Moskva qarnizon hərbi prokurorluğu Federal Təhlükəsizlik Xidmətinin mayoru Pyotr Koryuqini 8 il həbs cəzasına məhkum edib. Koryuqinin günahı ondan ibarətdir ki, o azərbaycanlı biznesmenin öz həmyerlisindən qisas almaq üçün hazırladığı planda iştirak edib. Bu plana əsasən FTX zabiti biznesmenin “xoşu gəlməyən” azərbaycanlının cibinə narkotik atıb tutdurmalıydı.
Gundemxeber.az xəbər verir ki, 2017-ci ilin yazında Moskvadakı “Sadovod” bazarında işləyən Azərbaycan vətəndaşı Rəşad Əsədov öz həmyerlisi-həmin bazarda “importnı” kişi köynəklərinin ticarəti ilə məşğul olan Yusif Xəlillayevdən qisas almaq qərarına gəlir. Həsənov hesab edirdi ki, Xəlilov çox yaxşı qazanır və əla yaşayır.
İstintaqın versiyasına əsasən Əsədov öz tanışı vasitəsilə FTB-nin Moskva idarəsinin əməliyyatçısı Pyotr Koryuqinə təklif edib ki, Xəlillayevin maşınına narkotik atsın və ondan babat pul qoparsın. Xüsusi xidmət əməkdaşı bu təkliflə razılaşıb, əlbətdə ki, sanballı qonorar qarşılığında. O, DİN-in Lyublino rayonu üzrə polis idarəsinin cinayət axtarış şöbəsinin rəisi, kapitan Pavel Filatovu və onun tabeçiliyində olan leytenant Pavel Drozdovu bu işə cəlb edib.
Əməliyyat planı hazırlanıb və güc strukturları əməkdaşlarının tanışı Yanina Jelyabovskaya Xəlillayevin avtomobilinin oturacağının altında narkotik bükülüsü atıb. Polislər isə biznesmeni yaxalayıblar. Şöbədə onlar Xəlillayevdən 2 milyon rubl tələb ediblər. O, pulu gətirəcəyini vəd edib, amma şöbədən çıxan kimi DİN-in Moskva üzrə daxili təhlükəsizlik idarəsinə şikayətə yollanıb.
Şikayət əsasında əvvəlcə Filatov və Drozdov tutulub, onların ifadəsi əsasında isə FTX mayorunu yaxalayıblar. FTX zabitinin işində daha bir epizod üzə çıxıb. Məlum olub ki, Koryuqin narkotik alveri ilə məşğul olan şəxsdən 300 min rubl alaraq ona evə zəng vurmağa, axtarış aparılacağı haqda xəbər verməyə imkan yaradıb.
Məhkəmə Koryuqini dələduzluq, dələduzluq cəhdi, vəzifə səlahiyyətlərini aşma və rüşvət alma maddələri il təqsirli bilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?