“4 ilə yaxındır ki, şəhərin M.Ə.Rəsulzadə küçəsi ilə Hacı Zeynalabdin Tağıyev küçəsinin kəsişdiyi yerdə tikilən klinika bizim günümüzü qara eləyib. Həmin klinika rayonda gəzən söhbətlərə görə əslən Göyçaylı olan Hacıqabul rayon prokuroru Rövşən Maqsudova aiddir”.
Gundemxeber.az bildirir ki, bu barədə AzEuroNews.com–a Göyçay sakinləri yazaraq məlumat veriblər. Onların sözlərinə görə, Rövşən Maqsudovun rayonda yaşayan qardaşı aptekdə satıcı işləyən Vüqar Maqsudov deyir ki, bu tikilinin əsil sahibi hərbi xidmətdə olan 20 yaşlı oğludur: “Binanın 4 ilə yaxındır ki, tikildiyini nəzərə alsaq həmin vaxt bu gəncin 16 yaşı olardı. Belə bir sahibkarı Göyçayda nə görən var, nə də tanıyan. Bu tikili heç bir normatiflərə əməl edilmədən tikilir və tikilməkdədir. Klinikanın tikintisi burada alınan 4 evin sökülərkən yerində tikilməsi ilə başladı. Evlər sökülərkən yaranan toz-duman, tikinti materiallarının hara gəldi boşaldılması, işçilərin səs küyü 4 ildir ki, bizim rahatlığımızı pozub. Ən qəribəsi budur ki, binanın tikintisini ətraf aləmlə ayıran heç bir mühafizə sahəsi yoxdur. Buradan keçərkən dəfələrlə tikilidən daş qırıntılarının yola tökülməsi hətta bir nəfərin ağır yaralanması ilə nəticəlib. Həmdə tikili 2 yolun kəsişdiyi yerdə yerləşdiyinə görə nəqliyyatın və piyadaların gediş gəlişinə maniə olduğundan bir neçə dəfə qəzalar baş verib. Bütün bunlar Hacıqabul rayon prokurorunun nüfuzu sayəsində ört-basdır edilib. Klinika tikilib başa çatmamış birinci mərtəbəsində aptekin fəaliyyət göstərməsi dünyada görünməyən hadisədir. Bu gün tikili davam etdiyindən nəinki aptekə girmək olmur, hətda məktəb yolu olduğundan şəhərin 1-2-3 saylı məktəblərinin şagirdləri hər gün ordan keçdiyinə görə hər an təhlükə ilə üzləşirlər. Görəsən Fövqalada Hallar və Səhiyyə Nazirlikləri istismar aktı alınmamış bir binada aptekin fəaliyyət göstərməsinə necə icazə veriblər? Yəqin aidiyyatı nazirliklər bu işə aydınlıq gətirəcəklər. Bu toz torpağın içində satılan dərmanlar bu gün də təhlükə mənbəyidir”.
Sakinlər daha sonra yazırlar : “Biz Göyçay sakinləri ölkə başcısından və aidiyyatı qurumlardan xahiş edirik ki, şəhərin mərkəzində 4 evi 1 hektara yaxın ərazini əhatə edən dəyəri milyonlarla ölçülən bu binanın kimə məxsus olduğunu aydınlaşdırsınlar. Əgər rayonda gəzən söhbətlər doğrudursa 10 ilə yaxındır ki, aptekdə 300-400 manata satıcı işləyən heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan Vüqar Maqsudov bu qədər vəsaiti hardan alıb və klinikanın işə salınması üçün bəlkə də lazım olacaq milyonlarla vəsaiti haradan alacaq? Yox əgər bu evləri alıb 4 mərtəbəli klinikanı onun hərbi xidmətdə olan 20 yaşlı sahibkar olmayan oğlu tikdirirsə bu iş də araşdırılsın. Yox əgər doğrudan da rayonda yayılan söhbətlər döğrudursa tikilməkdə olan klinikanın əsil sahibi Hacıqabul rayon prokuroru Rövşən Maqsudovdursa, yəqin Baş Prokurorluq da bu işi araşdırıb aydınlıq gətirəcək”.
Qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?