GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İrad Hacıyevin anasının ittihamları cavabsız qalıb - həyat yoldaşı susur...

İrad Hacıyevin anasının ittihamları cavabsız qalıb - həyat yoldaşı susur...

Tarix: 15-02-2019, 12:33 Bölmə :Cəmiyyət Baxış: 340
İrad Hacıyevin anasının ittihamları cavabsız qalıb - həyat yoldaşı susur...


“İrşad Telekom” MMC-nin rəhbəri, 40 yaşlı İrad Hacıyevin müəmmalı ölümünün 5 ayı tamamlandı. Bu müddət ərzində üzə çıxan məlumatlar İrad Hacıyevin həyatdan öz xoşu ilə ayrılmadığı qənaətini formalaşdırır. Hələlik istintaqın bu müəmmalı ölüm işi ilə bağlı yekun nəticəsi haqda məlumat yoxdur.

İrad Hacıyevin anası Züleyxa Hacıyeva oğlunun ölümündən sonra özünün facebook səhifəsində oğlunun öldürülə biləcəyi ehtimalını qətiləşdirən məlumatlar paylaşıb. Züleyxa Hacıyeva oğlunun ölümünün 5-ci ayının tamamında yazır: “Bu gün mənim balamın 5 ayı tamam olur. Mənim müalicəmi yarımçıq qoydun, ay bala. İndi daha yeriyə bilmirəm. Ağrıları da daha heç bir dərman sakit etmir. Nə gecəm var, nə gündüzüm. Bu 5 ay bir övladını həddindən artıq çox sevən bədbəxt ana üçün necə ağır keçdi? Onu gözlə görmək lazımdır. Gördüyünüz anadan əsər-əlamət qalmayıb. Can bala, sənə qurban olum, səni itirmək bizə çox ağır oldu. Heyf səndən, kimləri özünə yaxın bildin!? Bir ananın qapısını açmırlar, sağdır, ya ölüb? Özü də əl tutduğun adamlar! Çox-çox darıxmışam sənin üçün, can bala, İradim yatan torpağına qurban”.

Ölümünə qədər telekommunikasiya biznesi sahəsində flaqmanlardan olan şirkətin sahibi İrad Hacıyevin valideynləri niyə bu gün müalicələrinə pul tapmır? Səbəb nədir? Şirkəti hazırda kimlərin əlindədir?

Son 18 il ərzində Azərbaycanda telekommunikasiya biznesi sahəsində böyük uğurlar əldə etmiş məşhur iş adamının həyatdan intiharla, qəfil ölümlə ayrılmadığı qənaətini həm də onun ailə üzvlərinin susqunluğu yaradır.

İrad Hacıyevin cansız bədəni 14 sentyabr 2018-ci ildə yaşadığı ünvanda, vanna otağında aşkar olunub. Həmin gün səhər İrad Hacıyev evdən çıxıb işlərinin dalınca getməyə hazırlaşıb. Amma getməyib. Günortadan sonra isə həyat yoldaşı Nigar Hacıyeva Qəhrəmanova onun cansız bədənini vanna otağında aşkar edib. Həmin vaxt vannanın içində olan İrad Hacıyevin əynində kostyum olub. Vannanın yanında isə preparatlar, hansıları ki, illərlə onun həyat yoldaşı qəbul edib, onların boş qutuları olub.

Ötənlərdə yazmışdıq ki, İrad Hacıyev ölümündən əvvəl özünü pis hiss etdiyinə görə Türkiyədə həkimlərə müraciət edib. Onun qanında olduqca böyük dozada preparat izləri aşkarlanıb. Həkimlər qan analizinin nəticəsi ilə tanış olduqda dəhşətə gəldiklərini də gizlətməyiblər. Həmin vaxt İrad Hacıyevin sözlərindən belə aydın olub ki, ona qanında izləri aşkarlanan preparatı həyat yoldaşı içirib. İrad Hacıyev həkimlərə həmin preparatı içməsinin səbəbini izah edə bilməyib. Sadəcə, deyib ki, ona preparatı yoldaşı içirir. Maraqlıdır ki, hadisə baş verən gün də onun meyitinin yanında məhz həmin preparatın boş qutuları aşkar olunub. Belə iddialar da var ki, İrad Hacıyev ölümündən az əvvəl həyat yoldaşı ilə boşanması üçün konkret olaraq addımlar atıb, ölkədən gedərək xaricdə yeni həyat qurması planlarını gizlətməyib. Bunu ailəsində hər kəs bilib.

Belə bir vaxtda onun qəfil və müəmmalı ölümü baş verib. Bu ölümə dərhal intihar adı verilib, yaxınları, ailəsi də susur. İş adamı İrad Hacıyevi tanıyanlar onun sağlığında ciddi problemlərinin olmadığını deyirlər. Ürəyində problemi olmayan İrad Hacıyev haqda belə bir iddianı yaxınları niyə yayır? Amma onun yaxınlarının, qayınanasının, həyat yoldaşının paylaşımları var ki, orada İrad Hacıyevin ürəyində problemlər olması iddia olunur. Sağlıq durumunda problemləri olmayan iş adamının barəsində “ürəyində problemləri olub” şəklində yayılan məlumatın səhvliyini bilən həyat yoldaşı Nigar Qəhrəmanova, onun anası niyə təkzib etmək əvəzinə yayırlar? Digər tərəfdən isə İrad Hacıyevin anası Züleyxa Hacıyevanın facebook üzərindən paylaşımlarında “oğlumu öldürüblər” şəklində konkret mövqeyi var.

Qeyd edək ki, İrad Hacıyevin həyat yoldaşı Nigar Hacıyeva Qəhrəmanova ilə əlaqə saxlayıb baş verənlərlə bağlı mövqeyini öyrənməyə çalışmışdıq. “Yoldaşımın işi prokurorluqdadır” deməklə, “Mən intervyu vermirəm, suallarınız var, prokurorluğa verin” söyləməklə suallara cavab verməkdən yayınmışdı. //“Yeni Müsavat”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “İrşad Telekom”un rəhbəri naməlum şəraitdə dünyasını dəyişdi – Şirkət rəhbərinin intihar etdiyi iddia olunur

    “İrşad Telekom”un rəhbəri naməlum şəraitdə ...

    15-09-2018, 11:30

  • 
  • "İrşad Elektronics"in rəhbərinin ölüm səbəbi ÜZƏ ÇIXDI - Ekspertiza HƏR ŞEYİ AÇDI

    "İrşad Elektronics"in rəhbərinin ölüm ...

    18-10-2018, 16:39

  • 
  • "İrşad Electronics" rəhbərinin ölüm səbəbi açıqlandı

    "İrşad Electronics" rəhbərinin ölüm ...

    18-10-2018, 13:32

  • 
  • “İrşad telekom” sahibinin ölümündə kriminal izlər - yeni iddialar

    “İrşad telekom” sahibinin ölümündə kriminal izlər ...

    26-09-2018, 16:19

  • 
  • Novruz Məmmədov“Euronews”a telekanalına irad bildirdi

    Novruz Məmmədov“Euronews”a telekanalına irad ...

    26-10-2017, 17:24


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (82)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu