GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Rektorun işdən qovduğu müəllimə od püskürdü: - Prezidentə şikayət

Rektorun işdən qovduğu müəllimə od püskürdü: - Prezidentə şikayət

Tarix: 7-09-2018, 14:20 Bölmə :GündəmXəbər / Manşet Baxış: 440
Rektorun işdən qovduğu müəllimə od püskürdü: - Prezidentə şikayət


gundemxeber.az Azərbaycan Dövlət İqtisad Universitetinin Rus dili kafedrasının işdən azad edilmiş müəllimi Zərifə Mansurova «Təzadlar»a daha bir şikayət məktubu və sənədlər göndərib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlı müraciətdə deyilir:

Hörmətli Cənab Prezident!

Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 18.09.2015-ci il tarixli EŞ-140 №-li qərarı ilə təsdiq edilmiş "Azərbaycan Dövlət İqtisad Universitetində professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sisteminin tətbiqi haqqında Qaydalar"ın 2015-2016-cı və 2016-2017-ci tədris illəri üzrə aidiyyatı orqanlar tərəfindən təsdiqlənmədən tətbiq olunmuşdur. Qeyd edim ki, 2015-2016-cı tədris ili üçün 884 (səkkiz yüz səksən dörd) nəfər müəllimdən ibarət və 2016-2017-ci tədris ili üçün 775 (yeddi yüz yetmiş beş) nəfər müəllimdən ibarət rektor professor Ə. C. Muradovun sədrliyi və professor E. M. Sadıqovun elmi katibliyi ilə icrasını təmin etmək əmri təsdiq olunmuşdur. Universitetdə tətbiq olunan differensial əmək haqqı sisteminin Elmi Şurada qəbul etdikləri qaydalara görə, müntəzəm olaraq hər il cari tədris ilinə aid elmi-pedaqoji fəaliyyəti haqqında müvafiq məlumatlar 1 (bir) sentyabrdan 30 (otuz) iyun tarixinədək sistemə daxil edilir. Əgər növbəti 2015-2016-cı tədris ili üçün sayca 884 müəllimdən ibarətdirsə və yaxud da fərq etmədən 2016-2017-ci tədris ili üçün 775 nəfər müəllimdən ibarətdirsə, ilk 100 (yüz) nəfərin vəzifə maaşlarına əlavə artımlar belə hesablanır:
1) 1-10 yerləri tutan müəllimlərin vəzifə maaşları 2 (iki) dəfə artırılır;
2) 11-30 yerləri tutan müəllimlərin vəzifə maaşı 1,7 dəfə artırılır;
3) 31-60 yerləri tutan müəllimlərin vəzifə maaşı 1,5 dəfə artırılır;
4) 61-100 yerləri tutan müəllimlərin vəzifə maaşı 1,2 dəfə artırılır.
Nəzərinizə çatdırmaq istəyirəm ki, 18 sentyabr 2015-ci il tarixdə Elmi Şurada təsdiq olunmuş əmr xəbərdarlıq etdikdən sonra bir tədris ili zamanı keçmədən dərhal müəllimlərin siyahısı tutulmuş və nəzərdə tutduqları vəzifə maaşlarını yuxarıda qeyd olunan artım miqdarında ödəməyi həyata keçirməyə başlamışlar. Lakin sual oluna bilər: əgər layihə kimi tədbiq olunan sistemin qaydaları əvvəlki iş stajı nəzərə alınmadan və elan etdikləri yeni tələbləri müəllimlərin icra etməsi üçün hansısa zaman gözlənilmədən (halbuki özləri qəbul etdikləri qaydalarda 1 (bir) sentyabrdan 30 (otuz) iyunadək vaxt ayrılmalı idi) hansı göstəricilərə əsaslanaraq müəllimlərin sıralanmasını həyata keçirdiblər?! Həmçinin, bu cür yanaşmanın nəticəsində differensial əmək haqqı sisteminə dair rektorun müşaviri i.ü.f.d. Elşən Bağırzadə həmin ildə dördüncü sırada yerləşdirilərək iki qat əmək haqqı almaq ixtiyarına hansı qanunla malik olmuşdur?!
Həmçinin, qeyd etmək istəyirəm ki, differensial əmək haqqı sisteminə dair 18 nəfərdən ibarət komissiya və ekspertiza üzvləri müəyyənləşdirilmişdir ki, onların özləri də hər zaman bu siyahıda yer alırlar( komissiyaya fənnlər üzrə mütəxəssislər daxil etməyiblər -bəs necə müəyyənləşdirirlər ki, hansı fənnə dair hansı material daha uyğun və vacibdir). Köhnə, başqa müəlliflərə aid kitabları ayrı-ayrı müəllimlərin kabinetinə yükləməklə onlara fəaliyyət yazıblar. Halbuki, həmin üzvlər iştirakçı olmamalı idilər.
Məsələn, Elşən Rəsul oğlu Bağırzadə differensial əmək haqqı sisteminə dair rektorun müşaviri ola –ola 2015-2016-cı tədris ilində aylıq məvacibi 2 dəfə qaldırılıb. Halbuki, Azərbaycan Dövlət İqtisad Universitetinin 18 sentiyabr 2015-ci il tarixli iclasından № EŞ-140 saylı çıxarışına əsasən differensial əmək haqqı rektorun müşavirinə tətbiq olunmamalıdır. Bu Azərbaycan Dövlət İqtisad Universitetində professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sisteminin tətbiqi haqqında komissiyanın təsdiq etdiyi qaydalara ziddir.Buna baxmayaraq differensial əmək haqqı digər komissiya üzvü Cəfərov Nazim Kamil oğluna da tətbiq edilib.Onun da 2015-2016 tədris ili üçün vəzifə maaşı 2 dəfə qaldırılıb. Belə faktlar onlarladır.
