Gürcüstan vətəndaşlarının xarici ölkələrdə qeyri-qanuni qalmasına şərait yaradan şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar.
Bu məsələ bu gün Gürcüstan parlamentinin üçüncü oxunuşda ölkənin Cinayət Məcəlləsinə qəbul etdiyi düzəlişlərdə əksini tapıb.
Qanunverici orqanda qanun layihəsini 78 deputat dəstəkləyib. Sənədin əleyhinə heç bir deputat səs verməyib.
Qəbul olunmuş düzəlişlərə əsasən, Gürcüstan vətəndaşının xarici ölkəyə qanunsuz getməyi və yaxud orada qanunsuz qalmasına şərait yaradan şəxsləri cərimə və ya 2 ildən 4 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Bu cür hərərkətlərə təkrar olaraq iki və ya daha çox şəxsə qarşı saxta sənədlərin istifadə olunması ilə yol verilərsə, bu zaman 3 ildən 6 ilədək həbs cəzası nəzərdə tutulub.
Mütəşəkkil qruplaşma tərəfindən həyata keçiriləcək bu cür addımlara qarşı isə 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.
Layihədə qeyd olunub ki, yaxın qohumuna xarici ölkədə qanunsuz qalmaq üçün şərait yaradan və ya təşkil edən şəxslər cinayət məsuliyyətinə cəlb olunmayacaqlar.
Qanun dərc olunandan 15 gün sonra qüvvəyə minəcək.//report
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?