Əməkdar artist Nahidə Orucovanın Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşündə iştirakı qalmaqala səbəb olub.
GundemXeber.Az Milli.Az-a istinadla xəbər verir ki, aktrisa yürüş zamanı sənət yoldaşları ilə çəkdirdiyi fotoları sosial şəbəkə hesabından paylaşıb. Aktrisanın "Bugün. Xocalı hadisələrindən 27 il keçir. Şəhidləri yad edib, yürüş keçirildi. Azərbaycanımızın görkəmli sənətkarları ilə görüşüb, xatirə şəkili çəkdirdik" şərhi ilə paylaşdığı şəkildə gülümsəməsi sosial şəbəkə istifadəçilərini bərk qəzəbləndirib.
Nahidə Orucovanı Xocalı soyqırımı günü bu anlaşılmaz davranışına görə qınayanlardan bəzilərinin şərhini təqdim edirik:
"Xocalı hadisəsinə belə sevinəcək, gülər üzlə selfi çəkirlər? Bu nə səviyyəsizlikdir?", "Gülməli nə var deyin biz də gülək", "Nahidə xanım, niyə gülürsünüz. Yoxsa üz dartma əməliyyatından sonra belə qalmısınız?", "Nəyə gülürsünüz? Olanlara gülürsünüz?", "Siz niyə gülürsünüz ki? Elə bil 1 may paradına çıxmısınız. Silsəniz yaxşı olar bu şəkli burdan".
Tanınmış aktrisa təzyiqlərə rəğmən paylaşdığı sözügedən fotoları silməyib.
Aktrisa bu azmış kimi hərəkətinə "Bu soyuqda siz də olsaydınız görək necə şəkil çəkdirərdiniz. Biz hər il bu yürüşdə iştirak edirik. 27 ildir ki, ağlayırıq. Onsuzda bu bizim dərdimizdir. Yazmağa gəlmişkən də, mütləq pis şey yazmalısınız. Yaxşıya əliniz gəlmir. Bir az heç olmasa diriəlrə sevginiz olsun" sözləri ilə haqq qazandırıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?