Türkiyənin "Roketsan” şirkəti aldığı sifariş əsasında Azərbaycana "Kasırğa T-300” reaktiv sistemlərini verməyə başlayıb.
Bu haqda şirkətin rəhbəri Eyup Kaptan TRT kanalına açıqlamasında bildirib.
Eyup Kaptan məlumat verib ki, Azərbaycanın sifariş verdiyi bir diviziyon (4 kompleks) "Kasırğa T-300” sistemi ilin sonunadək çatdırılacaq. Hər kompleksin tərkibinə 4 raket daşıya bilən mobil platforma, komanda-nəzarət mərkəzi, hava hücumundan müdafiə sistemi və radar daxildir.
Sistemin komponentlərinin hamısı mobil platforma üzərində yerləşdirilib. Bu da "Kasırğa T-300” sistemlərinin düşmən hədəflərinə dağıdıcı zərbə endirdikdən sonra qısa müddət ərzində öz mövqeyini dəyişdirməsinə, beləliklə, düşmənin cavab zərbələrindən yayınmasına imkan verir.
"Roketsan” şirkəti bundan əvvəl Azərbaycana 122 mm-lik raketlər atan "Sakarya” reaktiv yaylım atəşi sistemlərini də satıb. "Kasırğa T-300” sistemləri isə regionda ən güclü və ən dağıdıcı reaktiv sistemdir. Bu sistem 300 millimetrlik raketlərlə təchiz olunub və 150 kilometr məsafədən hədəfi darmadağın edə bilir(Virtualaz.org).
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?