GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Koreyalılar 1966-cı ildə dünyanı necə mat qoydu...

Koreyalılar 1966-cı ildə dünyanı necə mat qoydu...

Tarix: 11-01-2019, 09:45 Bölmə :Cəmiyyət Baxış: 353
Koreyalılar 1966-cı ildə dünyanı necə mat qoydu...


“Futbol barış oyunudur, insanları dostluğa, qardaşlığa səsləyir”.

Bu məşhur ifadə gözəl səslənsə də, heç də gözəl səsləndiyi kimi əməldə həyata keçirilib dövlətlər arasında barışıq, xalqlar içində isə, qardaşlıq-dostluq nümunəsi ola bilmədi, bilmir, bilməyəcək də...

İmperialist Qərb dövlətləri yaşıl meydanlarda nümayiş olunan idmanın şahını əksər hallarda hərbi, siyasi gücünün bir qolu kimi nümayiş etdirir. Qısası futbolun yaşıl meydançası siyasi, hərbi poliqonlara çevrilir.

İmperialist İngiltərə də 1966-cı ildə ev sahibliyi etdiyi futbol üzrə DÇ zamanı futbolu siyasi poliqonu çevirməyə cəhd etdi, qismən də olsa istəyinə nail oldu.

Bu cür idman adına yaraşmayan addımın atılmasının əsas səbəbi bizlərə Şimali Koreya kimi sırınan (Qərb imperializmi nəticəsində), rəsmi adı isə Koreya Xalq Demokratik Respublikası olan dövlətin DÇ-kı iştirakıyla bağlı idi. Belə ki, imperialist dövlətlər bloku olan ABŞ, Fransa, İngiltərə (B.Britaniya) və əksər kapitalist dövlətləri nəyin bahasına olursa-olsun gənc sosialist dövləti mundialdan kənar qoymaq istəyirdi. Çünki onlar Koreya yarımadasında KXDR-ın ərazi bütövlüyünü, suverenliyini qəbul etmək istəmir, yalnız paytaxtı Seul olan ABŞ-ın yaratdığı marionet Koreya Respublikasını tanıyırdılar. Başda SSRİ olmaqla sosialist bloku ölkələri bu cür ayrı seçkiliyə görə mundialı baykot edəcəklərini açıq bəyan etdikdən sonra İngiltərə güzəştə getmək məcburiyyətində qalır. Lakin, bu güzəşt də öz-özlüyündə KXDR-ə qarşı mənəvi terrorsuz, diskriminasiyasız yan keçmir. Belə ki, gənc Koreya dövlətinə aşağıdakı şərtlərlə DÇ-da iştirakına icazə verilir:

1. İngiltərə KXDR müstəqil, suveren dövlət kimi tanımır, lakin həmin ölkəni təmsil edən yığmanın iştirakına razılıq verir;

2. İştirakına icazə verilən yığma KXDR kimi deyil, Şimali Koreya yığması adı altında iştirak etməliydi.

Bu iki şərtdən başqa rəsmi London ABŞ və onun əlaltısı olan Cənubi Koreyanın “xahiş”ini nəzərə alaraq, KXDR-in dövlət himninin səslənməsinə yol verməmək üçün belə qərar çıxarır ki, yalnız mundialın açılış və final oyunuda iştirak edəcək dövlətlərin himnlərinin səslənməsinə icazə verilir.

Bu qərarla dumanlı albion demokratiya, insan hüquqları, başqa dövlətlərin daxili işinə qarışmama, idman yarışları zamanı qəbul edilən beynəlxalq hüquqları kobudcasına pozaraq gerçək simasını göstərmiş oldu.

Görəsən İngiltərəni bizlərə ən parlaq demokratik dövlətlərdən biri kimi təbliğ edən özündən bixəbərlər, boşqabdibi yalayanların yuxarıda qeyd edilən faktdan xəbərdardırlarmı?! Nə isə...

Adı çəkilən “dövlətlərin” gənc Koreya dövlətinə bü cür “qonaqpərvər” münasibəti və mundialda ilk dəfə iştirak edən koreyalılar vətənlərinin parçalanmasında əvəzsiz xidmətləri olan Qərb və kapitalist dövlətlərini öz oyunları ilə heyrətləndirməliydilər. Bu mundialda KXDR-in ən qatı düşməni olan ABŞ iştirak etməsə də onun müttəfiqləri Fransa, İngiltərə, AFR-sı kimi NATO blokunun üzvü olan dövlətlər iştirak edirdilər. Adı çəkilən dövlətlər

Koreya müharibəsi zamanı marionet Cənubi Koreyaya öz “sülh məramlı” hərbi birlikləriylə dəstəyini əsirgəməmiş, yüzminlərlə günahsız mülki əhaliyə qarşı vəhşiliklər törətmişdilər. Odur ki, koreyalılar üçün bu yalnız futbol oyunu deyil, 16 il əvvəl başladılmış müharibənin yaşıl meydana köçürülərək yenidən davamı demək idi. Koreyalılar düşmən dövlətləri üzərində, yalnız nümayiş etdirəcəkləri mübariz oyunlarıyla zəfər qazanıb qisaslarını almalıydılar. Futbolçuları İngiltərəyə yola salan zaman KXDR-in Prezidenti Kim İr Sen onlara belə müraciət etdi: “Bütün Asiya və Afrikanın məzlum xalqlarını sizlər təmsil edirsiniz ona görə də mümkün qədər bizi və iki qitəni layiqincə təmsil edin”.

Həqiqətən də bu mundialda Afrika qitəsindən heç bir dövlət təmsil olunmayıb, Asiyanı isə, yalnız KXDR təmsil edirdi.

Bütün dövlətlərin gözündə koreyalılar debütant olmaqla yanaşı, yeganə autsayder də hesab olunurdular.

Mundialda koreyalılar iki qat DÇ olan İtaliya, 1962-ci il DÇ-ın bürünc mükafatçısı və Amerika Kubokunun üç qat bürünc, iki qat gümüş mükafatçısı Çili, nəhayət son Avropa çempionu SSRİ kimi güclü yığmalar birgə 4-cü qrupda yer alırdı. Odur ki, belə güclü qurupda yer alan autsayderin nəyinki möcüzə edib bir xal qazanacağı, heç bir qol da vura bilmədən, qapısında çoxsaylı qollar görərək mundialı biabırçı məğlubiyyətlərlə tərk edəcəyi vurğulanırdı. Demək olar ki, hamı bu düşüncədəydi.

Qrupdakı ilk matçı koreyalılar 12 iyul 1966-cı ildə böyük qonşusu və “qardaşı” hesab etdikləri SSRİ-yə qarşı keçirdilər. Oyun “böyük qardaşın” 3-0 hesablı qələbəsiylə yekunlaşdı. Onuda qeyd edim ki, bu oyunun Azərbaycan və bütün azərbaycanlı futbol azarkeşləri üçün də əlamətdar hadisə kimi tarixə həkk oldu. Belə ki, bu oyunda Neftçi klubunun əfsanəsi, həmyerlimiz Anatoli Banişevski SSRİ yığmasının start heyətində yer alaraq, matçın 33-cü dəqiqəsində sovetlərin ikinci qolunun müəllifi olur.

Qrupun ikinci oyununda koreyalılar Çili yığması ilə oyuna çıxır. Oyunun 28-ci dəqiqəsində latın amerikalılar hesab açsalar da, koreyalılar mübariz oyun göstərərək maçın 88-ci dəqiqəsində Pak Sın Cinin qolu sayəsində hesabı bərabərləşdirərək, son nöqtəni qoyurlar. Bununla koreyalılar ilk qolunu və xalını qazanırlar. Bu oyun İngiltərə mətbuatı və azarkeşlər arasında müzakirə obyektinə çevrilir.

Qrupdakı sonuncu oyun nəhəng İtaliya yığmasına qarşı idi. Hər kəs koreyalıların darmadağın olacağına əmin idilər. 19 iyulda matçın start fiti verildi. Hamının gözlədiyi kimi matç squadra-abzuranın kəsərli hücumlarıyla başladı. Koreyalılar inadla müqavimət göstərməklə yanaşı əks hücumlarla da italyanlara həyəcanlı anlar yaşadırdılar. Oyunun kuliminasiya nöqtəsi 42-ci dəqiqədə baş verir, topu ələkeçirən Pak Du İk qarşısı alınmaz zərbə endirərək italyanların torunu sirkələyir. Bütün Midlsbro şəhərinin “Eyrsom Park” stadionu heyrətlənərək ayağa qalxır. Birinci hissə bu hesabla bitir. İkinci hissədə squadra-abzurra nə qədər kəsərli hücumlar edərək, 100%-li qol imkanları əldə etsələr də koreyalıların qapıçısı Li Çanq Munq alınmaz qalaya çevrilir. Hakimin final fiti koreyalılarının qələbəsini rəsmləşdirir. Azarkeşlər heyrət içində olsalar da koreyalıların nümayiş etdirdiyi mübariz oyun və qələbəsini ayaq üstündə alqışladılar. Bütün İngiltərə və dünya mətbuatı bu qələbədən yazır, radio-televiziya bu hadisədən danışırdı. İtalyanın bu məğlubiyyəti 3 may 1949-cu ildə “Turin” futbol klubunun təyyarə qəzasına uğrayaraq klubun bütün şəxsi heyətinin ölümü ilə nəticələn fəciədən sonra, ikinci faciəyə, fəlakətə çevrilir. Əgər birinci fəlakət bədbəxt hadisə

idisə, ikinci rüsvayçı fəlakət kimi qiymətləndirildi. Bu məğlubiyyətdən sonra mundialı vaxtından əvvəl tərk edərək vətənlərinə qayıdan italiyalı futbolçular ilə yığmanın idarə heyətini hava limanında azarkeşlər yumuta-pomidor atəşinə tutdular.

Squadra-abzurra üzərində parlaq zəfər sayəsində koreyalılar qrup ikincisi olaraq, ¼ final mərhələsinə yüksəlirlər. Eyni zamanda bu qrupun birincisi SSRİ olduğundan, qrupdan qalib çıxan hər iki komanda sosialist dövlətləri olur.

¼ final mərhələsində koreyalıların rəqibi “Avropanın Braziliyası” adlandırılan güclü Portuqaliya yığması olur. Artıq hamı koreyalıların asan yem olmadıqlarını anlamış, pireneylilərin də asan qələbə qazanacağına əminliklə dilə gətirməyə cürət edənlər azalmışdır.

Bu matç 23 iyulda Liverpulun “Qudson Park” stadionunda baş tutur.

Oyun başlayır. Artıq maçın 1-ci dəqiqəsində Pak Sın Cin hesabı açaraq, portuqaliyalıları mərkəzə dəvət edir və stadionu ayağa qaldırır. 22-ci dəqiqədə Li Don Un fərqi ikiyə qaldırır. Cəmi 3 dəqiqə sonra Yan Sın Quk üçüncü dəfə portuqaliyalıları məyus edir. Portuqaliya komandası və ağzına kimi dolmuş stadion şok içindədi, bu cür başlanğıcı heç kim gözləmirdi. Qısası ilk 25 dəqiqə meydanda yalnız bir komanda olur – Şimali Koreya!

Tədricən toparlanmağa çalışan portuqallar 27-ci dəqiqədə Eysebiyonun qolu ilə fərqi ikiyə endirir. Qarşılıqlı hücumlarla davam edən matçın 43-cü dəqiqəsində koreyalıların qapısına 11 metrlik cərimə zərbəsi təyin edilir. Eysebiyo ikinci dəfə topu rəqib qapısına göndərək fərqi birə endirir. Birinci hissə koreyalıların qələbəsiylə bitir.

İkinci hissə portuqaliyalıların kəsərli hücumları ilə başlayır, koreyalılar isə əks hücuma üstünlük verirlər. 56-cı və 59-cu dəqiqlərdə Eysebiyonun qollarıyla hesab 4-3 olur. Ruh yüksəkliyini ələ keçirən Portuqaliya oyuna diqtə edən tərəfə çevrilir. Matçda son nöqtəni 80-ci dəqiqədə Joze Auquştu qoyaraq yekun hesabı təyin edir: 5-3.

