Müsavat başqanının Lənkərandakı müşaviri Yadigar Sadıqov bu saatlarda evindən Rayon Polis Şöbəsinə aparılıb. Bu barədə Y.Sadıqov polisə getməzdən bir neçə dəqiqə əvvəl əməkdaşımıza məlumat verib.
Y.Sadıqov deyib ki, II qrup Qarabağ əlilinin vasitəsi ilə onu şərləyib həbs etmək istəyirlər."Bu yerli hakimiyyətin təşəbbüsüdür. Yuxarının göstərişi olsaydı, artıq həbs olunardım. Yerli hakimiyyətin çoxdan ürəyindən keçir məni şərləmək. Ola bilsin, Bakıdan razılıq ala bilməyiblər. Və bu hadisəni törətməklə Bakını fakt qarşısında qoymaq istəyirlər. Həmin Qarabağ əlilini isə bu məsələyə qədər heç vaxt tanımamışam. Açıq-aşkar şər-böhtandır"/musavat.com/.
Sorğu
Yeni dizaynımız necədir?