Avropa İttifaqı (Aİ) ilə imzalanmış sənədlərdə Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu olmayıb, ola da bilməz.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva “Trend”in sorğusuna cavab olaraq bildirib.
L.Abdullayeva deyib: "Son zamanlar bəzi KİV-də ölkəmizin Aİ ilə apardığı yeni saziş üzrə danışıqlara istinad edilərək, guya ki, Aİ-nin ölkəmizin ərazi bütövlüyünü dəstəkləmədiyi ilə bağlı məlumatlar yayılır. Bununla bağlı qeyd etmək istərdim ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar davam etdirilir.
Sizi əmin edirəm ki, Aİ ilə Azərbaycan arasında imzalanmış digər ikitərəfli və çoxtərəfli sənədlərdə, Aİ institutları tərəfindən son illərdə qəbul edilmiş qətnamə və bəyanatlarda olduğu kimi Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü heç vaxt müzakirə predmedi olmayıb və ola da bilməz".
Sorğu
Yeni dizaynımız necədir?