Noyabrın 22-də Göyçay rayonunda güllələnmə hadisəsi baş verib. Rayon sakini Vüqar İsgəndərov münaqişə zəminində ov tüfəngindən atəş açaraq, Gəncə şəhər sakini Anar Məmmədova ayağından xəsarət yetirib. Yaralı Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Vüqar İsgəndərovun yol polisi inspektoru olduğu bildirilir. Göyçay RPŞ-dən V.İsgəndərovun yol polisi inspektoru olduğu təsdiqlənib. Virtualaz.org bildirir ki, RPŞ-dən AzNews.az-a verilən məlumata görə, V.İsgəndərov hadisədən 2 gün əvvəl raport yazaraq işindən azad olunub. Şöbədən hadisənin təfərrüatını bildirməyiblər: “Daha artıq məlumat verə bilmərik. Mümkünsə DİN-in mətbuat xidməti ilə əlaqə saxlayın”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov isə bildirib ki, V.İsgəndərov saxlanılıb. Ondan müvafiq sənədləri olan 1 ədəd “İJ-43” markalı ov tüfəngi götürülüb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?