Bakı şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının martın 2-də keçirmək istədiyi mitinqə icazə verməyib.
Gundemxeber.Az bildirir ki, bu barədə AXCP-dən məlumat verilib.
Bakı meriyası Milli Şuranın fevralın 23-nə təyin etdiyi mitinqə də icazə verməyib.
Mitinqə icazə verilməməsinin səbəbi kimi, mitinqdən sonra ictimai təhlükəsizlik əleyhinə əməllər törətməklə aksiyanın keçirildiyi məkanın yaxınlığında insanların dincliyi, nəqliyyatın və müəssisələrin normal fəaliyyəti pozulub.
Milli Şura mitinqlərdə siyasi məhbusların azad edilməsini, xalqdan oğurlanmış pulların xalqa qaytarılmasını, milləti bankların maliyyə əsarətinə salmış problemli kreditlərin dövlət tərəfindən ödənilməsini, yəni soyğunçu bank borclarının ləğv edilməsini, uşaq pullarının verilməsini və başqa demokratik tələblər iərli sürəcəyini bildirmişdi.
AXCP-nin məlumatına görə,19 yanvar mitinqi ərəfəsində və mitinqdən sonra 50-dən çox müxalifət fəalı saxılanılıb. Yalnız AXCP-nin 40-dan çox fəalı polisin qanuni tələbinə tabe olmamaq və digər ittihamlarla inzibati həbsə məhkum edilib.
Öz növbəsində rəsmi Bakı ölkədə sürətli iqtisadi inkişafın olduğunu və əhalinin sosial durmunun durmadan təmin edildiyini bəyan edir. Dövlət rəsmiləri, bütün fundamental azadlıqların, o cümlədən toplaşmaq, söz və birləşmək azadlıqlarının tam təmin edildiyini bildirir. Hökumət həmçinin insanların siyasi əqidəsinə görə təqib olunmadığını deyir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?