GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İşçi Qrupu: Azərbaycanda 127 siyasi məhbus var

İşçi Qrupu: Azərbaycanda 127 siyasi məhbus var

Tarix: 20-02-2019, 17:46 Bölmə :Cəmiyyət Baxış: 684
İşçi Qrupu: Azərbaycanda 127 siyasi məhbus var


Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrup siyasi məhbusların yenilənmiş növbəti siyahısını təqdim edib. 127 nəfərin adı siyasi məhbus siyahısına daxil edilib.

“Əldə edilmiş sənədlər, məhkəmə müşahidələri və müsahibələr əsasında İşçi Qrup 127 nəfərlə bağlı işdə siyasi motivli həbsin baş verdiyini təsbit edərək, o məhbusları siyasi məhbus kimi tanıyıb, 54 nəfərin adını monitorinq altında olanların siyahısına salıb, 1 nəfəri isə monitorinqdən çıxararaq siyasi məhbus kimi tanıyıb,” məlumatda qeyd edilir.

İşçi Qrup 3 iyul 2018-ci ildə Gəncə İcra Hakimiyyəti başçısına qarşı sui qəsd, daha sonra 10 iyulda Gəncədə iki polis əməkdaşının öldürüldüyü hadisə ilə bağlı həbs edilən 51 nəfəri aşağıdakı səbəblərdən monitorinq altında olanların siyahısına əlavə edib: “Dövlət orqanları həbs edilənlərin təqsirsizlik prezumpsiyasını pozub; həbs edilənlərin ailə üzvlərinə 9 gün heç bir məlumat verilməyib; hadisələrin mütəşəkkil dəstə tərəfindən törədildiyi iddia olunsa da, bununla bağlı sübutlar ortaya qoyulmayıb; dövlət orqanları 10 iyulda baş verən hadisənin iğtişaş olduğunu iddia etsə də, bu video çəkiliş və ya hər hansı başqa sübutla təsdiq edilməyib; hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyatlar zamanı aşırı gücdən istifadə olunub, nəticədə 6 nəfər ölüb; məhkəmə prosesləri rəsmi olaraq açıq olsa da, faktiki olaraq yarıqapalı keçirilir, jurnalistlərin məhkəmədə iştirakı üçün akkreditasiya tələb edilir, məhkəmə prosesi zamanı qeyd aparmağa icazə verilmir, prosesdə iştirak edən jurnalistlərin müəyyənedilib hakim tərəfindən məhkəmə zalından çıxarılması halları müşahidə edilib,”işçi qrup bildirir.

Qrupun siyasi məhbus kimi tanıdığı 127 nəfər aşağıdakı qaydada təsnifləşdirilib: Siyahıya daxil edilənlərin 9-u jurnalist və bloger, 1-i şair, 1-i hüquq müdafiəçisi, 18-i siyasi və ictimai fəal, 67-si inanclı fəal, 3-ü ömürlük həbs olunma cəzasına məhkum olunan, 14-ü sosial etirazlarla bağlı tutulan, 2-si keçmiş dövlət məmuru, 4-ü siyasi girov, 8-i Səid Dadaşbəyli və onunla birgə tutulanlardır.

Bir məqamı təəssüflə qeyd edirik ki, ölkədə siyasi məhbusların sayı siyahıdakından qat-qat çoxdur. Ölkədə hökm sürən repressiv mühit insanları işlərini ictimailəşdirməkdən çəkindirir.
Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrupun hesabatından
İşçi Qrupun 1 sentyabr 2018-ci ildə təqdim etdiyi sonuncu hesabatdan sonra siyahıda adları olan 4 nəfər azadlığa buraxılıb. Onlardan 2 nəfəri cəzasının müddəti bitdiyi üçün, 2 nəfəri məhkəmə qərarları ilə azad edilib. 3 nəfəri yeni şəxsi İşçi Qrup siyasi məhbus kimi tanıyaraq əsas siyahıya əlavə edib.

Cəzasının müddəti bitən siyasi məhbuslara qarşı yeni cinayət işi açılıb

İşçi Qrupun öncəki hesabatı yaymasından (1 sentyabr 2018-ci il) keçən müddət ərzində üç siyasi məhbus - 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkmiş Telman Şirəliyev, Məmməd İbrahim və Elnur Cavadov müxtəlif vaxtlarda cəzalarının müddətinin bitməsinə bir neçə gün qalmış yastıqlarının altından qadağan olunmuş əşya aşkarlandığı iddiası ilə yenidən cinayət məsuliyyətinə cəlb edilərək 6 aya qədər azadlıqdan məhrum ediliblər. 14 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən video-bloger Mehman Hüseynov da oxşar ssenari ilə qarşılaşıb. Dekabrın 26-da cəzasının müddətinin bitməsinə iki ay qalmış Cəzaçəkmə Müəssisəsinin əməkdaşına xəsarət yetirdiyi iddiası ilə video-bloger haqqında cinayət işi açılıb.

