Yasamal Rayon Məhkəməsinin qərarı ilə REAL Partiyasının fəalı Ərəstun Baxşəliyev İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə (Polisin qanuni tələbinə tabe olmamaq) 30 sutka inzibati həbsə məhkum edilib. Bu barədə Amerikanın Səsinə REAL Partiyasının Məclis üzvü Natiq Cəfərli bildirib.
Bununla da REAL Partiyasının tərəfdarlarının mayın 28-də Bakıda İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı keçirdikləri bayram nümayişindən sonra h'bs olunan fəalların sayı dördə çatmış olur.
Daha 7 fəal mayın 31-də polisə dəvət edilib.
Bir qədər öncə Nizami rayon Məhkəməsi REAL Partiyasının fəalı Nəriman Mücahid İsmayılı İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə (polisin qanuni tələbinə tabe olmamaq) 30 sutka inzibati həbsə məhkum edib.
Mayın 30-da REAL Partiyasının fəalı Elmir Həmzə məhkəmə qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (polisin qanuni tələbinə tabe olmamaq) ittiham olunaraq 25 sutka həbsə məhkum edilib.
REAL Partiyasının Məclis üzvü Azər Qasımlı mayın 29-da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) ittihamı ilə Yasamal rayon Məhkəməsi tərəfindən 30 sutka inzibati qaydada həbs edilib.
Fəalların həbsi REAL Partiyasının tərəfdarlarının mayın 28-dəı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Bakıda İstiqlaliyyət küçəsindəki abidənin önünüdə nümayiş kemçirdikdən sonraya təsadüf edir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?