GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “NAZİRLİYİ MƏKTƏB YOX, RESTORAN MARAQLANDIRIR…” – Liseyinə lisenziya verilməyən ekspertdən Təhsil Nazirliyinə ittihamlar

“NAZİRLİYİ MƏKTƏB YOX, RESTORAN MARAQLANDIRIR…” – Liseyinə lisenziya verilməyən ekspertdən Təhsil Nazirliyinə ittihamlar

Tarix: 16-02-2019, 12:14 Bölmə :Cəmiyyət Baxış: 338
“NAZİRLİYİ MƏKTƏB YOX, RESTORAN MARAQLANDIRIR…” – Liseyinə lisenziya verilməyən ekspertdən Təhsil Nazirliyinə ittihamlar


“2016-cı ildə bir iş adamının vəsaiti ilə ölkədə yeni, modern bir lisey layihəmin həyata keçirilməsinə başladım. Təhsil layihəmin maliyələşdirilməsi üçün çox qapı döymüşdüm. Heç kim yaxın durmurdu, vəsait ayırmırdı. Sonra restoran açmaq istəyən birini fikrindən daşındırıb bu sahəyə yönəldə bildim. Başlanmış iş 2018-ci ildə bitdi”.

Tanınmış təhsil eksperti Kamran Əsədov həyata keçirməkdə olduğu lisey layihəsinə Təhsil Nazirliyindən lisenziya alınması zamanı üzləşdiyi çətinliklərə həsr etdiyi “Facebook” yazısında bunları yazıb. Ekspert deyir ki, 2 il ərzində lisey üçün bina, infrastruktur tam şəkildə Nazirlər Kabinetinin məktəblərin tikintisi ilə bağlı 171 saylı qərarının bütün tələblərinə uyğun olaraq hazırlanıb. Bundan sonra liseya lisenziya almaq məsələsi gündəmə gəlib.

“Ardınca lisenziya almaq prosesinə başladım. Amma eləcə başladım. Çünki liseyin nizamnaməsinə rəy vermək üçün müraciət etdiyim Təhsil Nazirliyi nizamnaməyə rəy vermir. Özü də nə az, nə çox, 5 aydır ki, get-gələ salır və hər müraciətə də əsassız imtina yazır. Maraqlısı və gülünc tərəfi odur ki, onlara təqdim etdiyim nizamnamə mənim müraciətimdən 10 gün əvvəl lisenziya verilmiş liseyin nizamnaməsidir. Yəni sadəcə olaraq orda liseyin və təsisçinin adı dəyişib. Necə olur, onlar həmən nizamnaməni təqdim edəndə təstiq edirlər, amma eyni, onların 10 gün əvvəl təstiq etdiyi nizamnaməni mən təqdim edəndə imtina edirlər?”

K.Əsədov iddia edir ki, Təhsil Nazirliyi süründürməçiliklə məşğuldur: “Hər müraciətə 30 iş günündə, yəni azı 45 gün ərzində baxırlar. Sonuncu rəylərində 3 bəndin dəyişdirilməsini bildiriblər. Məndə o 3 qeydi dəyişib yenidən müraciət etmişəm. Yeni müraciətin üstündən 10 gün keçib, maraqlanıram, deyirlər ki, sizin müraciətinizin icra müddəti 27 martda başa çatır. Axı mən yeni sənəd təqdim etməmişəm, eyni nizamnamədir və siz ona əvvəl 45 günə baxmısız, indi həmən 3 dəyişikliyə baxın, rəyi verin gedək işimizlə məşğul olaq! Yoxsa bu şəxsi qərəz nədir? Liseylə bağlı nazirliyin bir çox rəhbər şəxsləri ilə görüşmüşəm, danışmışam. Amma gördüyüm odur ki, onlar məsələyə şəxsi zəmində baxırlar, onlar təhsilin inkişafında, məktəb açılmasında maraqlı deyillər.
21 iyun 2018-ci ildə elə Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Baş nazirin müavini Əli Əhmədov dedi: “Azərbaycanda özəl məktəblər şəbəkəsini artırmaq lazımdır. Məhz bununla yuxarı təhsil pillələrində əlçatanlılığın artırılması mümkün olar”. Hörmətli Əli müəllim, mən ölkəyə sərmayə cəlb edib sizin dediyinizi etmişəm, amma indi məmurların təsiri, müdaxiləsi ilə bunu tamamlaya bilmirəm”.

“Açılan hər bir məktəb, hər bir lisey təhsilin inkişafı üçün əhəmiyyətlidir. Amma belə başa düşürəm ki, Təhsil Nazirliyi məktəbin yox, restoranın açılmasında maraqlıdır. Yoxsa hətta nazirliyin rəhbərliyi səviyyəsində bilinən məsələm 5 aydır süni şəkildə uzaldılmazdı”, – K.Əsədov əlavə edib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanın ən reytinqli məktəblərinin siyahısı

    Azərbaycanın ən reytinqli məktəblərinin siyahısı ...

    9-11-2013, 11:19

  • 
  • Qalmaqallı liseyin direktoru işdən çıxarıldı

    Qalmaqallı liseyin direktoru işdən çıxarıldı ...

    1-12-2017, 19:19

  • 
  • Təhsil Nazirliyinin əmlakını talayan lisey direktoruna cinayət işi açıldı

    Təhsil Nazirliyinin əmlakını talayan lisey ...

    31-05-2018, 13:55

  • 
  • Bakıda müsabiqə yolu ilə I sinfə şagird qəbulu başa çatdı

    Bakıda müsabiqə yolu ilə I sinfə şagird qəbulu ...

    2-06-2016, 19:30

  • 
  • Lisey və gimnaziyalara elektron ərizə qəbulu başa çatdı

    Lisey və gimnaziyalara elektron ərizə qəbulu başa ...

    1-06-2017, 12:00


Təqvim

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Mart 2023 (416)
Fevral 2023 (613)
Yanvar 2023 (499)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (581)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu