GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Kinq” şirkətinin rəhbərinin adı ilə dələduzluq - GİLEY

“Kinq” şirkətinin rəhbərinin adı ilə dələduzluq - GİLEY

Tarix: 11-03-2019, 16:41 Bölmə :Cəmiyyət Baxış: 414
“Kinq” şirkətinin rəhbərinin adı ilə dələduzluq - GİLEY


Dələduzluğun qurbanı olduğunu deyən, Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi Səttar Bəhlülzadə küçəsi, ev 80-də yaşayan vətəndaş Verdiyeva Rəna Eldar qızı “Bakı-Xəbər” qəzeti vastitəsilə düşdüyü acınacaqlı vəziyyətlə bağlı ölkə Prezidentindən və Birinci vitse-prezidentdən kömək istəyib.

Rəna Verdiyeva müraciətində bildirir ki, iki azyaşlı uşağı ilə çöllərdə qalıb. Dələduzluqla evinin alındığını deyən xanım hüquq-mühafizə orqanlarında, məhkəmədə ədalətsizliklə qarşılaşdığını iddia edir. Hər şey Rəna xanımın ailəsinə edilən biznes təklifindən sonra başlayıb. Kifayət Dostumalıyeva və oğlu Kənan Yusifovun təklifindən sonra. K.Dostumalıyeva ilə münasibətlərinə toxunan R.Verdiyeva bildirib ki, onunla Tamara adlı rəfiqəsi vasitəsi ilə tanış olub: “Tamara bildirdi ki, bir qohum var, Tovuzda elektrik mallarının alverini edir. Amma o qədər pul vəsaiti yoxdur. Məni Kifayət və oğlu Kənanla tanış etdi. Sonra Kifayət Dostumalıyeva əri və oğlu Kənanla bizə gələrək birgə işləmək üçün razılıq istədilər. Razılıqdan sonra ilk dəfə 2012-ci ilin sentyabrında Kifayət Dostumalıyevaya notarial qaydada 20 min manat verdik. Bir müddətdən sonra Kifayət və oğlu Kənan mənə bildirdilər ki, Tovuzda camaat mallari nisyə alır və pulları yığa bilmirlər. Dedilər ki, onların “Sədərək” ticarət mərkəzində 2 mağazası var. Orada alver daha yaxşı gedəcək. Mən razılaşdım və Bakıda işləmək qərarına gəldik. 2012-ci ilin noyabrında evimi satıb onlara 120 min manat pul verdim. Təxminən üstündən 10 gün keçmişdi ki, Kənan mənə zəng edərək bildirdi ki, mallar gəlib gömrükdə qalıb. 10 min manat lazımdır ki, malları çıxardaq. Məcbur olub 10 min manatı da onlara verdim. Mallar gəldi, biz yoldaşımla gedib mağazaya baxdıq. Mallar “Kinq” şirkətinə aid idi. Bir müddətdən sonra Kifayət Dostumalıyeva mənə 5-6 kart verdi. Dedi ki, malları rayonlara paylamışıq, pulları yığana qədər bu kartlardan istifadə et. Yəni kartlardan pul çək. Bir müddət kartlardan pul çıxarıb borclarımızı qaytarmağa başladıq. Bir müddət ticarətimiz davam etdi. Sonra mən onlarla haqq-hesab etməyi tələb etdim. Onlar isə müəyyən bəhanələrlə yayınmağa başladılar. Bundan sonra israrla verdiyim pulları geri tələb etdim. Kifayət Dostumalıyeva bildirdi ki, pulları “Kinq” şirkətinin prezidenti Amur Məhərrəmova veriblər. Amur Məhərrəmovun telefon nömrəsini verərək dedi ki, get pulunu ondan tələb et. Amur Məhərrəmova zəng etdim. Dedim ki, Kifayət Dostumalıyevanın aldığı malların pulları mənə məxsusdur, görüşməyi tələb etdim”. R.Verdiyeva deyib ki, A.Məhərəmovla söhbət zamanı ona məlum olub ki, “Sədərək” ticarət mərkəzindəki mağazalar K.Dostumalıyevaya məxsus deyil: “Amur Məhərrəmov dedi ki, Kifayət və oğlu Kənan tərəfindən ona heç bir məbləğ verilməyib. Kifayət və Kənanın özlərinə məxsus olduğu kimi təqdim etdikləri mağazaların da Amur Məhərrəmova məxsus olduğunu öyrəndim. Aydın oldu ki, Kifayət və oğlunun məndən aldıqları 150 min manat pul biznesə yatırılmayıb, mallara verilməyib. Amur Məhərrəmovla söhbətimdən sonra həmin gecə Kifayət Dostumalıyevanın oğlu Kənan Yusifov telefonuma hədələyici mesaj yazdı. Gecə yarısı evim daşlandı. Evi daşlayan Dostumalıyevanın digər oğlu Sənan idi. Səhəri isə qapımıza gəldi. Düşündüm ki, bəlkə üzr istəməyə gəlib. Qucağımda uşağım qapını açanda bıçağı usağın boğazına dirədi ki, əgər pulu istəsən, gecə ilə gəlib uşaqlarının başını kəsərəm”. R.Verdiyeva deyir ki, aldadıldığını başa düşəndən sonra ona K.Dostumalıyeva tərəfindən verilən bank kartlarının kimə məxsus olduğunu araşdırıb: “Öyrəndim ki, kartlar Abseron rayon, Novxanı qəsəbəsində yerləşən 1 nömrəli orta məktəbin müəllimlərinə məxsusdur. Onlarla əlaqə yaratdım. Dedilər ki, Kifayət Dostumalıyevadan faizə pul götürüb əmək haqqı kartlarını təminat kimi ona veriblər. Başa düşdüm ki, məndən alınan 150 min manat faizə paylanıb. Daxili İşlər Nazirliyinə müraciət etdim. Müraciətim araşdırılmaq üçün DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə göndərildi. Orada aparılan araşdırma məni qane etmədiyindən baş prokrorun müavini Rüstəm Usubova müraciət etdim. 2014-cü ilin əvvəlində mənə qarşı törədilən dələduzluq əməli ilə bağlı CM-nin 178.3.2 maddəsi ilə cinayət işi başlandı. Baş prokurorun müavini işi şəxsi nəzarətə götürdü. İş materialları araşdırılması üçün Bakı Şəhər Baş Polis İdarəsinə göndərildi”. R.Verdiyeva bildirir ki, iş müstəntiq Rüstəm Bayramova həvalə olunub: “Kifayət Dostumalıyeva istintaqdan yayındığından, barəsində həbsli axtarış elan olundu. Onu və oğlunu Tovuzda saxlayaraq istintaqa cəlb etdilər. İstintaq dövründə Kifayət Dostumalıyeva barəsində həbs qətimkan tədbiri seçilib, oğlu Kənan Yusifov barəsində isə heç yerə getməmək haqda qətimkan tədbiri seçilib”. R.Verdiyevaya görə, uzun müddət aparılan istintaq zamanı ona qarşı dələduzluq edildiyi fakt və sübutlarla təsdiqlənib: ” Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılov külli miqdarda dələduzluqda təqsirləndirilən Kifayət Dostumalıyeva və oğlu Kənan Yusifova bəraət verdi. Məhkəmədə prokuror hər iki şəxsə cəza verilməsini tələb etmişdi. Lakin hakim bəraət hökmü çıxardıqdan sonra prokuror hökmdən protest verilməyəcəyini bildirdi”. R.Verdiyeva bildirir ki, Bakı Apelyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Ali Məhkəməyə verilən Kassasiya şikayətində də Rəna Verdiyeva istəyinə nail ola bilməyib.

