Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan iş adamı Cavid Umudlunun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Prosesdə hökm oxunub. Hökmə əsasən C.Umudlu 8 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, C.Umudlu Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasından ev alan 30-dan çox şəxsə qarşı dələduzluq edib. Həmin şəxslər ayrı-ayrı vaxtlarda Xırdalan şəhərində yerləşən ''Nursu Əmlak'' ofisinə gəliblər. Onlar həmin şirkətin müdiri C.Umudluya ödəniş etməklə müqavilə ilə ev alıblar. Ancaq sonradan məlum olub ki, həmin evlərin heç biri vətəndaşların adına deyil və ayrı şəxslərə satılıb. Nəticədə C.Umudlu vətəndaşların hamısına ümumilikdə 400 min manatdan çox ziyan vurub. İttihama görə, C.Umudlu alıcıların əksəriyyətini çağıraraq onların etibarından sui-istifadə edib və əmlak müqaviləsini borc müqaviləsinə çevirib. C.Umudlunun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb./Virtualaz
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?