Bakı Ağır Cunayətlər Məhkəməsində Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Gundemxeber.az bildirir ki, prosesdə Əvəz Əhmədov son söz deyib. O, məhkəmənin ədalətli qərar çıxaracağına inandığını bildirib.
Məhkəmə müşavirəyə yollanıb. Müşavirdədən sonra hökm elan olunub.
Hökmə əsasən, Əvəz Əhmədov barəsində 2 min manat cərimə cəzası təyin edilib. Onun cinayət əməli Cinayət Məcəlləsinin 322-ci maddəsinə tövsif olunub və məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, dövlət ittihamçısı Ə.Əhmədovun 12 il azadlıqdan məhrum edilməsini istəmişdi.
Sabiq nazirin qardaşı Əvəz Əhmədov hədə qorxu ilə pul tələb etmədə təqsirləndirilirdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?