Qeyd edək ki, Rəna Verdiyeva bir neçə dəfə dövlət qurumlarının binası qarşısında özünə qəsd etmək istəyib. Hər dəfə onun cəhdinin qarşısını polis əməkdaşları alıb. Şikayətçi bildirir ki, çox çarəsiz durumda olduğu üçün yeganə ümidi Prezident və onun xanımına qalıb: ”Mən evimi satıb pulumun hamısını həmin adamlara vermişəm. 5 ildir 2 uşaqla çöllərdə qalmışam”. Rəna Verdiyeva ölkə rəhbərliyindən xahiş edir ki, hüquqlarının qorunması və işin obyektiv araşdırılması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müvafiq tövsiyə verilsin.
Məhəmmədəli QƏRİBLİ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • YAP-a monalit deyən xanım icra başçısının müavini oldu.NİYƏ?

    YAP-a monalit deyən xanım icra başçısının müavini ...

    8-01-2014, 18:07

  • 
  • Qadını sosial şəbəkədə intim şəkilləri ilə şantaj edən kimdir? — TƏFƏRRÜAT

    Qadını sosial şəbəkədə intim şəkilləri ilə şantaj ...

    29-05-2018, 12:43

  • 
  • Səttar Mehbalıyevə məhkəmədə tanış hakim kömək edibmiş

    Səttar Mehbalıyevə məhkəmədə tanış hakim kömək ...

    27-12-2013, 22:49

  • 
  • QRULTAYIN ÜNVANI - ƏMİRCAN!

    QRULTAYIN ÜNVANI - ƏMİRCAN! ...

    16-09-2014, 10:19

  • 
  • Bir zamanlar bir Rəna xanım var idi

    Bir zamanlar bir Rəna xanım var idi ...

    27-12-2016, 20:50


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu