin qazancı 80 min dollar idi. Mən də buna görə 220 min istəyirdim. Sonra Habil də gəldi, danışdıq. Mən qazancımdan keçdim və öz halal pulumu istədim. Onlara qarşı insanlıq etmişəm".

Hakimin sualına cavabında Əvəz Əhmədov Rəşad Tahirova hədə-qorxu gəlmədiyini deyib: "Mən rəsmi olaraq şikayət edib, pulumu tələb etmişəm. Hədə-qorxu gələn idimsə, niyə şikayət edirdim?"

Daha sonra məhkəmədə şahid qismində Sahil Allahverdiyev dindirilib. Sahil Allahverdiyev də Rəşad Tahirovun dostudur. Məlum olub ki, Rəşad Tahirov Sahil Allahberdiyevdən də borc alıb.

S.Allahveridyev bildirib ki, Rəşad Tahirova 55 min dollar borc verib və hazırda həmin borcun bir qismini geri ala bilib: "Əvvəl 30 min istədi, mən də verdim. Aramızda dəfələrlə işə görə pul alıb-vermişik. Verəndə nə üçün lazım olduğunu soruşmadım. Sonra 25 min verdim. Artıq uzun zaman keçsə də pulu qaytarmadı. Mən pulu istəyəndə Əvəz Əhmədov adlı şəxsin ondan hədə-qorxu ilə pul aldığını, buna görə də pulu qaytara bilmədiyini dedi".

Şahid bu işlə bağlı əlavə məlumatının olmadığını, yalnız mətbuatdan informasiya əldə etdiyini deyib. Prosesin davamında hakim zərərçəkmiş şəxslərə sual verərək təqsirləndirilən Əvəz Əhmədovdan şikayətçi olub-olmadıqlarını soruşub. Hörmət Əsgərov heç bir şikayət və tələbinin olmadığını bildirib. Deyib ki, bu günə qədər də heç vaxt Əvəz Əhmədovdan şikayətçi olmayıb. Zərərçəkmiş Rəşad Tahirov isə Əvəz Əhmədovun həbs edilməsini istəmədiyini, lakin o, maddi zərərinin ödənilməsini istəyib.

Məhkəmənin növbəti iclası yanvarın 16-na təyin edilib.

İttihamda göstərilir ki, Əvəz Əhmədov Hörmət Əsgərov adlı şəxsi özünə məxsus Sabunçu rayonu ərazisində yerləşən "Park Plyus" əyləncə mərkəzində girov götürüb. Hörmət Əsgərovdan ona borclu olduğu pulu tələb edib. Daha sonra isə Hörmət Əsgərovun qohumu Rəşad Tahirov həmin borcu qaytaracaqlarını söz verib və buna görə də Hörmət Əsgərovu sərbəst buraxıb.

İttihama görə, Əvəz Əhmədov hədə-qorxu ilə Rəşad Tahirovdan 140 min dollar alıb. Elan olunmuş ittihamla Əvəz Əhmədov özünü günahkar bilməyib. Bildirək ki, sabiq nazirin qardaşı Əvəz Əhmədov hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilir.

Zərərçəkmişlər Rəşad Tahirov və Hörmət Əskərovdur. O, hər iki şəxsdən 140 min dolları hədə-qorxu ilə almaqda təqsirləndirilir. Əvəz Əhmədov Cinayət Məcəlləsinin 182.3.2-ci və 145-ci maddələri ilə ittiham olunur.

Zərərçəkmişlərdən Hörmət Əskərov Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci ilin dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib. Bildirək ki, Hörmət Əskərov da həbsdədir. O, dələduzluğa görə həbs edilib.

Xatırladaq ki, Əvəz Əhmədov qardaşı, general-leytenant Əhməd Əhmədovun vəzifədən çıxarılmasından sonra həbs edilib./Musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sabiq nazirin qardaşı məhkəmə qarşısına çıxarılır - GƏLİŞMƏ

    Sabiq nazirin qardaşı məhkəmə qarşısına çıxarılır ...

    3-12-2018, 10:49

  • 
  • Daxili işlər nazirinin qardaşının işi – Məhkəmədə

    Daxili işlər nazirinin qardaşının işi – Məhkəmədə ...

    3-12-2018, 10:20

  • 
  • Sabiq nazirin qardaşı sələmə pul verdiyi adamı girov saxlamaqda ittiham olunur

    Sabiq nazirin qardaşı sələmə pul verdiyi adamı ...

    7-12-2018, 13:14

  • 
  • Naxçıvanın keçmiş nazirinin qardaşı külli miqdarda əmlak əldə etməkdə günahlandırılır

    Naxçıvanın keçmiş nazirinin qardaşı külli ...

    29-11-2018, 14:52

  • 
  • “NMR-nın sabiq DİN rəhbərinin qardaşı 140 000 pulumu ələ keçirib”

    “NMR-nın sabiq DİN rəhbərinin qardaşı 140 000 ...

    21-05-2018, 21:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu