Rusiyanın dövlət tele-kommunikasiya tənzimləyicisi Roskomnadzor bu gün bəyan edib ki, xidmətin bloklanması ötən həftə məhkəmənin qərarına əsaslanır.
“Roskomnadzor Taqanski rayon məhkəməsinin Rusiya ərazisində İnternetdə Telegram-dan istifadənin məhdudlaşdırılmasına dair qərarını aldığını və aprelin 16-da provayderlərə bu haqda məlumat verildiyini bildirib.
Aparıcı internet provayderləri olan Beeline, Megafon, Yota, MTS və Tele2-nin müştəriləri aprelin 16-da artıq Telegram-a girə bilmədiklərini, blokadanı yarmaqdan ötrü VPN-dən istifadə etdiklərini deyib.
Roskomnadzor rəhbəri Aleksandr Jarovun dediyinə görə, “Telegram-ın blokadasını yarmaq üçün istifadə olunan alətlərə qarşı hüquq çərçivəsində tədbirlər görüləcək”.
Jarov deyib ki, rəhbərlik etdiyi qurum ABŞ-da mənzillənən Apple şirkətinin App store-dan, Alphabet-dən isə Google Play-dən Telegram app-sini silmələrini rəsmən istəyəcək.
Telegram-ı təmsil edən hüquq müdafiəçisi və vəkil Pavel Çikov aprelin 16-da deyib ki, vəkillər bağlanmanı bir neçə ay ertələyə biliblər, bu da bütün dünyada durum barədə maarifləndirmə aparılmasına yardım göstərib.
Telegram-ı Durov qardaşları 2013-cü ildə yaradıb və bütün dünyada 200 milyondan çox istifadəçisi var.
Bu mobil mesajlaşma əlavəsi istifadəçilərin yazışmalarının kənardan oxunmasına imkan vermir.
Rusiyalı fəallar və hökumət tənqidçiləri Telegram və digər sosial media vasitəsilə antihökumət nümayişləri haqda informasiya, prezident Vladimir Putin və yaxın dostları barədə korrupsiya iddialarını yayıblar.
Sorğu
Yeni dizaynımız necədir?