GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » UNEC-də əsəblər tarıma çəkilib... - Gərginlik VAR

UNEC-də əsəblər tarıma çəkilib... - Gərginlik VAR

Tarix: 19-02-2019, 13:10 Bölmə :Cəmiyyət Baxış: 577
UNEC-də əsəblər tarıma çəkilib... - Gərginlik VAR


Bir müddət əvvəl Azərbaycan Dövlət İqtisad Universiteti Rus dili kafedrasının qanunsuz işdən çıxarılan müəllimi Zərifə Mansurova işinə bərpa olunmağa çox yaxındır.Belə ki,Zərifə Mansurovanın şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsində baxıldıqdan sonra onun işinə bərpa olunması, hətta işsiz qaldığı aylara dair son aylıq vəzifə maaşı əsas götürülərək hesablanması və ödənilməsi müsbət həllini tapa bilər. Xatırladaq ki, 28 noyabr 2017-ci ildə Zərifə Mansurovanın işdən çıxarılmasına dair əmr verilib. 6 dekabr 2017-ci ildə ADİU-dan sənədlərini təhvil alan müəllimin iddia ərizəsi 27 dekabr 2017-ci ildə Səbail rayon Məhkəməsinə daxil olub. Məhkəməyə daxil olma sənədinin nömrəsini hələlik yazmasaq da, deyə bilərik ki, 27 dekabr 2017-ci il tarixi ilə Səbail rayon məhkəməsinə işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə işə baxılması hakimə yönləndirilib.

Məlumatda o da bildirilir ki, 26 yanvar 2018-ci ildə məhkəmədə şikayətçinin işinə baxılır və qərardat çıxarılır ki, müddət ötürülüb. Nəticədə Z.Mansurova işinə bərpa oluna bilməyib, bundan sonra qərardan apellyasiya şikayəti verib. Apellysiya Məhkəməsi də işə baxıb, uzun müddətli araşdırma aparıb, Z.Mansurovanın hansı maddəyə əsasən işdən çıxarılmasına dair qənaətin üstündə dayana bilməyib.Sonda birinci instansiya- Səbail Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Faktinfo.az-a məlum olan, amma hələ ki, bütün tərəfləri ilə açıqlamadığımız məhkəmə işində incə mətləb ondan ibarətdir ki, Z.Mansurovanın özü belə son iki aya qədər elə bilirmiş ki, Səbail rayon Məhkəməsinə iki dəfə deyil, bir dəfə müraciət edilib. Gecikmə qərarına dair çıxarılan qərardadın tərəfində yaranan müəmma da buradan – Z.Mansurovanın müraciət etdiyi birinci ərizəsinin necə və niyə ötürülməsindən yaranıb. Artıq yuxarı aidiyatı dairələrin bildiyi, ADİU-nun rektoru Ədalət Muradovu çətin duruma salan məhkəmə prosesinə yaxın günlərdə təkrar baxılacağı, Z.Mansurovanın açıqlaya biləcəyi bir çox mətləblərin fonunda kim(lər)insə karyerasına xələl gələcəyi də istisna olunmur. Bu barədə müəyyən xüsusatları nəzərə alıb,təfsilatı ilə məlumat verəcəyik.

Yeri gəlmişkən, onu da qeyd edək ki, ADİU-da müəyyən narazılıqların işartıları görsənir. Belə ki, saytların yaydığı , sosial şəbəkələrin ADİU ilə bağlı müzakirə etdiyi digər bir məsələ universitetin obreviaturasının ADİU kimi deyil, UNEC kimi yazılmasıdır. Artıq bu məsələyə dözümsüzlük göstərən universitetin professoru, iqtisad elmləri doktoru Mirələm Həsənli obreviaturanın UNEC kimi yazılmasına, eləcə də digər xoşagəlməz hallara görə Azərbaycan Respublikasının birinci vitse -prezidenti Mehriban xanım Əliyevaya müraciət edib. Müraciət müəllifinin fikirlərindən də açıqca görsənir ki, o bu məsələni rektor Ədalət Muradova nöqsan kimi bildirib. Bundan sonra rektor onu universitetin maliyyə kafedrasının müdiri vəzifəsindən azad edib.

ADİU-nun professoru Mirələm Həsənli sözügedən müraciətdə bildirir.Sitat: “Rektorun qərəzli, əsassız şəkildə rəhbəri olduğum maliyyə kafedrasını ləğv etməsi və sair kimi təzyiqləri məni heç bir halda bu müqəddəs və hüquqi, mənəvi əsaslandırılmış mövqeyimdən döndərə bilməzdi. Ulu öndərin müqəddəs ideyaları yolunda hər bir əziyyətə, onun adının universitetdə əbədiləşdirilməsi istiqamətində bütün çətinliyə sinə gərməyə hazıram. Bir daha bəyan edirəm ki,mən Ədalət Muradovun əsassız uydurduğu UNEC-in deyil, Azərbaycan Dövlət İqtisad Universitetinin professoruyam.

Yeri gəlmişkən, onu da qeyd edək ki,ölkə Prezidenti və Birinci vitse-prezidentin də iştirak etdiyi 2 fevral-Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında ADİU-nun müəllimi,” Human Foundation” Fondunun Azərbaycan üzrə təsisçisi Fəridə Əsgərzadəyə söz verilərkən o, UNEC-in deyil,Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndəsi kimi təqdim olunub.

Göründüyü kimi, ADİU-nun “reklam”ı, bəzi millət vəkillərinin bəlağətli fikirləri, təhsil ekspertlərinin bu ali məktəbi dünya miqyaslı universitetlərlə müqayisəsi hardasa sabun köpüyü kimi şişirdilib. Yəni ,bir müddət əvvəl səsləndirilən “Dövlət İqtisad Universitetinə təyin edilən rektor ciddi islahatlar aparır.Bununla da Universitetin nüfuzunu yüksəldir” fikri əslində həqiqətdən uzaq şəxsi istək və arzudan irəli gəlmiş ifadə kimi başa düşülür.

Gundemxeber.Az bildirir ki, rektor Ədalət Muradovu hazırda narahat edən başqa məsələlər də var.Söhbət bir müddət əvvəl ADİU-da baş verən bəzi olayların ört- basdır edilməsi, 9 nəfər müəllimin bir həftə ərzində tələbələrdən ümumilikdə 620 min manat(altı yüz iyirmi) rüşvət toplaması barədə faktların yenidən müzakirəyə çıxarılması və araşdırılmasından gedir.Həmçinin, bir müddət əvvəl mətbuatda yazıldığı kimi,2015-ci il ərzində ödənişli təhsil sektorundan ADİU-nun bank hesabına daxil olmuş milyonlarla manatın “yoxa çıxması”da narahatlıq doğuran məsələlərdən hesab olunur.

Gündəmdən düşməyən məsələlərdən biri də,Ə.Muradovun doktorluq və professor elmi adları ilə bağlıdır. Belə ki, Ə. Muradov rektor təyin olunan vaxta,yəni 5 mart 2014-cü ilə qədər elmlər doktoru kimi tanınsa da,ona yalnız 26.12.2014-cü ildə AAK tərəfindən iqtisad elmləri doktoru adı verilib. Onun doktorluq dissertasiyasını 1998-ci ildə Ukraynada müdafiə etməsinə rəğmən müəyyən problemlər səbəbindən diplomunu ala bilməməsi, 16 ildən sonra bu ada Azərbaycanda layiq görülməsi söz-söhbətə səbəb olub. Bu azmış kimi, rektorun elmlər doktoru elmi dərəcəsi almazdan əvvəl professor adına layiq görülməsi də pedaqoji kollektiv,elmi ictimayyət arasında,sosial şəbəkələrdə,instaqram səhifələrində böyük müzakirələrə səbəb olub. Belə ki, Ə.Muradov 2002-ci ildə keçmiş İqtisadi İnkişaf Nazirliyində işlədiyi müddətdə həm də Prezident yanında Ali İdarəçilik Akademiyasında dərs deyib. O, 21.11.2014-cü ildə professor adına layiq görülsə də, bundan əvvəl 10 ilə yaxın müddətdə yarım ştat professor məvacibi alıb. Məhdud bir vaxtda, özü də ardıcıllığın pozulması ilə iki ada sahiblənmək təbii ki, müəyyən söz-söhbətlərə yol açıb,yuxarı dairələrdə yaxşı qarşılanmayıb. KİV-də yazılanlara görə isə, bu barədə araşdırmalar hələ də davam edir. Burada hər kəsi düşündürən incə mətləb ondan ibarətdir ki, Ə.Muradov rektor təyin olunduqdan 8 ay sonra əvvəl professor, ardınca isə doktor adını necə alıb? Bütün bunlar rektor üçün narahatlıq doğuran məsələlərdi.

P.S. Daxil olan son məlumata görə,Ali Məhkəmə 18.02.2019-cu il tarixində Zərifə Mansurovanın şikayəti ilə bağlı qətnamə qəbul edib.Qətnaməyə əsasən, Səbail rayon Məhkəməsində Z.Mansurovanın işi ilə bağlı gecikmə qərarına dair çıxarılan qərardad ləğv edilib,işin mahiyyəti üzrə baxılmasına dair qərar verilib.Beləliklə,Z.Mansurovanın işinə bərpa olunması ilə bağlı məsələyə yaxın müddətdə Apelliyasiya Məhkəməsində təkrar baxılacaq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sabirabad məhkəməsi müxalifətçi müəllimi işinə bərpa etdi

    Sabirabad məhkəməsi müxalifətçi müəllimi işinə ...

    24-02-2017, 11:08

  • 
  • Rektorun işdən qovduğu müəllimə od püskürdü: - Prezidentə şikayət

    Rektorun işdən qovduğu müəllimə od püskürdü: - ...

    7-09-2018, 14:20

  • 
  • Ucar sakini nədən və kimdən narazılıq edir - Müraciət

    Ucar sakini nədən və kimdən narazılıq edir - ...

    11-02-2019, 13:19

  • 
  • "Kapital Bank" məhkəmədə cavab verəcək - Bank isə bu barədə susur

    "Kapital Bank" məhkəmədə cavab verəcək ...

    28-03-2018, 15:20

  • 
  • “Unibank” müştərilərini məhkəməyə verdi

    “Unibank” müştərilərini məhkəməyə verdi ...

    6-06-2016, 17:20


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (307)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu