“Bastainfo.com” saytının baş redaktoru, Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəylinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə Mustafa Hacıbəylinin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra Mustafa Hacıbəylinin vəkili Osman Kazımov vəsatətlə çıxış edib. O, cinayət işinə xitam verilməsini istəyib.
Məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmənin baxış iclası yanvarın 22-nə təyin edilib.
Mustafa Hacıbəyli Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Mustafa Hacıbəylinin barəsində ötən ilin yayında cinayət işi başlanıb. O, Gəncədə baş verən ixtişalardan sonra rəhbərlik etdiyi saytda silsilə yazılar dərc edib.
Mustafa Hacıbəylinin barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?