“Mehman Hüseynova qarşı yeni cinayət işinin açılması ciddi beynəlxalq reaksiyalara səbəb olub. 17 yanvar 2019-cu ildə Avropa Parlamenti “Azərbaycanda insan haqları, demokratiya və qanunun aliliyinin pozulması ilə bağlı qətnamə” qəbul edib. Sənəddə M.Hüseynovun dərhal, qeyd-şərtsiz azad edilməsi, ona qarşı yeni ittihama xitam verilməsi hökümətdən tələb edilib. 22 yanvar 2019-cu ildə Azərbaycan Prezidentinin tövsiyəsi əsasında video-bloger barəsindəki cinayət işinin icraatına istintaq orqanı tərəfindən xitam verilib. Saxta ittihamla barəsində ikinci cinayət işi qaldırılan Məmməd İbrahim 13 fevral 2018-ci ildə ikinci həbs müddətinin başa çatmasına 35 gün qalmış, eyni hal ilə qarşılaşan Telman Şirəliyev isə 18 fevral 2018-ci ildə ikinci həbs müddətinin bitməsinə 27 gün qalmış məhkəmə qərarı ilə azadlığa buraxılıb. Xatırladaq ki, adı siyahıda olan daha bir neçə məhbus, o cümlədən həbs müddəti başa çatmış Əli İnsanov saxta ittihamlarla barəsində qaldırılmış iki cinayət işi üzrə həbsdə qalmaqda davam edir,” sənəddə qedy edilir.

Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrup qrupu həmçinin bildirir ki, ölkədə siyasi motivlə həbs edilənlərin sayı daha çoxdur

2017-ci ilin sonundan etibarən vəkillərə qarşı intensivləşən təzyiq və təqiblərin nəticəsi olaraq, işci qrup ilə əməkdaşlıq edən vəkillərdən bir çoxunun vəkillik fəaliyyəti dayandırıldıqdan sonra siyasi məhbusların müdafiəsində yaranan çətinliklər artmaqda davam edib.
Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrupun hesabatından
“İşçi Qrup hər dəfə olduğu kimi, bu dəfə də bir məqamı təəssüflə qeyd edir ki, ölkədə siyasi məhbusların sayı siyahıdakından qat-qat çoxdur. Ölkədə hökm sürən repressiv mühit insanları işlərini ictimailəşdirməkdən çəkindirir. Digər tərəfdən, hüquqi məlumatsızlıq, vəkillərə qarşı aparılan repressiv siyasətdən sonra bu insanlara hüquqi yardım etmək üçün, sadəcə, bir neçə vəkilin qalması, regionlarda müdafiə mexanizmlərinin olmaması ucbatından müdafiənin təmin edilməməsi bu şəxsləri siyasi məhbus kimi tanımaq üçün zəruri olan məlumatların və sənədlərin toplanmasını çətinləşdirir”.

Sənəddə deyilir ki, siyasi məhbuslar faktiki olaraq hələ də vəkillərsiz qalıb.

“2017-ci ilin sonundan etibarən vəkillərə qarşı intensivləşən təzyiq və təqiblərin nəticəsi olaraq, işci qrup ilə əməkdaşlıq edən vəkillərdən bir çoxunun vəkillik fəaliyyəti dayandırıldıqdan sonra siyasi məhbusların müdafiəsində yaranan çətinliklər artmaqda davam edib. Elə situasiya yaranıb ki, vəkil çatışmazlığı səbəbindən siyasi məhbuslar məhkəmə önünə vəkilsiz çıxıblar, hətta bəziləri məhkəmə şikayətlərini özləri yazmaq məcburiyyətində qalıb,” məlumatda deyilir.

2019-cu ilin yanvarın 22-də AŞPA-nin Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi təyin edilmiş İslandiyadan olan deputat Torhildur Sunna Varsdottir siyasi məhbuslarla bağlı ilkin memorandumu hazırlayaraq AŞPA İnsan Hüquqları və Hüquq Komitəsinə təqdim edib.

Azərbaycan hökuməti birmənalı şəkildə ölkədə syasi məhbusların olmadığını bildirir. Hökumət rəsmiləri fundamental azadlıqların tam təmin edildiyini, insanların qanun qarşısında bərabər olduğunu, siyasi məqsədlərlə təqiblərin olmadığını bəyan edir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İşçi Qrupu: Siyasi məhbus siyahısına 130 nəfərin adı daxil edilib

    İşçi Qrupu: Siyasi məhbus siyahısına 130 nəfərin ...

    1-09-2018, 20:12

  • 
  • Azərbaycanda neçə siyasi məhbus var? Yeni siyahı açıqlanıb

    Azərbaycanda neçə siyasi məhbus var? Yeni siyahı ...

    3-09-2018, 15:05

  • 
  • Azərbaycanda 142 siyasi məhbus var

    Azərbaycanda 142 siyasi məhbus var ...

    23-03-2018, 21:27

  • 
  • Siyasi məhbus kimi tanınan şəxslərə kitab toplama kampaniyası keçirilir

    Siyasi məhbus kimi tanınan şəxslərə kitab toplama ...

    22-12-2018, 18:11

  • 
  • Siyasi Məhbusları Müdafiə Mərkəzi: 159 siyasi məhbus var

    Siyasi Məhbusları Müdafiə Mərkəzi: 159 siyasi ...

    20-11-2017, 16:53


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (3)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu