GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Nazir bir məktəb direktoru ilə bacarmırsa... - İDDİA

Nazir bir məktəb direktoru ilə bacarmırsa... - İDDİA

Tarix: 14-03-2019, 14:12 Bölmə :Cəmiyyət Baxış: 460
Nazir bir məktəb direktoru ilə bacarmırsa... - İDDİA


Tovuzun Əyyublu kənd 1 saylı orta məktəb direktoru Cəmşid Sadıqovun texniki işçi Aygün Əliyevadan 2000 manat alaraq onu işə götürməsi iddiaları elektron mediada səs-küy doğurub. Cumhuriyyet.net-in əldə etdiyi xəbərə görə, təhsil ocağı müdirinin barəsində Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət edilib.

Artıq C.Sadıqovun işi prokurorluqdadır və araşdırmanın icraatı ilə bağlı yaxın günlərdə hərəkətlənmə olacağı gözlənilir.
Məktəb direktorunun A.Əliyevadan və kollektivin digər işçilərindən hər ay 20 manat alması, A.Əliyevanın 110 manat almalı olduğu maaşı qanunsuz olaraq azaldıb 30 manata endirməsi iddiaları da prokurorluq tərəfindən araşdırıla bilər.
C.Sadıqovun şikayətləri qulaqardı etməsi, texniki işçini sıxışdırması, gözümçıxdıya salması, onun verdiyi 2000 manatı qaytarmaması ilə bağlı nə Tovuz təhsil şöbəsi, nə də Təhsil Nazirliyi tədbir gördü. Əksinə, C.Sadıqov A.Əliyevaya özündənrazı şəkildə bildirib ki, heç kim ona bata bilməz, şikayətlər vecinə deyil, çünki Bakıya gedib, nazirlikdə olub, məsələni “yoluna” qoyub.
Belə çıxır ki, məktəb direktoru nazirlikdən onu himayə edən şəxsi “görüb”, işin ört-basdır edilməsi üçün “şirinlik” verib.Lakin unudub ki, nazirlikdən daha səlahiyyətli qurum var – porkurorluq və iş orada ört-basdır edilə bilməz.
Aldığımız xəbərə görə, direktor prokurorluğa şikayətdən xəbər tutub, bundan acığa düşərək A.Əliyevanı növbəti dəfə təhqir edib, ondan qisas almaq naminə məktəbin döşəmələrini silməyə məcbur edib, işdən getməsi üçün tabelə qol çəkməsinə belə imkan verməyib. Bütün bunlar Tovuz rayon təhsilindəki rəzil mənzərəni, dərəbəyliyi, anarxiyanı ortaya qoyur. Görün təhsilin idarəçiliyi hansı səviyyəyə enib ki, bir kənd məktəbinin direktoru ilə bacarmırlar. Ya da bacarırlar, sadəcə, C.Sadıqovla əlbirdilər, hesablaşırlar.
Çünki Tovuz məktəblərinin əksəriyyətində özbaşınalıq, şahın qanun olması, tədrisin keyfiyyətinin aşağı düşməsi, dərsə davamiyyətin sıfıra enməsi, müəllimlərin incidilməsi, texniki işçilərin qul kimi işlədilməsi normativə çevrilib.
Ona görə də C.Sadıqov A.Əliyevanın şikayətlərinin nə nazirlikdə, nə yerli təhsil şöbəsində araşdırılacağına arxayındır.
Odur ki, aldığı 2000 manatı geri qaytarmır, texniki işçinin maaşını bərpa etmir. Bu azmış kimi, onu təhqir edir, qul kimi işlədir, hədələyir. Aygün xanım ayda cəmi 110 manat maaş almalıdır. Bu qəpik-quruşu da ona çox görən məktəb direktoru əsassız yerə pulunu kəsib, əvvəlcə 80, sonra 60, axırda 35 manata endirib. A.Əliyeva RTŞ-nə şikayət elədikdə pulu 30 manata çatdırıb.
İndisə prokurorluğa şikayət olunduğunu eşidib, əl-ayağa düşüb, Aygünü aşağılayıb, hədə-qorxu gəlməyə başlayıb. Deyib ki, nazirlikdə işini həll edib, haqq-hesab verib. Bu ittiham təhsil naziri Ceyhun Bayramova yönəlir.
Yəni, nazir o günə qalıb ki, kənd məktəbinin direktorundan rüşvət alsın, yaxud nazirlikdə onun regional kuratoru pul götürüb C.Sadıqovun əməllərini malalasın?! C.Bayramov islahatçı nazir imici qazanıb, təhsildə yeniliklərə imza atmağı hədəfləyib, neqativləri aradan qaldırmağa çalışır, özünü yaxşı aparmayan məktəb direktorlarını, təhsil şöbəsi müdirlərini cəzalandırmağa başlayıb.
