GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Bu dəqiqə qonşunun oğlunun şalvarını geyinmişəm”

“Bu dəqiqə qonşunun oğlunun şalvarını geyinmişəm”

Tarix: 15-03-2019, 14:20 Bölmə :Cəmiyyət Baxış: 311
“Bu dəqiqə qonşunun oğlunun şalvarını geyinmişəm”


Potuda 8 nəfərlik ailə qalmağa yer tapmır: “Ağız açmadığımız məmur qalmayıb…”

Göyçayda rayon mərkəzinə çox yaxın yerləşən Potu kəndində evi yanan ailə gecələməyə yer tapa bilmir. Rəsulovlar ailəsi küçələrdə qalıb.

“Neçə dəfə işıq idarəsinə şikayət eləmişdim”

Gəlib onların qapısını qıfıllı görürük. Qonşular deyir ki, ev bir aydan çoxdur yanıb, ailə daim gecələməyə yer axtarır. Yanan əşyaların çoxu hələ də küçədədir. Qalaqlanan əşyalar arasında uşaq əlcəyinin yalnız bir tayı gözə dəyir…

Bir az sonra Rəsulovlar gəlib çıxır. Tərxan Rəsulov deyir ki, evləri qısaqapanmadan yanıb: “Düz evin yanından yüksək gərginlikli elektrik xətləri keçir. Neçə dəfə işıq idarəsinə gedib şikayət eləmişdim. Ev yanandan sonra icra başçısı da gəlib baxmışdı. İşıq xətləri telefon xətlərinə dolaşmışdı. Əvvəl-axır bir xəta çıxacaqdı”.

Tərxan Rəsulovun dediyinə görə, dövlət orqanları ailəsi ilə maraqlanmır. İşi də ədalətlə araşdırmırlar: “İcra başçısı dedi ki, mənim də başıma gələ bilər. Elə o, bir az material verib. Novruz bayramına qədər evin üstünü örtməyə çalışırıq. Evi düzəltməyə heç bir qüvvəmiz yoxdu”.

Qonşular yemək, paltar verdilər…

Tərxan deyir ki, yanğın qızının və nəvələrinin otağından başlayıb:

“Ərindən yeddi ildir ayrılıb, uşaqlarıyla bu otaqda qalırdı. Gəlinim qaça-qaça gəlib yanğın haqda xəbər verəndə birinci uşaqları xilas eləməyə çalışdım. Polis əşyaları çıxarmağa qoymadı. Qızım bu illər ərzində alimentlə 3 min manat pul yığmışdı, o da yandı. Nə zülmlə toplamışdı o pulu. Çemodanına qoymuşdu. Nəyi var, yandı. Soyuducu, mebel, gəlinimin cehizi…”

Tərxanın gəlini Fəridə Rəsulova danışır:

“Qaçıb çöldən sayğacı söndürdüm. Küçədə iki cavan uşaq vardı, köməyə çağırdım, gəlmədilər. Dedilər, indi yanğınsöndürənlər gələcək. O da çox gec gəlib çatdı. Gəldilər, dedilər, suyumuz yoxdu. Ev gözümüzün qabağında məhv olub getdi”.

Tərxan deyir ki, qonşular çox kömək edib: “Yemək, paltar verdilər. Bu dəqiqə qonşunun oğlunun şalvarını geyinmişəm”.

“17 nəfər bir yerdə yatırıq”

Tərxan danışır ki, on gün həyətdə açıq havada yatıblar: “Bələdiyyədən dedilər ki, kirayə ev tapın, 60 manat verək. Dedim, 8 nəfərlik ailəyik, o qiymətə haradan ev tapım? Heç olmasa, 100 manat versinlər. Üstəlik, kommunal xərcləri də özümüz ödəməliyik. İndi heç o pulu da vermirlər. 100 manata ev tapmışdıq. Bələdiyyənin nümayəndəsi dedi: “Onsuz da həmin pulu öz cibimdən təklif eləyirdim”. Çox aciz vəziyyətdə qalmışıq. Dövlətin köməyi yoxdu. Bacımgilin yataqxanadakı otağına yığışmışıq. 17 nəfər bir yerdə yatırıq. Xəcalətimdən ölürəm”.

Tərxanın həyat yoldaşı Aygün Rəsulova söhbətə qoşulur:

“İki nəvəmi məktəbə ev paltarı ilə göndəririk. Evdə uşaqların çantası, kitab-dəftəri də yandı. Nə qədər dərsdən qaldılar. Keçən həftədən məktəbə gedirlər. Dəftər-qələmi sinif yoldaşları verir. Paltar, ayaqqabı verən də olub”.

“Gözlərim görmür, evə bir manat pul gəlmir”

Ailədə nə işləyən var, nə də sosial yardım alan. Tərxan deyir ki, ev yanana qədər onsuz da ailənin durumu ağır olub:

“Mən “VAZ 2106” maşını ilə xaltura eləməyə çalışırdım. Daha gözlərim görmür, evə bir manat pul gəlmir. Həm gözümdən, həm də daxili orqanımdan əməliyyat olunmalıyam. Maşını çətinliklə sürürəm. Yanımdakından soruşuram ki, indi dönüm, ya yox? Gözüm tezliklə tamamilə tutulacaq. İllərlə ev üçün vuruşmuşduq. Nə zülmlə tikmişdik…”.

Ailə hesab edir ki, dövlət orqanları onlara ciddi kömək olmalıdır. Sığınacaq yoxdur, heç olmasa, evin bərpasına əl tutsunlar.

Tərxan deyir: “İşıq idarəsinin məsuliyyətsizliyi üzündən bu günə düşmüşük. Bayrama qədər evimə yığışmağa kömək eləsinlər. Ağız açmadığım məmur qalmayıb. Daha belə vəziyyətdə yaşamaq olmur. Utandığımdan uşaqların üzünə baxa bilmirəm”.

Göyçay Rayon İcra Hakimiyyətindən Meydan TV-yə deyiblər ki, Tərxan Rəsulovun ailəsinə bacardıqları köməkliyi göstəriblər. Bundan sonra da onların vəziyyəti ilə maraqlanacaqlar.//Meydan tv
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ağcabədidə işıq aksiyası: “İşıq idarəsi deyir ki, pul yığın, düzəldək” - FOTOLAR

    Ağcabədidə işıq aksiyası: “İşıq idarəsi deyir ki, ...

    30-03-2016, 17:32

  • 
  • Füzulidə bir ailə məmur məsuliyyətsizliyindən məhv olur

    Füzulidə bir ailə məmur məsuliyyətsizliyindən ...

    22-11-2013, 16:03

  • 
  • Qardaşı Ziya Məmmədovun yanan evindən danışdı: - “Özləri yanıb külə donsünlər!”

    Qardaşı Ziya Məmmədovun yanan evindən danışdı: - ...

    19-02-2018, 21:57

  • 
  • Yerdə sürünən elektrik naqilləri

    Yerdə sürünən elektrik naqilləri ...

    5-11-2015, 19:14

  • 
  • Yardımlı camaatı Baba Rzayevin hədəfində - ŞİKAYƏT

    Yardımlı camaatı Baba Rzayevin hədəfində - ŞİKAYƏT ...

    26-05-2017, 18:18


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (126)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu