Azərbaycan Xalq Cəbhəsi Partiyası Yasamal rayon Gənclər Komitəsinin sədri Məhəmməd Rzaya 15 sutka inzibati həbs verilib.
Bu barədə AXCP-nin mətbuat xidməti məlumat yayıb.
Partiyadan verilən məlumata görə, bununla bağlı qərar fevralın 21-də Nizami Rayon Məhkəməsində çıxarılıb:
«Gənc fəalın nədə günahlandırıldığını dəqiqləşdirmək isə mümkün olmayıb».
Bu deyilənləri, hələlik, Nizami Rayon Məhkəməsindən mümkün olmayıb.
Partiya bildirib ki, fevralın 21-də AXCP Yasamal rayon Gənclər Komitəsinin sədri Məhərrəm Rza Bakının Nizami rayonu ərazisində Laçın Ticarət Mərkəzində mülki geyimli şəxslər tərəfindən saxlanılıb.
AXCP-dən verilən məlumata görə, təkcə bu ilin əvvəlindən 35-dən çox siyasi fəal inzibati hüquq pozmalarında günahlandırılaraq 20-25 sutkalıq həbs cəzası alıb. Bundan başqa, bu partiyanın 10-a yaxın fəalı son illər müxtəlif ittihamlarla mühakimə olunaraq uzunmüddətli həbs ediliblər. Bəzilərinin də məhkəməsi gedir. AXCP onların siyasi fəaliyyətləri ilə bağlı şərlənərək həbs olunduğunu bəyan edib.
Rəsmilər isə bu deyilənləri təkzib edir. iOnlar ölkədə bütün fundamental azadlıqların qorunduğunu deyirlər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?