Bu halda Tovuzun Əyyublu kənd məktəbi direktorunun ona iftira atması, imicini ləkələməsi, öz bəd əməlinə görə nazirliyin adını hallandırması yaxşı əlamət deyil. Tezliklə prokurorluqla yanaşı nazirlik də bu məsələyə qarışmalı, komissiya təşkil etməli, C.Sadıqovun fəaliyyəti təftiş olunmalı, A.Əliyevanın problemi həllini tapmalı, verdiyi 2000 manatın qaytarılması təmin edilməlidir. Əks təqdirdə, bu yazılanların müqabilində nazirliyin susması elə təəssürat oyadacaq ki, C.Bayramov biganədir, C.Sadıqovun böhtanları ilə razılaşır. Çünki susmaq razılıq əlamətidir və belə aydın olur ki, bir məktəb direktoru ilə də bacarmırlar.
A.Əliyeva isə bildirir ki, sonuna qədər mübarizəni davam etdirəcək, prokurorluğun araşdırmasından asılı olaraq, hüquqi müstəvidə addımlar atacaq. O, ailəsinə maaş aparmaq istəyir, dolanışığın çətin olduğunu söyləyir, 110 manata ciddi ehtiyac yarandığını deyir, C.Sadıqov isə onun balalarının pulunu kəsir, aldığı 2000 manatı da qaytarmır.
Xatırladaq ki, Aygün Əliyeva prezident İlham Əliyevə, I vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Zakir Qaralova və təhsil naziri Ceyhun Bayramova müraciət edib.
A.Əliyeva müraciətində qeyd edib ki, Tovuz təhsil şöbəsindən Alik müəllim nümayəndə olaraq gəlib, ondan izahat yazmasını istəyib. Alik müəllim Aygünlə təkbətək söhbəti zamanı Cəmşid Sadıqov deyib ki, “Alik, onun izahatını yaxşı al, sənin “hörmətini” necə lazımdır edəcəyəm”.
Aygün isə izahat yazmaqdan imtina edib. Təhsil şöbəsinin nümayəndəsi gedər-getməz məktəb direktoru A.Əliyevanı, onun şikayət etdiyi medianı prokurorluqla, məhkəmə ilə təhdid edib: “Cəmşid Sadıqov 2015-ci ildə məni işə qəbul edib və buna görə 2000 manat alıb. O vaxt söz vermişdi ki, hər ay 110 manat maaş alacaqsan. Mən də gözümü o maaşa dikmişdim ki, dolanışığa xərcləyim. Çünki həmin 2000 manatı bankdan kredit götürüb vermişdim. Ancaq sonra pulu əsassız yerə kəsməyə başladı. Heç bir səbəb, izah göstərə bilmədi. Sonrakı ay 80 manat maaş verdi. Bu məbləğ getdikcə azaldı və axırda 30 manat ayda maaşverdi. Mən 2000 manat vermişəm ki, hər gün işə ayda 30 manat maaş üçün gəlim? Mən bu barədə mətbuata şikayət elədikdən sonra Cəmşid Sadıqov pulumu qaytarmaq, maaşımı bərpa eləmək əvəzinə, məni təhdid etdi. Dedi ki, səni korrupsiyaya qarşı mübarizə idarəsinə verəcəyəm. Oğru elə bağırır ki…”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazir 32 direktoru işdən qovub - rəsmi

    Nazir 32 direktoru işdən qovub - rəsmi ...

    15-04-2016, 18:43

  • 
  • Şagird məktəb direktorunu döyüb?

    Şagird məktəb direktorunu döyüb? ...

    11-02-2014, 15:58

  • 
  • Axtarışda olan məktəb direktoru danışdı: “1000 manat borcum vardı”

    Axtarışda olan məktəb direktoru danışdı: “1000 ...

    27-08-2015, 22:43

  • 
  • Bakıda arvadını öldürüb yandıran məktəb direktorunun oğlu imiş...

    Bakıda arvadını öldürüb yandıran məktəb ...

    23-07-2015, 19:04

  • 
  • Beyləqan təhsilini “ağladan” Tofiq Sadıqov yaxınlarına necə “gün ağlayır”?

    Beyləqan təhsilini “ağladan” Tofiq Sadıqov ...

    22-07-2014, 15:11


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (11)
Avqust 2025 (572)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu