Bakı Ağır Cinayətlər Məhkəməsində ərini bıçaqlamaqda ittiham olunan Bilqeys Quliyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı yanvarın 28-nə təyin edilib.
Qeyd edək ki, hadisə paytaxtın Binəqədi rayonu, A.Kunanbayov küçəsi 4, mənzil 89-da qeydə alınıb. Həmin ünvanda yaşayan Bayram Quliyev döş qəfəsinin kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
İlkin araşdırma zamanı B.Quliyev xəsarəti evdə yıxılaraq aldığını deyib. Lakin sonradan müəyyən edilib ki, onu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1994-cü il təvəllüdlü B.Quliyeva bıçaqlayıb. Qadın bıçağı ərinin ürəyinə sancıb.
Törətdiyi cinayət əməlinə görə B.Quliyevaya Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham irəli sürülüb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?