Qusar rayonunda qohumunu seksual xarakterli zorakılıq hərəkətləri etməyə məcbur edən şəxsin məhkəmə prosesi davam edir.
Qusar Rayon Məhkəməsində hakim Adil Vəliyevin sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi aprel ayının 23-nə təyin olunub.
Qeyd edək ki, Qusar rayon sakini Vüqar Məmmədov yetkinlik yaşına çatmayan Sevinci (ad və soyad şərtidir - red.) seksual xarakterli hərəkətlərlərə məcbur edib.
Vüqar Məmmədov Sevincin gizli olan məlumatlarını əldə edib. O, sonra Sevinci özündən asılı vəziyyətə salıb. Sevincin asılı vəziyyətində qalmasından istifadə edən Vüqar ona qarşı seksual hərəkətlər edib. Belə ki, Vüqar Məmmədovun onun əmlakını məhv etmək və ya götürməklə hədələyib.
Daha sonra o bu hədələrlə Sevinclə cinsi əlaqəyə girib, ona qarşı uşaqbazlıq edib və onu seksual xarakterli digər hərəkətlərə məcbur edib.
İstintaq orqanı tərəfindən Vüqar Məmmədovun barəsində Cinayət Məcəlləsinin 151-ci (Seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsi ilə ittiham elan edilib.
Sorğu
Yeni dizaynımız necədir?