Videobloger Mehman Hüseynov "Senzura indeksi" beynəlxalq jurnalist təşkilatının "IndexAwards2019" mükafatına namizəddir.
Qurumun məlumatında qeyd olunur ki, Mehman Hüseynov mətbuat azadlığının pozulduğu Azərbaycanda jurnalist və hüquq müdafiəçisidir. O, korrupsiya və insan hüquqlarının pozulması əleyhinə reportajları ilə tanınır.
"IndexAwards2019" mükafatı "IndexAwards2019" mükafatı Hüseynov 400 iddiaçı arasında 16 nominantdan ibarət siyahıya düşüb.
Namizədlər arasında Əfqanıstan, Kamerun, Kolumbiya, Misir, Nigeriya, Səudiyyə Ərəbistanı, Serbiya, Türkiyə, Ukrayna və ABŞ nümayəndələri var.
Mehman Hüseynov böhtan ittihamı ilə mühakimə olunmuşdu və iki il həbs cəzasından sonra 2019-cu il martın 2-də azadlığa çıxıb.
Azadlığa çıxma ərəfəsində ona qarşı yeni cinayət işi açılmış, lakin ölkə daxilində və xaricdə etirazların nəticəsində ittiham götürülmüşdür.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?