Koreyalıların hesabda irəli olaraq məğlub olmalarının əsas iki səbəbi var. Birinci fiziki cəhətdən rəqibinə uduzmaları, ikinci isə beynəlxalq dərəcədə oyun təcrübələrinin olmaması. Məhz bu təcrübənin olmaması sayəsində koreyalılar topa nəzarət, vaxt udmaq kimi taktiki fəndlərdən istifadə edə bilmədilər. Bir maraqlı məqamı da diqqətinizə çatdırım ki, Koreya yığmasının heyətində orta boy hündürlüyü 162 sm, ən hündür boylu futbolçu isə 168 sm boya malik yığmanın əsas qapıçısı Li Çanq Munq idi. Bu yığma mundialın ən bəstəboy yığması idi. Lakin buna baxmayaraq koreyalılar boylarından hündürə tullanaraq tarix yazmağı bacardılar.

Bu məğlubiyyətə baxmayaraq koreyalılar dumanlı albionu başı uca tərk edirlər. Hətta DÇ-na təşrif buyuran bütün futbol azarkeşləri koreyalıları alqış sədalakı ilə yola saldılar.

Koreyalılar, onlara qarşı mənfi münasibətlər bəsləyərək ictimaiyyət qarşısında onları gözdən salmaq istəyən bütün qüvvələrin istəklərini gözlərində qoyararaq, özləri haqqında 180 dərəcə fərqli münasibət bəslənilməsinə nail oldular. Mundialda bu cür uğurlu çıxışı ilə koreyalılar düşmənlərinə ən ağır zəbələr vuraraq, dünyaya səs saldılar.

Koreyalılar İtalya yığması üzərində qələbənin sevincini belə paylaşırlar

Bu yazını yazmaqla oxuculara, xüsusi ilə də Qərb imperializminin təsirinə düşən yazıqlara bildirmək istəyirəm ki, Şimali Koreya adında dövlət yoxdur, başkəndi Pxenyan, lideri Kim Çen In olan Koreya Xalq Demokratik Respublikası var. Bu dövlət haqqında bizlərə çatdırılan məlumatlar “BBC”, “CNN” və digər bu kimi kanalların uydurmalarından başqa bir şey deyil. Adı çəkilən dövlət mövcud olduğu 70 illik tarixi ərzində heç xarici ölkənin ərazisinə hücum etməyib, Azərbaycan da daxil olmaqla 3-cü dünya ölkələrində münaqişə, qiyam, çevriliş, separatçılıq kimi fəaliyyətlər də əli olmayıb və ya maliyələşdirməyib. Bu sadaladıqlarımı həyata keçirən “məcnun” kimi aşiq olduğunuz ABŞ, İngiltərə, Fransa kimi imperialistlər blokudu. Ona görə də başda ABŞ olmaqla bütün Qərb imperializminin təbliğatına aldanıb bu

ölkəyə ikrah, nifrət hissi bəsləməkdənsə “açıq” gözlərinizlə dünyaya baxıb, analizlər etsəniz daha yaxşı olar.

Ən azından KXDR və bu kimi dövlətlərin tarixlərini obyektivliklə mütaliyə etsək, təhrif olunmayan, dürüst faktlardan xəbərdar olarıq. Nəticədə, həqiqətən hansı dövlətlərin imperialist, xalqlara qarşı kütləvi qırğınlar törədən qaniçən olduğunu üzə çıxar.

Abdulla İsmayıloğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şimali Koreya: “ABŞ-ı külə çevirərəm”

    Şimali Koreya: “ABŞ-ı külə çevirərəm” ...

    18-08-2014, 10:19

  • 
  • 2018-ci il Qış Olimpiyası: Cənubi Koreya Şimali Koreya nümayəndələrinin xərclərini ödəyir

    2018-ci il Qış Olimpiyası: Cənubi Koreya Şimali ...

    14-02-2018, 11:57

  • 
  • ABŞ hərbi gəmilərini Koreya yarımadasına yollayıb

    ABŞ hərbi gəmilərini Koreya yarımadasına yollayıb ...

    9-04-2017, 23:15

  • 
  • Diktatorun gözəl qızlar “həmləsi”: Dünya mat qaldı - FOTOLAR

    Diktatorun gözəl qızlar “həmləsi”: Dünya mat ...

    8-01-2017, 23:01

  • 
  • Tramp Şimali Koreyaya xəbərdarlıq etdi

    Tramp Şimali Koreyaya xəbərdarlıq etdi ...

    29-07-2017, 17:53


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (11)
Avqust 2025 (572)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu