GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Hal şahidləri, yoxsa "peşəkar üzəduranlar"?

Hal şahidləri, yoxsa "peşəkar üzəduranlar"?

Tarix: 24-01-2019, 15:04 Bölmə :Cəmiyyət Baxış: 728
Hal şahidləri, yoxsa "peşəkar üzəduranlar"?


Azərbaycanda öyrədilmiş adamların ictimai fəalların üzünə durması, həbs məqsədilə onların cibinə narkotik maddələrin qoyulmasına dair cəmiyyətdə və sosial mediada geniş yayılmış iddialar var.

Bu barədə bir çox beynəlxalq təşkilatların Azərbaycana aid hesabatlarında da bəhs olunur. Bir çox vəkil, jurnalist, müxalifətçi belə bir təcrübənin Azərbaycanda geniş yayıldığına inanır.

Xalq Cəbhəsi Partiyasının fəalı Elvin Abdullayevin ailəsi də belə hesab edir. Onu 2015-ci ildə külli miqdarda qanunsuz narkotik saxlamaqda ittiham edib tutmuşdular. O, iki il həbs yatdıqdan sonra azadlığa çıxmışdı.

Anası Zülfiyyə Abdullayeva deyir ki, oğlunu şərləmişdilər:

“Elvinin üzünə durmuş şəxs başqa neçə nəfərin də üzünə durmuşdu. Əsasən də ictimai fəal və ya müxalifətçi şəxslərin… Eyni adam dəfələrlə ayrı-ayrı adamların üzünə durmuşdu”.

Bu mövzu həm də ona görə aktuallaşdı ki, dünən, yanvarın 22-də həbsdəki bloger Mehman Hüseynov barədə açılmış növbəti cinayət işinə xitam veriləndən sonra onun ədliyyə leytnantı Əli Abdalovla barışmasını əks etdirən video yayıldı.

Mehman Hüseynovu cəza çəkdiyi müəssisədə Əli Abdalova zor tətbiq etməkdə ittiham edirdilər. Bloger və tərəfdarları ittihamı qurama sayırdılar.

Vəkil Fariz Namazlı deyir ki, Mehman Hüseynovun Abdalova doğrudan da zor tətbiq edib-etməməsini bilmək üçün sübut yoxdur. Bununla belə, Fariz Namazlı deyir ki, hüquq-mühafizə orqanlarının təşkil etdiyi üzəduranlar, yalançı şahidlər indiyə qədər həmişə olub.

Eyni adam müxtəlif işlərdə hal şahidi olur

Hüquq müdafiəçisi Oqtay Gülalıyev deyir ki, ictimai fəallara qarşı daha çox hal şahidlərindən istifadə olunur:

“Elə hal şahidi var ki, bir çox proseslərdə iştirak edib. Məndə olan məlumata görə, hətta bu hal şahidləri ilə bağlı problem o səviyyəyə çatıb ki, bəzi məhkəmələr iddianı qəbul etmir, çünki Daxili İşlər Nazirliyi aşkar edib ki, bu hal şahidləri eyni vaxtlarda başqa işlərdə də çıxıblar. Bu gün də hal şahidləri vasitəsilə günahsız insanların şərlənməsi var və davam edir”.

Yeni Azərbaycan Partiyasının üzvü Elman Nəsirov isə yalançı şahidlərin təşkil olunması iddiasını tamamilə əsassız sayır. Onun sözlərinə görə, Azərbaycanda ümumiyyətlə siyasi məhbus yoxdur, polis və hüquq-mühafizə orqanları öz işini şərəflə yerinə yetirirlər:

“Siyasi manipulyasiya etməyə ehtiyac yoxdur. Azərbaycan polisi heç bir zaman heç kimi şərləyə bilməz. Polisin vəzifəsi qanun-qaydanı təmin etməkdir. Bundan savayı polisin kiməsə təzyiq etməsi qeyri-mümkündür. Bunlar hamısı ayrı-ayrı dairələrin, ünsürlərin uydurduğu məsələlərdir”.

Vəkil Fariz Namazlı deyir ki, üzədurma hadisələri yalnız siyasi məzmunlu işlərdə yox, sadə adamların işlərində də baş verir:

“Əvvəllər qanunsuz narkotik saxlama ittihamı ilə saxlanan şəxslər statistika naminə həbs olunurlar və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edən hal şahidləri iddia edirlər ki, həmin şəxslərin narkotik istifadə etdiklərini görüblər”.

Ümumilikdə beynəlxalq hesabatlarda Azərbaycan qeyri-azad ölkə kimi qeyd olunur. Tənqidçilər siyasi hakimiyyətin hüquq-mühafizə orqanlarından öz xeyrinə istifadə etdiyini deyirlər.//AzadlıqRadiosu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Tüpürüm elə övladın üzünə ki..." - Emma

    "Tüpürüm elə övladın üzünə ki..." - Emma ...

    11-11-2015, 19:48

  • 
  • "Oğlum həbsxanaya aslan kimi girib, aslan kimi də çıxacaq"

    "Oğlum həbsxanaya aslan kimi girib, aslan ...

    24-12-2015, 18:10

  • 
  • İsmayıllıda üzə duran polislərə qarşı ictimai qınaq kampaniyası başladı

    İsmayıllıda üzə duran polislərə qarşı ictimai ...

    15-01-2014, 14:48

  • 
  • Həbsdəki jurnalistdən sensasion açıqlama - "Məndən tələb edirlər ki, prokuror ilə rəisin üzünə durum"

    Həbsdəki jurnalistdən sensasion açıqlama - ...

    9-06-2016, 01:22

  • 
  • Mehman Hüseynova qarşı yeni cinayət işi qaldırılıb

    Mehman Hüseynova qarşı yeni cinayət işi qaldırılıb ...

    27-12-2018, 10:52


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
https://betboom.com
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu