ATƏT Parlament Assambleyası (PA) Dağlıq Qarabağ zonasında hərbi eskalasiya ilə bağlı narahatlığını ifadə edir və Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyə çağırır.
gundemxeber.az Trend-ə istinadən bildirir ki, ATƏT PA-nın qəbul etdiyi Tbilisi bəyannaməsinin 9-cu maddəsində ATƏT regionunda həlli uzanan münaqişələrin sülh və danışıqlar yolu ilə həlli üçün səylərin artırılmasına davamlı ehtiyac olduğu, tərəflərin ərazi bütövlüyünə və suverenliyinə tam hörmət əsasında, Helsinki Yekun Aktı və BMT-nin Nizamnaməsinə uyğun olaraq təhdid və güc tətbiqindən çəkinmənin vacibliyi qeyd edilir.
Qətnaməyə bu maddə ATƏT PA-dakı Azərbaycan nümayəndə heyəti tərəfindən daxil edilmiş düzəliş şəklində əlavə edilib
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?