Rusiyanın dövlət media nəzarətçisi - Roskomnadzor bildirir ki, Britaniyanın BBC tele-radio yayımçısının Rusiya qanunlarına uyğunluğu məsələsini araşdırır.
Xəbər verilir ki, Roskomnadzor BBC-nin İslam ekstremizmini təbliğ etməsinə dair iddiaları təhqiq edir.
Roskomnadzorun 10 yanvar tarixli bəyanatında deyilir ki, BBC-nin internet saytlarının Rusiya qanunlarına uyğunluğu məsələsinə baxılır. Buna səbəb guya bu saytlarda “Əbu Bəkr Əl-Bağdadiyə bağlı terrorçu qruplaşmanın ideoloji prinsiplərinin açıqlanmasına yol verilməsidir”.
Əbu Bəkr Əl-Bağdadi İslam Dövləti adlandıran ekstremist qruplaşmanın lideridir.
Ötən ay Roskomnadzor bildirmişdi ki, BBC World News kanalının Rusiyadakı fəaliyyətinin və onun internet saytlarının araşdırılmasına başlayıb.
Bu bəyanatdan bir gün əvvəl Britaniyanın media gözətçisi Ofcom bildirmişdi ki, Rusiya dövləti tərəfindən maliyyələşdirilən RT telekanalına qarşı sanksiyaların tətbiqi məsələsinə baxır. Ofcom RT-ni bu ilin əvvəllərində efirə verilmiş yeddi proqramda tərəfsizlik prinsiplərinin pozulmasında ittiham edir.
Ofcom RT-nin tərəfsizlik prinsiplərini pozması və efirə “mahiyyətcə çaşdırıcı materiallar verməsi” barədə iddialarını 2012-ci ildən bəri səsləndirir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?