Naftalan rayon İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimovun ölümü səbəbinin müəyyən edilməsi üçün ekspertiza təyin edilib.
Bakı Şəhər Prokurorluğundan verilən məlumata görə, R.İbrahimovun fevralın 24-də yaşadığı mənzildə vəfat etməsi faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq; ölümə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Müvafiq ekspertizalara təyin olunub.
Ölümün səbəbinin müəyyənləşdirilməsi istiamətində zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, ilkin məlumatda icra başçısının ürərktutmadan vəfat etdiyi qeyd olunurdu.
***
“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, icra başçısı yaşadığı mənzildə dəm qazından zəhərlənərək ölüb.
Sorğu
Yeni dizaynımız necədir?