Milli Şura fevralın 23-də saat 15-dən 17-dək Məhsul stadionunda mitinq keçirmək barədə qərar qəbul edib.
Milli Şuranın sədri Cəmil Həsənli bildirib ki, aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərilib.
“Mitinqin əsas tələbləri siyasi məhbusların azad edilməsi, xalqdan oğurlanmış pulların xalqa qaytarılması, milləti bankların maliyyə əsarətinə salmış problemli kreditlərin dövlət tərəfindən ödənilməsi, yəni soyğunçu bank borclarının ləğv edilməsi, uşaq pullarının verilməsi və başqa demokratik çağırışlardan ibarətdir. Sevgili millət siz bizdən mitinq tələb edirdiniz, Milli Şura da bu mitinqə qərar verdi. Buyurun, indi söz sizindir!”, Həsənli facebook səhifəsində yazıb.
Sevgili millət siz bizdən mitinq tələb edirdiniz, Milli Şura da bu mitinqə qərar verdi. Buyurun, indi söz sizindir! Cəmil Həsənli, Milli Şuranın sədri Bundan öncə, Milli Şura yanvarın 26-da Bakıda “Məhsul” stadionunda “Siyasi məhbuslara azadlıq” tələbi ilə mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərib. Bakı Şəhər İcra Hakimiyyəti mitinqin keçirlməsini məqsədəuyğun saymayıb.
Milli Şura bu il ilk mitinqini yanvarın 19-da keçirib. Bu müxalifətin son illərdə ən izdihamlı aksiyası olub.
Mitinq ərəfəsində və mitinqdən sonra 50-dən çox müxalifət fəalı, əsasən də Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları saxlanılıb. Onlardan əksəriyyəti müxtəlif ittihamlarla, o cümlədən polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 10 sutkadan 30 sutkayadək inzibati həbsə məhkum edilib. Bununla yanaşı, mitinqdə iştirak edən çoxsaylı insanların mobil telefonuna zəng edilərək polisə dəvət edilib.
Sorğu
Yeni dizaynımız necədir?