GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “İrşad telekom” sahibinin ölümündə kriminal izlər - yeni iddialar

“İrşad telekom” sahibinin ölümündə kriminal izlər - yeni iddialar

Tarix: 26-09-2018, 16:19 Bölmə :Cəmiyyət Baxış: 544
“İrşad telekom” sahibinin ölümündə kriminal izlər - yeni iddialar


İrad Hacıyevin ölümü ciddi şübhələrə yol açıb; mərhumun qurduğu biznes şəbəkə ilə bağlı da müəmmalı proseslərin getdiyi deyilir

“İrşad Electronics” MMC-nin rəhbəri İrad Ağahüseyn oğlu Hacıyevin intihar etdiyi iddiası yayılıb. Bu barədə məlumatı “baku.ws” yayıb. Saytın yazdığına görə, İrad Hacıyevin intihar etməsi ilə bağlı məlumatı onlara mərhumun yaxınlarından biri verib.

Məlumatı çatdıran şəxs deyib ki, İrad Hacıyev özünə qəsd etmək üçün çoxlu sayda dərman içib. Onun meyitini vannada aşkar ediblər. Vannanın kənarında isə intihar etmək üçün içdiyi iddia olunan dərman qutuları aşkarlanıb. Hadisə ilə əlaqədar Bakı Şəhər Prokurorluğundan (BŞP) da məlumat alınıb. BŞP-dən intihar faktı təsdiqlənib, bildirilib ki, həqiqətən də İrad Ağahüseyn oğlu Hacıyev intihar edib. “İrad Ağahüseyn oğlu Hacıyevin ölümü ilə əlaqədar sentyabrın 14-də Cinayət Məcəlləsinin 125-ci (öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq gedir” - deyə məlumatda qeyd olunub.
1978-ci il təvəllüdlü İrad Hacıyev dünyasını dəyişəndən sonra onun intihar etməsi xəbəri ilə yanaşı, infarktdan ölməsi xəbəri yayılıb. Son xəbərlər isə məşhur mağazalar şəbəkəsinin sahiblərindən birinin ölümündə mübhəm məqamların olduğuna dəlalət edir. Məşhur biznesmen infarktdan ölübsə, məhkəmə tibb ekspertinə bunu müəyyən etmək üçün 1 ay vaxt lazım deyil. 1 saatın içində daxili müayinə, ürəyin ətraflı yoxlanılması konkret fikir söyləməyə imkan verir. Azərbaycanda bilik səviyyəsi yüksək olan kifayət qədər məhkəmə tibb eksperti var. Yəni iş adamının infarktdan dünyasını dəyişməsi xəbərlərinin ömrü məhkəmə tibb ekspertlərinin mərhumun meyitini xarici və daxili müayinədən keçirənə qədər olmalı idi.

Bəs nə baş verib? Onu özünü öldürmə həddinə kim çatdırıb? 40 yaşında belə bir məqama çatmış iş adamı evinə çəkilib vanna otağında özünü öldürmək niyyəti ilə niyə dərman içsin ki?

Mərhumun qardaşı, tanınmış rejissor Əhəd Hacıyev publika.az-a açıqlamasında bildirib ki, qardaşının intihar etməsi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir: “İndidən ölüm səbəbini dəqiq söyləmək mümkün deyil. Faktla bağlı ekspertiza təyin edilib və ekspertizanın rəyini gözləmək lazımdır. Bizə həkimlərin dediyi ilk o oldu ki, qardaşım ürək tutmasından, yəni ürəyindəki trombdan qəfil vəfat edib. Prokurorluq hər bir ehtimalı araşdırır deyə bu hadisəni intihar kimi qiymətləndirmək doğru deyil”.

Azərbaycan Dövlət Musiqili Teatrının rejissoru olan Ə.Hacıyev bildirib ki, qardaşının hər hansı problem, sıxıntısı olmayıb: “O, neçə il idi ki, anamızı xaricdə müalicə etdirirdi və hadisədən iki gün sonra ora uçmalı idi. Necə ola bilər ki, bu qədər mübarizə aparan, həyata bağlı olan insan intihar etsin? Həm də onun maddi sıxıntısı, problemi yox idi. Şirkətin işləri də normal gedirdi. Ailəsi, övladları, hər şeyi qaydasında idi və onun psixologiyasına təsir edə biləcək bir şey baş verməmişdi”.

Mərhum iş adamının qardaşının açıqlaması, göründüyü kimi, ortada olan ölümlə bağlı mübhəmlərə aydınlıq gətirmir. Əksinə, ölüm işində şübhəli məqamların olması iddialarını gücləndirir. Qardaşının dediyindən belə anlaşılır ki, İrad Hacıyev sentyabrın 16-da xaricə getməyə hazırlaşırmış. Bundan başqa, onun maddi sıxıntısı, problemi olmayıb, şirkətin işləri normal gedib, ailəsi, övladları, hər şeyi qaydasında olub. Psixologiyasına təsir edə biləcək bir şey baş verməyib. Bəs ölümün səbəbi nədir? Burada kriminal izlər varmı?

Maraqlıdır ki, baş verən olaydan sonra “İrşad Telekom”in digər sahibləri hər hansı açıqlama verməyiblər. Ən azı onlar da mövqelərini bildirə, İrad Hacıyevin işlə bağlı, bizneslə əlaqəli problemlərinin olub-olmamasına aydınlıq gətirə bilərdilər...

Qeyd edək ki, İrad Hacıyev biznes şəbəkəsini 22 yaşı olanda, 2000-ci ildə Rəşad adlı şəriki ilə yaradıb. 2007-ci ilə qədər “İ&R Telecom” kimi fəaliyyətdə olan şirkət həmin ildən “İrşad Telecom” (İrşad İ.R. MMC) adı altında fəaliyyətini davam etdirməkdədir. İrşad sözünün İrad və Rəşad sözlərinin birləşməsindən yaranması haqda da xəbərlər var. Bildirilir ki, bir müddət əvvəl şirkətdə daha bir nəfər rəhbər şəxs peyda olub. İrad Hacıyevin həmin şəxslə münasibətləri o qədər də isti olmayıb. Belə xəbərlər də var ki, 2000-ci ildən bu günə qədər şirkətin 31 mağazaya qədər böyüməsində İrad Hacıyevin böyük əməyi olub. Şirkətin bundan sonrakı dövrdə digər bir holdinqin daxilində fəaliyyəti haqda da ona təkliflər edilibmiş. Lakin İrad Hacıyev bu təklifləri qətiyyətlə rədd etməsi iddiası da var.

Bu və digər iddiaların nə dərəcədə doğru olmasına aydınlıq gətirmək üçün “İrşad Telecom”la əlaqə saxladıq. Suallarımızı dinləyib münasibət açıqlayacaqlarını bildirdilər. Günün sonuna qədər münasibət açıqlanmadı. Açıqlanacağı təqdirdə həmin açıqlamanı da təqdim edəcəyik.

Hadisə ilə bağlı sosial şəbəkələrdə də ən müxtəlif məlumatlar dolaşmaqdadır. Belə müzakirələrdən biri də disput.az saytında https://www.disput.az/index.php?app=forums&module=forums&controller=topic&id=1200810 aparılmaqdadır.

“İrşad telekom” sahibi müəmmalı şəkildə ölüb" adı altında aparılan müzakirələrdə ölümlə bağlı ən müxtəlif səbəblər göstərilib. Məsələn, “Shoyla” adlı istifadəçi ehtimal edir ki, şirkət sahibinin ölümünü “peredazirovka”dan ola bilər. Bir başqa istifadəçi isə şirkət sahibinin ölümü ilə telefonların qeydiyyatının 5 manatdan 150 manata qədər bahalaşması ilə əlaqəli görür. İddia edir ki, bahalaşma təşəbbüsü ilə məhz şirkət sahibi çıxış edib və sonradan hökumət belə bir addım atıb. Bu bahalaşma ilə şirkət sahibinin ölümü arasındakı birbaşa əlaqə haqda isə hər hansı bir sübut, dəlil göstərilmir. Sadəcə, qeyd olunur ki, hazırda fiziki şəxslər telefonlarını qeydiyyatdan keçirərkən böyük məbləğlər ödəməli olduqları halda, böyük şirkətlər əvvəlki rüsumları ödəməkdədirlər.

