Bakıda polis əməkdaşı xidməti avtomobillə qəza törədib.
Hadisə Heydər Əliyev prospektində baş verib.
Prospektin Nərimanov rayonu ərazisinə düşən hissəsində Rəvayət Muxtarov idarə etdiyi xidməti "Reanault” markalı avtomobillə yüksək sürətlə bordürün üzərindən əks yola çıxıb.
O, bu zaman öz yolu ilə hərəkət edən Rəfael Əliyevin idarə etdiyi "Mercedes” markalı avtomobilə çırpılıb. Daha sonra "Renault” digər beton yol ayrıcına çırpılıb. Hadisə nəticəsində Rəvayət Muxtarov bədən xəsarətləri alıb.
Baş vermiş qəza ilə əlaqədar hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Sürücü R. Muxtarova ilkin tibbi yardım göstərildikdən sonra sərxoşluq vəziyyətinin yoxlanılması üçün müvafiq məntəqəyə aparılıb.
Qeyd edək ki, R.Muxtarov Bakı Şəhər Baş Polis İdarəsinin Kriminalistik Tədqiqatlar şöbəsinin əməkdaşıdır. Qəza zamanı o xidmətdə olub. //ONA
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?