Mən 2018-ci ilin yanvar ayında Universitetin saytından differensial əmək haqqı sistemi ilə bağlı 884 müəllimdən ibarət siyahı üzrə apardığım paralellərlə bu nəticəni əldə etmişəm. Onu da vurğulayım ki, hazırda differensial artım üzrə siyahı məlum olmayan səbəblərdən universitetin saytından çıxarılıb. Maraqlısı isə odur ki, hələ də üzərində işlədikləri, qanuniləşməmiş bu layihəni özlərinin təsdiq etdiyi qaydalara zidd olaraq 1 tədris ili gözləmədən tətbiq ediblər. Eləcə də müəllim və professor heyyətinin fəaliyyətinə dair sıralamada ardıcıllıq gözlənilməyib. Siyahıya nəzər yetirilsə, ardıcıllığın 7-8 müəllimdən sonra gözlənilmədiyi də aşkarlanar. Bu isə o deməkdir ki, kimin reytinqi, fəaliyyəti hansı rəqəmlərə ölçülür. Heç şübhə yoxdur ki,884 müəllimə tətbiq olunan differensial əmək haqqı zamanı milyonlar havaya sovrulmayıb. Çünki,əmək haqlarına əlavə olunan milyonların xərclənməsi mütləq idi ki,hansısa xərc maddəsinə əsaslanaydı. Yəqin ki,ADİU üçün bu məbləğ universitetin illik icmal büdcəsində nəzərdə tutulmayıb. Müəllimlərə tətbiq olunan bu qayda ödənişli oxuyan tələbələrin hesabına olsa belə, vəsaitin hansısa xərc maddəsinə əsasən xərclənməsinə dair maliyyə əsaslandırması olmalıdırki, bu da müəyyən suallar doğurur. Bu isə təsdiq olunmuş və qanuniləşmiş sənədlər üzərindən həyata keçirilir. Göründüyü kimi, butün bunlar hələ də üzərində işləyib təkimləşdirmək istədikləri ADİU-da tətbiq edilən differensial əmək haqqı sisteminə şübhə ilə yanaşma ehtimalını yüzə-yüz artırır, hüquqi məsuliyyətə əsas yaradır.
Bundan başqa, ciddi nöqsanlardan biri də bu sistemdə rəhbər vəzifədə ola -ola əlavə dərs saatı götürərək müəllimlik edənlərlə sırf müəllimlik vəzifəsində olanların birgə siyahıya alınmasıdır. Digər tərəfdən rəhbər vəzifədə olanlara il boyu şərait yaradılır ki, dərslərini rəhbərlik etdikləri şöbənin hansısa işçisinə tapşırıb xarici ölkəyə konfransa və digər səfərlərə getsinlər (hətta onlara ezamiyyət pulu da universitet hesabına ayrılır). Amma sırf müəllim vəzifəsində çalışanların dərslərindən ayrılmağı imkansızdır.
Həmçinin bildirirəm ki, əgər sistemə rəhbərlik edən şəxs kimisə sıralamanın ilk yüzlüyünə salmaq niyyətindədirsə, rəhbərlik edən özü internet yolu ilə həmin marağında olduğu müəllimin adına müxtəlif materiallar yükləməklə məqsədinə nail ola bilir (hətta yüklədiyi materialın həmin müəllimə heç bir aidiyyatı olmadığı təqdirdə də).
Acınacaqlı hal odur ki, rus dili kafedrasının müdiri də öz növbəsində nəşr və digər müəllim fəaliyyətinə dair istənilən müəllimə təkan və yaxud da maneə ola bilir. Belə ki, rus dili kafedrasının müdiri dərs üçün hədsiz əhəmiyyət kəsb edən, 2014-cü ildən etibarən hazırlanıb resenziya almış dərs proqramını beş ilə yaxın yubadaraq mənim ixtisara düşməyimə nail olduqdan sonra təsdiq etmişdir.Halbuki həmin ərəfədə bu dərs proqramı təsdiq olunsaydı, mənə yüksək bal göstərmək məcburiyyətində olardırlar.
Rus dili kafedrasının müdiri yüzlüyə daxil olmayanlar üçün kafedrada saxta reytinq tərtib etdirərək sistemdə 134-cü yeri tutmuş şərqşünas tərçüməçi ixtisasına sahib olanı rus dili müəllimi vəzifəsində saxlayır. Onu reytinqlə rus dili kafedrasına nisbətən birinci yer tutmuş kimi göstərir. Burada məqsəd lahiyə kimi tətbiq olunan sistemin birinci yüzlüyünə daxil olunanlara dair pul artırmaqdır. Lakin yüzlüyə daxil olmayanlar üçün rus dili kafedrasının müdiri reytinq adı altında “arzusuna” nail olur. Yəni,burada şərqşünasları rus dili müəllimi kimi saxlayıb, dərs saatlarını alver niyyətləri ücün reallaşdırmaq məqsədi güdülür. Beləliklə, sistemdəki sıralanmaya əsaslanaraq kafedra üzrə elə bir saxta reytinq yaradılmışdır ki, şərqşünas tərcüməçi ixtisası olanlar rus dili müəllimi vəzifəsi üzrə birinci və ikinci yer tutur, lakin rus dili üzrə elmi dərəcələri olan və mütəxəssis müəllimlər axırıncı yerlərə layiq bilinirlər. Halbuki, ixtisasa görə bilik və bacarığı yoxlamaq üçün diaqnostik qiymətləndirmə imtahanı aparmaq məsələnin obyektiv həlli üçün kifayət idi ( kafedrada bir neçə ixtisara salmaq istədikləri müəllimlər gizlin yüzlükdə olmasalar da , amma özlərinin ön sıralarda görmək istədikləri müəllimlər Bakı Biznes Universitetində təşkil olunan konfransda dinləyici sertifikatının əldə olunması üçün ora göndərilir. Nəticədə əldə olunan sertifikatları müəllim fəaliyyəti kimi qeydə alıb, saxta reytinq tərtib etməyə nail olublar).
2016-2017-ci il tarixli sayca 775 müəllimdən ibarət olan qondarma reytinq siyahısında 2.072 bal olan, iki materialı təsdiqlənən bir professor 772-ci yerə layiq görülmüşdür. Ancaq heç bir material təqdim etməyən siravi müəllim 16.514 bal toplayaraq sıralamada 319-cu yerə qaldırılıb.Sual olunur ki, burada necə hesablama aparıldı və hansı fakta əsaslanıb müəllimlərin müqəddəratı “həll” edildi. (təqdim etdikləri bütün siyahı belə faktları nümayiş etdirir – yəqin güman ediblər ki, heç kim, heç bir zaman bu məsələ ilə maraqlanıb əhəmiyyət verməyəcək).

