Yanvarın 25-də Bakıda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti qarşısında təkbaşına aksiya keçirərkən polis tərəfindən saxlanılan Rafael Hüseynzadə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılır. Bu barədə Amerikanın Səsinə Hüseynzadənin atası Füzuli Hüseynov bildirib.
Hüseynov bu gün oğlunun orada saxlaılmasını həmin məntəqəyə gedərək öyrənib. Lakin ona Rafael Hüseynzadəyə neçə sutka inzibati həbs verildiyini bildirməyiblər.
Bununla yanaşı, Baknın Nəsimi Rayon Məhkəməsinin rəsmi saytında bildirilir ki, Rafael Hüseynzadə barədə hakim Elməddin Hüseynov qərar çıxarıb. O İnizbati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisin qanunu tələbinə tabe olmamaq) ittiham olunub. Lakin məhkəmənin rəsmi saytında Hüseynzadəyə neçə sutka həbs verildiyi barədə məlumat yoxdur. Bu maddənin sanksiyasında bir ayadək inzibati həbs nəzərdə tutulur.
Azərbaycanda "tək adam" aksiyası termini Füzuli Hüseynovla bağlıdır. Belə ki, Hüseynov siyasi məhbuslara azadlıq tələbi ilə plakatlar qaldıraraq aksiyalar keçirdiyinə görə azı iki dəfə inzibati həbsdə olub, bir neçə dəfə cərimə və xəbərdarlıq edilib. Yanvarın 25-də isə Füzuli Hüseynovun oğlu Rafael Hüseynzadə “Siyasi məhbuslara azadlıq”, “Rədd olsun İlham Əliyev” şüarları yazılmış plakat qaldırarkən polis tərəfindən saxlanılıb.
Rəsmi qurumlardan, o cümlədən məhkəmədən Rəfael Hüseynzadənin saxlanılmasının səbəbləri ilə bağlı hələ məlumat almaq mümkün olmayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?