Ağdam rayonunda baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.
Hadisə rayonun Qərvənd kəndində qeydə alınıb.
Belə ki, həmin kənddə müvəqqəti məskunlaşan Laçın rayonundan məcburi köçkün, 1992-ci il təvəllüdlü Günel Şahsevər qızı İsmayılova 10 aylıq qızını boğaraq öldürüb. O, hadisədən sonra Ağdam Rayon Polis Şöbəsinə gedərək könüllü təslim olub və saxlanılaraq istintaqa cəlb olunub.
Bildirilib ki, 27 yaşlı G.İsmayılova bir müddət əvvəl ikinci dəfə ailə həyatı qurub və ailədə təz tez münaqişələr baş verib. Nəticədə boşanmaq ərəfəsində olan qadın övladını boğaraq öldürüb. Öldürülən uşaq ailənin tək övladı olub.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır. //Report
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?