GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Səhiyyə Nazirliyi qrip və qızılca xəstəliklərinin yayıldığına dair xəbərləri təkzib edir

Səhiyyə Nazirliyi qrip və qızılca xəstəliklərinin yayıldığına dair xəbərləri təkzib edir

Tarix: 13-02-2019, 15:41 Bölmə :Cəmiyyət Baxış: 384
Səhiyyə Nazirliyi qrip və qızılca xəstəliklərinin yayıldığına dair xəbərləri təkzib edir


Azərbaycanda mövsümi qrip və qızılca xəstəliklərinin yayılmasına dair xəbərlər artıb. Səhiyyə Nazirliyi bu xəbərləri təkzib edir və vəziyyətin nəzarətdə olduğunu bildirir.

Rəsmilər narahatlığa əsas görmədiklərini bildirirlər. Amma məsələn, Bakı sakini Zaur Qurbanlı deyir ki, onun da azyaşlı oğlu xəstələnib və xəstəxanalarda yer tapmayıb:

“Virus 3-4 günə keçməli idi. Bütün tədbirləri görməyimizə baxmayaraq, 6 gündən çox davam elədi. Sistem qoyulsa da, dava-dərman etsək də qızdırmanı 39-dan aşağı sala bilmirdik. Keçən şənbə günü həkim xəstəxanada yatmalı olduğunu bildirdi. Biz gecə saat 2-də xəstəxanaya getdik. Olduğumuz xəstəxanalardan bizi qəbul edən olmadı, bildirdilər ki, bütün palatalar doludur. Hətta tanışlar vasitəsilə Təcili Tibbi Yardım xəstəxanalarında yer axtardıq, dedilər ki, boş yer yoxdur”.

Zaur Qurbanlı deyir ki, sonda uşağı Mərkəzi Kliniki Xəstəxanaya aparmağa məcbur olub və 2 günlük müalicəyə 680 manat xərci çıxıb.

Tibb Universitetinin müxtəxəssisi, həkim Vasif İsmayıl təəssüflənir ki, səhiyyə nazirliyi son vaxtlar yayılan viruslarla bağlı qabaqlayıcı tədbirlər görmür, xəstəliklərlə bağlı ictimaiyyəti doğru-dürüst məlumatlandırmır. O, daha çox qızılca xəstəliyinin yayılması haqda xəbərlərin narahatlıq doğurmalı olduğunu vurğulayır:

“Azərbaycanda qızılca yayılsa, ciddi epidemiya şəklində olacaq. 5 yaşına qədər xəstələnmiş, hər 5 uşaqdan biri ölə bilər. Bəs, qızılca üçün bu təhlükə niyə var? Çünki camaatda belə bir fikir formalışıb ki, qızılca peyvəndi daha təhlükəlidir. Ona görə də bu peyvəndi vurdurmur. Əgər bu peyvənd vurulmayıbsa, xəstəlik yayılacaq”.

Azərbaycan bir dəfə bu təhlükə ilə üzləşib

Vasif İsmayıl yada salır ki, Azərbaycan bir dəfə təhlükəli halla rastlaşıb. 1990-cı ilin ortalarında ölkədə difteriya yayılıb. O vaxt Dünya Səhiyyə Təşkilatının yardımı ilə əhaliyə dərhal peyvəndlər vuruldu və difteriyanın qarşısı alındı. O düşünür ki, əgər indi də əhali arasında vaxtaşırı zəruri peyvəndlər vurulmasa, ölkədə müxtəlif virus və xəstəliklər daha asanlıqla yayıla bilər.

Respublika Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva isə deyir ki, tezliklə əhali arasında qızılcaya qarşı peyvəndə başalanacaq:

“Bütün Avropa ölkələrində qızılcanın yayılması haqda xəbərlər var. Bizdə də tək-tək insanlarda qızılca qeydə alınır. Onların əksəriyyəti ya qızılcaya qarşı peyvənd olunmayanlar, ya da uzun illər öncə peyvənd olunanlardır. Qeydə alınanlar əsasən 20-40 yaş arası və daha yuxarı yaşlılardır. Çox yaxın zamanlarda böyük yaşlı insanlar arasında qızılca və məxmərəyə qarşı peyvəndləmə başlayacaq”.

Afaq Əliyeva onu da vurğulayır ki, xəstələrin sayı bir qədər artsa da bu hələlik epidemik həddi ötməyib.

O ki, qaldı mövsümi qripin yayılmasına, Afaq Əliyeva deyir ki, bununla bağlı da müraciətlər var, amma burada narahat olacaq məqam yoxdur.

Onun sözlərinə görə, bütün zəruri tədbirlər görülüb, nazir 2018-2019-cu payız-qış mövsümündə kəskin respirator virus infeksiyaları və qripə qarşı tədbirlərlə bağlı əmr imzalayıb. Regionda və paytaxta palatalar ayrılıb.

Qonşu Gürcüstan və Rusiyada qripdən ölənlərin sayının artması haqda məlumatlar yayılır. Gürcüstanda qripdən ölənlərin sayı 22-ə çatıb.

Səhiyyə Nazirliyinin işi yetərlidirmi?

Həkim Vasif İsmayıl deyir ki, bu xəstəliklərə mübarizə aparmaq, qabaqlayıcı tədbirlər görmək üçün ilk növbədə vaxtaşırı peyvəndlər olunmalıdır. O, Səhiyyə Nazirliyinin mövsümi virus və digər xəstəliklərin yayılması ilə bağlı işini yetərli saymır.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazirlik: "Qripin müalicəsi üçün kifayət qədər dərman ehtiyatı var"

    Nazirlik: "Qripin müalicəsi üçün kifayət ...

    2-12-2016, 13:39

  • 
  • Azərbaycanda qriplə bağlı SON VƏZİYYƏT - Mövsümi qrip virusları aşkarlanıb

    Azərbaycanda qriplə bağlı SON VƏZİYYƏT - Mövsümi ...

    29-01-2019, 11:33

  • 
  • Səhiyyə Nazirliyi: Azərbaycanda 16 nəfərdə H1N1 virusu tapılıb

    Səhiyyə Nazirliyi: Azərbaycanda 16 nəfərdə H1N1 ...

    1-02-2019, 14:30

  • 
  • Səhiyyə Nazirliyi: Azərbaycanda "donuz qripi"nə yoluxma halı qeydə alınmayıb

    Səhiyyə Nazirliyi: Azərbaycanda "donuz ...

    7-01-2019, 12:26

  • 
  • Ağsuda səhiyyə adına rəzalət - GİLEY

    Ağsuda səhiyyə adına rəzalət - GİLEY ...

    14-09-2018, 15:01


Təqvim

«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Arxiv xəbərlər

May 2023 (566)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (563)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu