Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasından ev alan 30-dan çox ailə fırıldaqçıların qurbanı olub.
gundemxeber.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, aldadılan şəxslər ayrı-ayrı vaxtlarda Xırdalan şəhərində yerləşən “Nursu Əmlak”ın ofisinə gəliblər. Onlar həmin şirkətin müdiri Cavid Umudluya ödəniş etməklə müqavilə ilə ev alıblar. Ancaq sonradan məlum olub ki, həmin evlərin heç biri vətəndaşların adına deyil və ayrı şəxslərə satılıb. Nəticədə Cavid Umudlu vətəndaşların hamısına ümumilikdə 400-min manatdan çox ziyan vurub. Cavid Umudlu əksər alıcını çağıraraq onların etibarından sui-istifadə edib və əmlak müqaviləsini borc müqaviləsinə çevirib. Məsələ ilə bağlı Cavid Umudlu adlanan şəxslə əlaqə saxlamaq mümkün olmayıb. Qeyd edək ki, zərərçəkən vətəndaşlar bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?