Cənab Prezident!

Xahiş edirəm, cinayət işi qaldırıb komissiya və ekspertiza təyin olunmaqla bu sistem araşdırılsın və qünahkarlar cəzalandırılsın. Məhz belə saxta reytinq tətbiq edərək qüya axırıncı yerlərdə olduqumuz ücün kafedranın iki müəllimini ixtisar ediblər (amma sonradan diqər müəlliməni işə bərpa etdilər, mən isə məhkəməyə muraciət etdiyim ücün hazırda mənimlə prinsip aparırlar).
Xahiş edirəm, qanuna zidd hərəkətlərə qörə cinayət işi qaldıraraq qunahkarları cəzalandırılmasına və mənim otuz altı illik nöqsansız və qusursuz pedaqoji fəaliyyətimə yenidən davam etməyimə kömək edəsiniz.
Hal-hazırda iddia ərizəm Apelyasiya Məhkəməsinin hakimi Fuad Talışinskinin icraatındadır, növbəti məhkəmə 2 oktyabr 2018-ci il tarixinə təyin edilib…
Redaksiyadan: əməkdaşlarımız növbəti məhkəmə prosesini izləyəcək…
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi yolda öldü

    Azərbaycan Dövlət İqtisad Universitetinin ...

    5-07-2013, 02:12

  • 
  • İranın bu universitetində Azərbaycan dilinin tədrisinə icazə verildi

    İranın bu universitetində Azərbaycan dilinin ...

    8-01-2017, 21:28

  • 
  • Şəmsəddin Hacıyevin bütün kadrları “təmizləndi”

    Şəmsəddin Hacıyevin bütün kadrları “təmizləndi” ...

    28-04-2014, 10:03

  • 
  • Azərbaycanda 3 kollecin statusu dəyişdirilib

    Azərbaycanda 3 kollecin statusu dəyişdirilib ...

    21-08-2015, 11:03

  • 
  • Prezident DTX-nın səlahiyyətini artırdı

    Prezident DTX-nın səlahiyyətini artırdı ...

    16-02-2016, 14:38


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu