GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » PROFESSORLA HƏKİMİN DƏLƏDUZ ŞƏBƏKƏSİ – Cinayət işində bir sıra məmurların adı hallanır… Dərc olunub: 11/04/2019 - 15:01 «

PROFESSORLA HƏKİMİN DƏLƏDUZ ŞƏBƏKƏSİ – Cinayət işində bir sıra məmurların adı hallanır… Dərc olunub: 11/04/2019 - 15:01 «

Tarix: 11-04-2019, 17:29 Bölmə :Cəmiyyət Baxış: 341
PROFESSORLA HƏKİMİN DƏLƏDUZ ŞƏBƏKƏSİ – Cinayət işində bir sıra məmurların adı hallanır… Dərc olunub: 11/04/2019 - 15:01 «


“Mən Rafael Qasımovu tanışımın vasitəsi ilə 10-12 il bundan qabaq tanımışam. İlk baxışdan bu adam normal insandır, müəllim işləyir. Bir gün mənə zəng etdi ki, oğlunu prezident aparatına işə düzəldəcəm, təcili gəl, görüşüb danışaq. Getdim danışdım, bu məsələnin həlli üçün 34 min dollar pul istədi. Bunun 4 min dollarının dövlət qulluğuna, qalanının isə işi düzəldənə çatacağını dedi”.

Gundemxeber.Az xəbər verir ki, bunları “Bakupost”a açıqlamasında cinayətkar qrup tərəfindən aldadılan M.Bayramov deyib. O, Bakıda işədüzəltmə vədi ilə dələduzluğa məruz qaldığını bildirir.

Rafael Qasımov “Baku Medical Plaza”nın keçmiş baş həkim müavini, dələduzluğa görə məhkum olunmuş Feyzulla Qasımovun oğludur. F.Qasımov isə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin keçmiş dekanı, professor Məhəmməd İmanlının qayınatasıdır. Diqqətli oxucu adıçəkilən şəxsləri həkim Hüseyn Ələkbərov və onun oğlu, tanınmış cərrah Cəmil Ələkbərova qarşı da eyni dələduzluğu törətdikləri barədə Bakupost.az-ın hazırladığı araşdırmalardan tanıyır.

M.Bayramovun sözlərinə görə, sonrakı görüşlərə R.Qasımovun atası F.Qasımov da gəlib: “Onun atası tanınmış həkim Feyzulla Qasımovdur. Belə baxırsan ki, ziyalı, mədəni insana oxşayır. Feyzulla Qasımov mənə dedi ki, bu işi o aparır. Dedi, işi görən adam Naxçıvan daxili işlər nazirinin keçmiş müavini Telman Əliyevdir. Bu ada görə mən inandım. Guya Telman Əliyev xəstələnəndə həkim F.Qasımov onu ölümdən qurtarıb. Sonra bildirdilər ki, mənə dövlət qulluğu sertifikatı veriləcək. Ona görə də 4 min dollar verməliyəm. Mən aparıb dediyi məbləği verdim.

PROFESSORLA HƏKİMİN DƏLƏDUZ ŞƏBƏKƏSİ – Cinayət işində bir sıra məmurların adı hallanır… Dərc olunub: 11/04/2019 - 15:01 «


Rafael Qasımov

Nazir müavini və MTN-nin polkovnik-leytenantdı…
Bir neçə gün sonra R.Qasımov bildirdi ki, bir nəfər bizi görmək istəyir, oğlumu da götürüb gəlim. Getdik ki, səliqəli geyimdə bir cavan oğlan da oturub. O günlərdə mən Rafaelə çox sual verirdim. Dedi, mən bu adamla sizi ona görə görüşdürürəm ki, sizdə inam yaransın. Guya həmin oğlan da Telman Əliyevin bacısı oğludur. Özü də MTN-də işləyir, polkovnik-leytenantdır, vəsiqəsini də göstərdi. Həmin şəxsin də adı Natiq idi. Bu görüşdən üç gün sonra Rafael yenə zəng elədi ki, oğlunu da götür gəl Prezident Administrasiyasının yanına. MTN-nin işçisi olan Natiq də ordaydı. Mən gözlədim, onlar harasa getdilər ki, sənədlərə qol çəkilsin. Sonradan bildim ki, onlar XDMX-nin Ovçular İdarəsinə gediblər, kağızda iki yerə qol çəkdiriblər.

PROFESSORLA HƏKİMİN DƏLƏDUZ ŞƏBƏKƏSİ – Cinayət işində bir sıra məmurların adı hallanır… Dərc olunub: 11/04/2019 - 15:01 «


Feyzulla Qasımov

Mənə söz vermişdilər ki, 45-60 gün ərzində iş qutaracaq. 45 gün keçəndən sonra əlaqə saxladım. Onda pulun hamısını məndən almışdılar. Həm Rafael Qasımov, həm də atası Feyzulla mənə dedi ki, PA-da Fərhad Muxtarov adında adam var, bu işləri o həll eləyir. Sonra bizi üç aylıq kurs keçmək adı ilə Strateji Araşdırmalar Mərkəzinə göndərdilər. Rafael də bizimlə getmişdi, içəridən maraqlandı ki, guya, SAM-ın rəhbəri Fərhad Məmmədov işdə yoxdur. F.Qasımovla təkrar əlaqə saxladıq, dedi ki, gedib üç gündən sonra gəlin. Üç gün sonra isə dedilər ki, guya Fərhad Məmmədov xaricə gedib, on beş gün sonra gələcək. Bu gedişlə məni on ay süründürdülər. Təsəvvür edin, hər gün oğlumu geyindirib-keçindirib kimləsə görüşəcəyimiz ümidi ilə evdən çıxarırdım. Sonra da saatlarla hansısa idarənin qarşısında durub, stress keçirirdik…”

Məhəmməd İmanlı yeni dələduzluq işində peyda oldu
Şikayətçi deyir ki, bir müddət sonra F.Qasımov oğluna deyib ki, gedin PA-ya, Elçin adlı bir adam işi həll edəcək: “Xeyli gözləyəndən sonra zəng elədilər ki, qəbul edə bilmirik, ayın axırları sizin əmriniz veriləcək. Sonra da hansısa şöbə müdirinin müşaviri olan Orxan adlı adam çıxdı. Bu şəkildə bizi aldatmaqda davam etdilər.

Bir dəfə məni restorana dəvət etdilər. Getdim ki, Rafaellə bərabər iki nəfər də var. Mən oturan kimi, Rafael durub getdi. Oturan adamlardan biri bildirdi ki, mən Rafaelin bacısının həyat yoldaşıyam, adım Məhəmməddir. Sonra bildim ki, bu adam BDU-nun hüquq fakültəsinin keçmiş dekanı Məhəmməd İmanlıdır. O dedi ki, guya onları aldadıblar, iş düzəlməyib. Pulumu qaytaracağına söz verdi”.

Bunun ardınca isə M.Bayramov R.Qasımovdan şikayətçi olmağa qərar verib: “Sonra mən şikayətçi olmağa qərar verdim. Məhəmməd adlı şəxs hər gün Rafaelin anası, xalası, qayınanası ilə bizə gəlirdi ki, şikayətçi olmayım. Həmin ərəfədə Rafael, Feyzulla və Məhəmməd İmanlının aldatdığı başqa adamlar da mənimlə əlaqə saxladılar. Məlum oldu ki, “Medikal Plaza”da bir işçini də aldadıblar, sonra Tovuz rayon sakini Vidadi adlı şəxs də bildirdi ki, onun da 50 min dollar pulunu alıblar. Daha sonra Dilqəm və Cəmil adlı vətəndaşları da aldadaraq külli miqdarda pullarını mənimsəyiblər.

Əgər mən də şikayətçi olsaydım, onların məhkəmədə olan işləri daha da çətinləşərdi. Buna görə hər gün mənə xahişə gəlirdilər ki, şikayətçi olmayım. Başqa adamları aldatdığından və işlərinin məhkəmədə olduğundan xəbərim yox idi. Mən şikayətçi olmayım deyə gətirib 20 min dollar pul verdilər. Məni bu şəkildə təkrar aldatdılar. Qalan pulumu vermədilər.

PROFESSORLA HƏKİMİN DƏLƏDUZ ŞƏBƏKƏSİ – Cinayət işində bir sıra məmurların adı hallanır… Dərc olunub: 11/04/2019 - 15:01 «


Məhəmməd İmanlı

Bir gün Feyzulla Qasımov mənə zəng etdi ki, təcili gəl restorana. Getdim ki, Rafael də ordadır, çox narahat haldadırlar. Mənə sənət verdilər, hardasa 4 hektar torpaq var. Onun sənədləridir: “O torpağı sataq, sənin də, başqalarının da pulunu qaytaraq”. Mən sənədi götürdüm, amma bu məsələ üçün kiməsə ağız açmadım.

Onlar mütəşəkkil dəstədirlər, böyük cinayətlər törədirlər. Və ondan yayınmağın yollarını, bütün incəliklərini bilirlər. Bu işdə əlbəttə ki, əsas rolu Məhəmməd İmanlı oynayır.

Məhəmməd İmanlı açıq şəkildə deyirdi ki, qanun kitablarını o hazırlayıb, nəyi necə etməyi hamıdan yaxşı bilir. Bir gün gətirib müstəntiqin yanında mənə 7 min dollar pul vermək istədi. Mən etiraz elədim ki, pulu bu adama yox, Rafaelə vermişəm. Uzun söz-söhbətlərdən sonra mənim 7 min dollarımı da qaytardılar. Hazırda onlar, yəni Rafael Qasımov, Feyzulla Qasımov və Məhəmməd İmanlı mənə 7 min dollar pul verməlidirlər”.

Hazırda Bakı şəhər Baş Polis İdarəsində M.Bayramovun şikayəti üzrə araşdırma aparılır. R.Qasımova qarşı dələduzluq ittihamı ilə iş başladılıb.

Qeyd edək ki, daha əvvəl cərrah Hüseyn Ələkbərov Bakupost.az-a müraciət edərək bildirmişdi ki, F.Qasımov ondan dələduzluq yolu ilə 50 min dollar alıb. Bu iş məhkəməyə çıxmış, F.Qasımov barədə həbs-qətimkan tədbiri seçilmişdi. Lakin H.Ələkbərovun iddiasına görə, BDU-nun keçmiş dekanı Məhəmməd İmanlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovla dostluq münasibətlərindən istifadə edərək, yaxın qohumu F.Qasımovun cəza almamasına nail olmuşdu. Məhkəmə F.Qasımov barədə dələduzluq maddəsi ilə hökm çıxarsa da, onu çox az cəza ilə həbsdən azad etmişdi. Üstəlik, zərərçəkən H.Ələkbərova dəyən külli miqdarda ziyanın da ödənməsi barədə qərar çıxarılmamışdı. Hazırda bu iş də Bakı Apellyasiya Məhkəməsinin baxışındadır. İşə hakim Qədir Məmmədovun sədrliyi ilə baxılacaq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məhəmməd İmanlı və qayınatasının aldatdığı həkim prezidentə müraciət etdi – TAM MƏTN

    Məhəmməd İmanlı və qayınatasının aldatdığı həkim ...

    12-03-2019, 14:49

  • 
  • Məhəmməd İmanlının cinayət işi üzrə məhkəmə başlayıb

    Məhəmməd İmanlının cinayət işi üzrə məhkəmə ...

    23-01-2013, 10:45

  • 
  • “BANDOTDEL” ƏLİ ƏSƏDOVUN “KÖMƏKÇİSİNİ” HƏBS ETDİ! – “Köməkçi” dələduz çıxdı!

    “BANDOTDEL” ƏLİ ƏSƏDOVUN “KÖMƏKÇİSİNİ” HƏBS ETDİ! ...

    31-08-2015, 18:19

  • 
  • "Baku Medical Plaza"dan uşaq ölümünü ictimailəşdirən jurnalistə — QEYRİ-ADİ TƏZYİQ

    "Baku Medical Plaza"dan uşaq ölümünü ...

    29-06-2018, 15:46

  • 
  • "Çox çətinliklə pul tap və son anda qiyməti qaldırsınlar..." - GİLEY

    "Çox çətinliklə pul tap və son anda qiyməti ...

    5-03-2019, 17:03


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (84)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu