GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Mayor Telman Orucovdan İsa Sadıqova ağır ittihamlar: - "Onun hərbçiliyi çox şübhəlidir"

Mayor Telman Orucovdan İsa Sadıqova ağır ittihamlar: - "Onun hərbçiliyi çox şübhəlidir"

Tarix: 18-03-2019, 14:09 Bölmə :Cəmiyyət Baxış: 671
Mayor Telman Orucovdan İsa Sadıqova ağır ittihamlar: - "Onun hərbçiliyi çox şübhəlidir"


Ehtiyatda olan mayor Telman Orucovun Rakus.az saytında "İsa Sadıqovun vətənpərvər olması və savadlı hərbçiliyi çox şübhəlidir” adlı yazısı çap olunub. Yazıda kifayət qədər ciddi ittiham və fikirlər yer alır.

GundemXeber.Az saytı olaraq yazının aktuallığını nəzərə alaraq, olduğu kimi oxucuların mühakiməsinə təqdim edirik:

"Bəziləri deyir ki, İsa Sadıqov "ən savadlı hərbçidir, mərd və düzgün zabitdir”. Hətta o dərəcədə ki, öz ailəsini də Qazaxa gətirib ki, "geriyə yol yoxdur”.

Amma əslində isə İsa Sadıqov dar məqamda səngəri, əsgərlər, döyüş yoldaşlarını və Vətəni qoyub qaçanlardan biridir. O həmişə vəzifə düşgünü olub və ancaq öz rahatlığını düşünüb. Gəlin qısa olaraq onun "döyüş yolu”na nəzər yetirək.

Briqada komandiri vəzifəsində xidmət etmiş istefada olan polkovnik İsa Sadıqov birləşmə komandiri olduğu müddətdə hansı nailiyyətlər əldə edib? Ümumiyyətlə, Qazax rayonunda bir komandir kimi nə edib? Onun "qəhrəmanlıq” nümunələrindən birini yada salaq.

1993-cü ilin mart-aprel aylarında "Sərsəng” su anbarının müdafiəsi zamanı İsa Sadıqov 707 nömrəli briqadanın komandiri idi. Həmin dövrdə onu oraya müdafiəni möhkəmləndirmək məqsədilə göndərmişdilər. Ancaq ermənilər hücuma keçən kimi, o özü və rəhbərlik etdiyi şəxsi heyəti geri çəkilməyə, öz döyüş mövqelərini tərk etməyə başlayır. Bu zaman, İsa Sadıqov "öz briqadası” ilə 703 nömrəli briqadanın ön mövqeyində olmalı idi. Lakin, qoşunlarımıza kömək etmək əvəzinə, "daha vacib işlərinin olmasını” bəhanə edərək İsa Sadiqov döyüş meydanını tərk edərək arxaya- döyüşdən uzaqda yerləşən briqadanın qərargahına qaçır.

Digər bir məqamı nümunə göstərə bilərəm. Gəncə-Goranboy ərazisində Borsunlu kəndi var. 1993-cü ilin iyun ayında Bakı şəhərinə öz qoşununu yürüdən qiyamçı Surət Hüseynovun rəhbərlik etdiyi qüvvələrin qarşısını almaq məqsədilə bu kəndin yaxınlığında müdafiə təşkil edilmişdi. Müdafiənin ümumi rəhbərliyi polkovnik Rüfət Əmirova həvalə edilmişdir. Lakin, Əbülfəz Elçibəyə öz "sadiqliyini” göstərən İsa Sadıqovun fəaliyyətsizliyi ucbatından, Surət Hüseynov Qazaxdan Gəncəyə qədər maneəsiz, müqavimətsiz gəlib çıxır. Onun qarşısını kəsmək üçün cəbhədən qüvvələr çıxarılaraq bu əraziyə gətirilir. Nəticədə cəbhədə müdafiə zəifləyir və bu da müharibənin gedişinə mənfi təsir göstərir.

Ə.Elçibəy hakimiyyətdən gedəndən sonra, xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə Heydər Əliyev gəlir. İsa Sadıqov guya qiyamçıların silahsızlaşdırılması ilə məşğul olur, lakin elə onlar tərəfindən də həbs olunur və daha sonra "qaçır”.

OMON hadisələri zamanı 707 nömrəli motoatıcı briqadanın komandiri vəzifəsində olan İsa Sadıqov, OMON-a qarşı tədbir görmək komandasını heçə sayaraq onların Gürcüstana keçməsi üçün də lazımi şəraiti yaratmışdır. Hərbi and içən bir zabitin bu cür hərəkət etməsi xəyanətdən başqa bir şey deyildir.

1995-ci ildə baş vermiş OMON hadisələrindən sonra Artilleriya İdarəsinin Qərargah rəisi vəzifəsinə təklif edilməsinə baxmayaraq o Vətənin dar günündə Gürcüstana qaçmağa üstünlük verir. Maraqlısı isə odur ki, fərari əsgərləri utandırmaq üçün onları yığaraq Qazaxda "parad” təşkil edən bir şəxsin özü də fərarilik edir. Bundan sonra İsa Sadıqov siyasi arenaya atılmaq iddiası ilə Gürcüstanda deputat seçilmək üçün siyasi partiya yaradır. Gürcüstanda 2 il qaldıqdan sonra Bakıya qaytarılır və fərarilik etdiyi üçün 23 yanvar 1996 ildə 3 il müddətinə azadlıqdan məhrum edilir.

İsa Sadıqov onu tanıyanlar tərəfindən "savadsız, vəzifə və hakimiyyət hərisi, analitik düşünmə və təhlil aparmaq qabiliyyəti olmayan, maddi marağını üstün tutan, qorxaq, vətənini satan biridir. Hərbiçi olduğunu desə də hərbi xidmətə yox, daha çox siyasətə meyllidir. Külək vuran bayraq kimi, vəziyyət hara dəyişdisə, o istiqamətə əyilən” bir insan kimi xarakterizə edilir.

2014-cü ildə belə bir xəbər yayılır ki, guya polkovnik İsa Sadıqovun rəhbərliyi ilə Çeçenistan, Azərbaycan və dünyanın bir çox ölkələrindən könüllülər toplandığı "Qafqaz legionu” yaradılır. Bu legion Ukraynada Rusiya qoşunlarına qarşı mübarizə aparacaqdır. Belə şayiələr yaymaqla "öz ordusunu” qurmağa çalışan "lider”in hansı planlarının olduğunu isə təsəvvür etmək çətin deyil.

İ.Sadıqovun ümumi "həyat və yaradıcılığına” göz gəzdirəndə diqqət çəkən maraqlı nüanslar çoxdur. 24 iyun 1958-ci ildə Gürcüstanda anadan olub. 2001-ci ildən siyasi sığınacaq almağa nail olaraq Norveçdə yaşayır. Tiflisdəki məktəbi bitirəndən sonra Almaniyada (1979-1984 illər), Gəncədə (1984-1986 illər, onlardan 1985-1986 illər Xankəndində), Leninqrad şəhərinin hərbi akademiyasında (1986- 1989 illər), Çexoslovakiyada (1989-1991 illər), Qafqaz hərbi dairəsində (1991-1992 illər) xidmət edib. Daha sonra isə Azərbaycana gələrək Milli Ordu sıralarına daxil olub. Deməli, 1979-dən 1991-ci ilədək, yəni 12 il davam edən ümumi xidmətinin 7 ilini xarici ölkələrdə yaşayıb, 3 ilini isə akademiyada "oxuyub”. Bu da cəmi 10 il edir. Yerdə qalan 2 ilin 3 ayını çıxmaqla (məzuniyyət 45 gün illik), cəmi 1,5 il xidmət etmiş adam, polkovnik rütbəsi alıb, hələ də narazıdır? Bəs bu 2,5 ildə hərb sənətinin "dahiliyini” o harada öyrənib ki, Norveçdən Azərbaycanda gedən proseslərə diqqətlə nəzarət edir? Çünki Tiflisdə hərbi məktəbdə və akademiyada "təhsil” aldığı müddətdə də bir çox sərgüzəştlərlə doludur.

Dəfələrlə Azərbaycana qayıdacağını bəyan edən İ.Sadıqov artıq on ildən çoxdur ki, onun cızma qaralarını oxuyan və absurd fikirlərlə dolu videopaylaşmalarını izləyən lakin onu yaxından tanımayan insanları aldatmaqda davam edir.

Döyüşdən qaçan, fərarilik edən Sadıqovun Azərbaycana qayıtmağa nə cəsarəti çatar, nə də o ağalarının hesabına yaratdığı isti və rahat şəraiti tərk edər".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İsa Qəmbərin müşaviri polisə aparıldı

    İsa Qəmbərin müşaviri polisə aparıldı ...

    27-06-2013, 13:53

  • 
  • AXCP-nin tədbirində İsa Qəmbərə sayğısızlıq

    AXCP-nin tədbirində İsa Qəmbərə sayğısızlıq ...

    18-07-2013, 02:58

  • 
  • İsa Qəmbər benzin xəbərinə reaksiyası

    İsa Qəmbər benzin xəbərinə reaksiyası ...

    3-12-2013, 10:39

  • 
  • İsa Qəmbər çarmıxa çəkildi (FOTO)

    İsa Qəmbər çarmıxa çəkildi (FOTO) ...

    16-08-2013, 15:06

  • 
  • “Partiya funksionerləri İsa Qəmbərin başqan vəzifəsində qalmasını tələb edirlər”

    “Partiya funksionerləri İsa Qəmbərin başqan ...

    25-10-2013, 15:02


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (11)
Avqust 2025 (572)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu