GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycanın supermüasir raketi Ermənistanda təşvişə səbəb oldu

Azərbaycanın supermüasir raketi Ermənistanda təşvişə səbəb oldu

Tarix: 18-02-2019, 10:15 Bölmə :Cəmiyyət Baxış: 369
Azərbaycanın supermüasir raketi Ermənistanda təşvişə səbəb oldu


Bu yaxınlarda Azərbaycan Silahlı Qüvvələrinin, konkret olaraq Hərbi Hava Qüvvələrinin silahlanmasına supermüasir “SOM-B1” qanadlı raketləri daxil olub. Həmin raketlər “Stealth” texnologiyası ilə hazırlanıb və məxsusi olaraq hava hücumundan, habelə raket hücumundan müdafiə obyektlərinin məhv edilməsi üçün nəzərdə tutulub

Erməni hərbi ekspert Van Ambardzumyan NEWS.am-a açıqlamasında belə deyib.

Onun sözlərinə görə, həmin raketlər nəinki hava və raket hücumlarından müdafiə sistemlərini dəf etmək üçündür, eyni zamanda həmin sistemlərin özlərini məhv edə bilər və Ermənistanın bu raketlərə qarşı müdafiə imkanları yoxdur.

“Yəni Ermənistan Silahlı Qüvvələrinin silahlanmasında yer alan S-300 PS və S-300 PT zenit-raket sistemləri bu raketlər üçün adi hədəfdir. Bu qanadlı raketlər 250 km. radiusa malikdir, üstəlik minimal uçuş hündürlüyü cəmi 10 metrdir. S-300 PS və S-300 PT zenit-raket sistemlərinin aerodinamik hədəfləri vurmaq üçün minimal hündürlüyü isə 25 metrdir. Həmin qurğular maksimum 75 kilometr uzaqlıqda və 27 kilometr hündürlükdə hədəfləri vura bilər”-Ambardzumyan izah edib.

Erməni hərbi ekspert əlavə edib ki, həmin yeni Türkiyə raketlərinin uçuş zamanı relyefə uyğun manevr etmək imkanları var. Ermənistan isə dağlıq ölkə olduğu üçün həmin amil HHM sistemləri üçün hədəfləri ayrıd etməyi xeyli çətinləşdirəcək.

“Dağların fonunda hədəfləri ayrıd etmək xeyli mürəkkəbdir. Erməni ordusunun sərəncamında olan Buk-M2 zenit-raket komplekslərin də bu tipli raketləri vurmaq imkanında deyil”-o bildirib.

Ambardzumyan diqqəti bu məqama yönəldib ki, Türkiyədə istehsal olunan silahlar NATO standartlarına cavab verməlidir. Azərbaycanın silahlanmasında isə əsasən sovet və Rusiya istehsalı olan qırıcılar var. “Hətta Gürcüstandan alınan “Su-25KM” təlim-döyüş təyyarələrində də kodlaşdırılmış radiosiqnalın ikitərəfli ötürülməsi sistemi yoxdur. Belə sistem olmayanda isə “SOM-B1” raketləri faydasızdır. Məhz bu xüsusat Bakının İtaliyadan “Alenia Aermacchi M-346 Master” təlim-məşq təyyarələrinin iri partiyasını almasına səbəb olub”-erməni hərbi ekspert əlavə edib.

Ambardzumyan qeyd edib ki, həmin təyyarələr NATO standartlarına uyğundur və təlim-məşq təyyarələri kimi hazırlansa da tamamilə döyüş məqsədi üçün də istifadə oluna bilər. Çünki təyyarələr hava-yer tipli raketlər, kaset aviabombaları daşıya bilər. Döyüş yükü 500 kiloqramdır. Ambardzumyana görə həmin təyyarələr “SOM-B1” raketlərini də daşımaq imkanındadır.



Erməni ekspert onu da bildirib ki, həmin təyyarələr təlim-məşq təyinatlı olsa da Bakı əvvəlcə 10 M-346 “Master” təyyarəsi almağa qərar verib, daha sonra 15-ni də sifariş verib və gələcəkdə daha 10 ədə almağa hazırlaşır. Bu da Ambardzumyana görə Azərbaycanın əsl hədəfini və məqsədini ortaya qoyur. Çünki pilotlara təlim vermək üçün birdən birə 10 təyyarə almaq heç nə ilə əsaslandırılmayan israfçılıq olardı. Deməli Bakı bu maşınları döyüş vəzifələrinin yerinə yetirilməsi üçün alıb.

“Azərbaycana pilotlara təlim vermək üçün 4 belə təyyarə də bəs edərdi. Səsdən iti uçan 16 qırıcısı olan heç bir ölkə pilotlara təlim vermək üçün 25 təyyarə almaz. Bu primitiv məntiqdir”- o deyib.



Ekspert əlavə edib ki, Bakı təkcə İtaliya təyyarələrinin alınması ilə işi yekunlaşdırmır və Ruiyadan çoxməqsədli Su-30MKA qırıcılarını da almağa hazırlaşır. Onun iddiasına görə Azərbaycan bu məqsədlə öz pilotlarını Əlcəzair Hərbi Hava Qüvvələrinin Rusiyadan alınan Su-30MKA qırıcılarında təlim keçməyə göndərib. Ambardzumyan deyib ki, həmin qırıcılar Rusiyanın Ermənistana verməyə hazırlaşdığı Su-30SM qırıcılarından döyüş və taktiki göstəricilərinə görə daha üstündür.

“Digər tərəfdən problem ondadır ki, pilotların hazırlanmasına ən azı 5 il vaxt lazımdır. İndiki məqamda bizim pilotlar həmin müasir təyyarələrdə uçmağa hazır deyillər, onlar indiyədək səsdən aşağı sürətlə uçan Su-25 təyyarələrində uçublar”-Ambardzumyan deyib.

Xatırladaq ki, Azərbaycan Türkiyədən alınan “SOM-B1” hava-yer raketlərini ilk dəfə 2018-ci ildə Bakıda keçirilən hərbi paradda nümayiş etdirib. Həmin vaxt raketlər hələ silahlanmaya daxil edilməmişdi, amma onların paradda görünməsi geniş rezonansa və erməni dairələrində təşvişə səbəb oldu.

İtaliyanın “Leonardo Aircraft” şirkətindən sifariş edilən M-346 “Master” təlim-məşq təyyarələri isə ilk dəfə 2017-ci ildə Müdafiə Nazirliyi tərəfindən nümayiş etdirilib. Sonradan məlum olub ki, Azərbaycan 10 belə təyyarə alıb, daha 15-ni sifaiş verib. M-346 yüngül təlim-məşq təyyarələri asanlıqla döyüş təyyarələri kimi modifikasiya oluna, onun asqılarında kaset tipli aviabombalar, yaxud qanadlı raketlər və idarəolunmayan bombalar quraşdırıla bilər.

Bu yaxınlarda Rusiyanın Ermənistana 4 Su-30 SM qırıcısı verəcəyi məlum olanda erməni ekspert çevrələrində lovğalanırdılar ki, həmin döyüş maşınlarının sayəsində Yerevan Bakı ilə hərbi tarazlığı bərpa edə bilər. Lakin indi ermənilərin özləri etiraf edir ki, bu tarazlığı bərpa etmək mümkün deyil./virtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Komandan: Azərbaycan düşmən pilotsuzlarını “Buk” ilə vurur

    Komandan: Azərbaycan düşmən pilotsuzlarını “Buk” ...

    7-09-2015, 17:38

  • 
  • Azərbaycanın erməniləri qorxuya salan qanadlı raketi

    Azərbaycanın erməniləri qorxuya salan qanadlı ...

    9-07-2018, 12:45

  • 
  • Türkiyə regionun ən dağıdıcı raket sistemini Azərbaycana göndərir

    Türkiyə regionun ən dağıdıcı raket sistemini ...

    18-09-2014, 15:57

  • 
  • Rusiya ABŞ-ın iki qanadlı raketini ələ keçirdi

    Rusiya ABŞ-ın iki qanadlı raketini ələ keçirdi ...

    19-04-2018, 14:26

  • 
  • Rusiyanın müdafiə nazirliyi: “Dəməşqə 100 raket atılıb”

    Rusiyanın müdafiə nazirliyi: “Dəməşqə 100 raket ...

    14-04-2018, 12:40


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (11)
Avqust 2025 (572)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu