Yanvar ayının 15-dən Ərdəbilin mərkəzi həbsxanasında saxlanılan tanınmış türk fəal Abbas Lisani Şərqi Azərbaycan Apellyasiya Məhkəməsində qiyabi olaraq mühakimə olunub.
Bu haqda məlumat yayan HRA agentliyinin bildirdiyinə görə, Apellyasiya Məhkəməsinin çağırış vərəqəsi həbsxanaya göndərilməyib.
“Çağırış vərəqəsi türk fəalın evinə göndərilib. Lakin məhkəmə prosedur qaydalarının 77-ci maddəsinə görə, çağırılan şəxs həbsxana və ya nəzarət mərkəzində saxlanılırsa, məhkəmə sənədləri həbsxana idarəsi tərəfindən ona təhvil verilməlidir,” HRA bildirib.
Abbas Lisani Təbriz İnqilab Məhkəməsinin keçən fevral ayında çıxardığı 10 aylıq həbs hökmü ilə əlaqədar etiraz bildirmişdi. Şərqi Azərbaycan Apellyasiya Məhkəməsi kassasiya şikayətinə aprel ayının 13-də baxıb.
HRA agentliyi həmçinin Qərbi Azərbaycan vilayətinin Sulduz şəhərində mühakimə edilmiş üç türk fəal haqqında bəraət hökmü çıxarıldığını yazıb.
Ulduz Qasımi, Əmir Səttari və Cavad Yekanlı keçən ilin may ayında nəzarət altına alınmışdılar. Onlar 2006-cı ildə baş qaldıran kütləvi üsyan zamanı Sulduz şəhərində türk etirazçıların öldürülməsinin ildönümü mərasiminə qatıldıqları üçün mühakimə ediliblər. Bu haqda məlumat yayan HRA agentliyinin bildirdiyinə görə, Apellyasiya Məhkəməsinin çağırış vərəqəsi həbsxanaya göndərilməyib.
“Çağırış vərəqəsi türk fəalın evinə göndərilib. Lakin məhkəmə prosedur qaydalarının 77-ci maddəsinə görə, çağırılan şəxs həbsxana və ya nəzarət mərkəzində saxlanılırsa, məhkəmə sənədləri həbsxana idarəsi tərəfindən ona təhvil verilməlidir,” HRA bildirib.
Abbas Lisani Təbriz İnqilab Məhkəməsinin keçən fevral ayında çıxardığı 10 aylıq həbs hökmü ilə əlaqədar etiraz bildirmişdi. Şərqi Azərbaycan Apellyasiya Məhkəməsi kassasiya şikayətinə aprel ayının 13-də baxıb.
HRA agentliyi həmçinin Qərbi Azərbaycan vilayətinin Sulduz şəhərində mühakimə edilmiş üç türk fəal haqqında bəraət hökmü çıxarıldığını yazıb.
Ulduz Qasımi, Əmir Səttari və Cavad Yekanlı keçən ilin may ayında nəzarət altına alınmışdılar. Onlar 2006-cı ildə baş qaldıran kütləvi üsyan zamanı Sulduz şəhərində türk etirazçıların öldürülməsinin ildönümü mərasiminə qatıldıqları üçün mühakimə ediliblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?