Başqırdıstanın istintaq orqanları Ufada 6 yaşlı uşağın ölüm faktı üzrə istintaqöncəsi yoxlamalara başlayıblar.
gundemxeber.az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Başqırdıstan üzrə istintaq idarəsi məlumat yayıb.
İlkin məlumata görə, anası mətbəxdə olan oğlan otaqda oynayırmış, mənzil 10-cu mərtəbədə yerləşir, pəncərə otağı havalandırma rejimində açıq olub, pəncərədə həşəratlardan qorunmaq üçün setka olub.
Bir müddət sonra ana otaqdakı sakitliyə diqqət edib. Otağa baxdıqda uşağı görməyib. Pəncərədə setkanın olmadığın görüb.
Aşağı düşən ana oğlunun öldüyünü görüb, təcili yardım çağırıb. Təəssüf ki, həkimlərin edə biləcəyi heç nə yox idi, onlar sadəcə uşağın ölümünü təsdiqləyiblər.
İstintaq komitəsinin məlumatına görə, uşaq və valideynləri Azərbaycan vətəndaşlarıdır.
Hazırda baş verən faciənin təfərrüatları aydınlaşdırılır. Ölüm səbəblərini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertiza təyin edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?