“Səttar Bəhlulzadə adına Mədəniyyət Evinin rəhbərliyi ilə müqavilə bağlanması haqqında şərtlərin müəyyənləşdirilməsi razılaşdırıldı”.
Bunu AzNews.az-a açıqlamasında Müsavat partiyasının başqan müavini Gülağa Aslanlı bildirib. Onun sözlərinə görə, Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsinin iclasında qərara alınıb ki, şadlıq saraylarıyla da danışıqlar davam etdirilsin: “Qərara alındı ki, şadlıq sarayları ilə danışıqlar davam etdirilsin. Əgər uyğun variantlar olsa, yenidən bu məsələyə baxılacaq”.
Qeyd edək ki, Müsavat Partiyası özünün növbəti qurultayını sentyabrın 27-ə təyin edib. Qurultayın keçirilməsi üçün Bakı Şəhəri İcra Hakimiyyəti onlara Əmircanda yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evini təklif edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?