Rusiyada Xakasiya vilayətinin Taptış rayonunun kəndlərindən birində sobanın içərisində 11 aylıq körpənin külə dönmüş meyiti tapılıb.
Gundemxeber.az oxu.az-a istinadən xəbər verir ki, hadisə haqqında Rusiya İstintaq Komitəsinin regional istintaq idarəsinin mətbuat xidməti məlumat yayıb.
Müstəntiqlərin məlumatına əsasən, uşağın anası oğlunu 42 yaşlı nənəsi və 47 yaşlı babasının yanında tərk edərək qonşu kəndə gedib. İçkili halda olan qohumlar qətl törədiblər. Körpənin sobadakı meyitini ailənin qohumlarından biri aşkar edib.
Hazırda şübhəlilər saxlanılıb, hadisənin səbəbləri araşdırılır.
Müstəntiqlər tərəfindən "Azyaşlının ölümü" maddəsi ilə cinayət işi başlanılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?