Yenə də bu məsələ ilə İrad Hacıyevin ölümü arasındakı əlaqə haqda hər hansı bir aydınlaşdırıcı fakt, məlumat, sübut təqdim olunmur. Ümumilikdə müzakirələrdə İrad Hacıyev imkanları genişlənməkdə olan iş adamı, yaxşı ailə başçısı kimi təqdim olunur. Bu gün “belə bir şəxs, iş adamı özünü niyə öldürüb” sualı açıq olaraq qalmaqdadır.

Əlavə edək ki, Azərbaycanda iş adamlarının müəmmalı ölüm işləri zaman-zaman baş verib. Məsələn, 2015-ci il martın 11-də Bakıda, Yasamaldakı ofisində 1974-cü il təvəllüdlü Füzuli Şubay oğlu Qasımovun meyiti aşkar olundu. Həmin dövrdə Fizuli Qasımova məxsus olan və Goranboyda yerləşən “Goranboy gips” şirkətinin əlindən alınmasına cəhdlər vardı. O dövrdə nəqliyyat naziri vəzifəsini tutan Ziya Məmmədovun ailə şirkəti “Garant holdinq” Fizuli Qasımovun şirkətinə sahiblənmək üçün addımlar atmışdı. Fizuli Qasımov isə şərikləri olan yaxınlarının razılığına rəğmən şirkəti təhvil vermək istəmirdi. Belə bir vaxtda Yasamaldakı ofisində onun ürəyindən atılmış güllə yarası ilə meyiti aşkar edilmişdi. 2015-ci ilin martında müəmmalı şəkildə dünyasını dəyişmiş Fizuli Qasımovun da, 2018-ci il sentyabrın 14-də yenə də müəmmalı şəkildə dünyasını dəyişən İrad Hacıyevin də ölümü ilə bağlı eyni maddə - özünü öldürmə həddinə çatdırma maddəsi ilə başlanmış cinayət işi çərçivəsində araşdırmalar aparılıb və aparılmaqdadır.

2015-ci il martın 11-də Yasamal Rayon Prokurorluğunda Fizuli Qasımovun ölümünə görə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanmış cinayət işinə bir müddət sonra xitam verilmişdi. Səbəb sadə idi - istintaqçılar müəmmalı ölümdə cinayət tərkibi tapmamışdılar. İrad Hacıyevin ölüm işi üzrə də analoji qərarın veriləcəyi perspektivi yox deyil. /musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “İrşad Telekom”un rəhbəri naməlum şəraitdə dünyasını dəyişdi – Şirkət rəhbərinin intihar etdiyi iddia olunur

    “İrşad Telekom”un rəhbəri naməlum şəraitdə ...

    15-09-2018, 11:30

  • 
  • Azərbaycanda məktəbli qız intihar etdi

    Azərbaycanda məktəbli qız intihar etdi ...

    4-12-2015, 13:26

  • 
  • Azərbaycanda 13 yaşlı oğlan intihar edib

    Azərbaycanda 13 yaşlı oğlan intihar edib ...

    3-02-2014, 11:39

  • 
  • Qarabağ qazisi məktub yazıb intihar etdi

    Qarabağ qazisi məktub yazıb intihar etdi ...

    9-01-2015, 23:53

  • 
  • Xaçmazda bir nəfər intihar edib

    Xaçmazda bir nəfər intihar edib ...

    4-07-2013, 12:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu