GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Hakimlər üç körpəni küçəyə atmaq haqqında QƏRAR VERDİLƏR - GİLEY

Hakimlər üç körpəni küçəyə atmaq haqqında QƏRAR VERDİLƏR - GİLEY

Tarix: 18-04-2019, 16:17 Bölmə :Cəmiyyət Baxış: 708
Hakimlər üç körpəni küçəyə atmaq haqqında QƏRAR VERDİLƏR - GİLEY


Könül Quliyeva 4 ildir məhkəmələrdə qanuni hüququnu müdafiə etmək üçün mübarizə aparsa da, hakimlər nəinki onun, heç üç körpəsinin hüquqlarını tanımaq istəmirlər. Belə ki, Könül Quliyevanın həyat yoldaşı Muxtar Məmmədov pulunun gücünə istədiyi kimi “at oynadır”.

Bu ailənin dramı dəhşət saçır. 2004-cü ildə dədə-baba qaydası ilə Gənclik metrosunun yaxınlığında yerləşən “Laləndə Şadlıq Sarayı”nda toy edən ailənin hər iki tərəfi təmsil edən yaxın qohumları, doğmaları və qonuş-qonşuları da şahiddirlər ki, cütlük bir-birlərini sevərək toy ediblər. Elə toydan bir ay sonra gənc qızın həyat dramı başlayıb.

Moskva-Bakı yolunda gərdiş edən “bəy”

Könül Quliyevanın anası Yasamal rayonunda əlvan metallar zavodunda sıravi işçi kimi çalışırdı. Onun yaşadığı binada Muxtar Məmmədovun bacısı və elə həmin zavodun işçisi olan Həyat Məmmədova yaşayırdı. Həyat Könülü görüb onu Moskvada yaşayan qardaşı ilə tanış edərək onların evlənməsinə razı sala bilir. 22 yaşlı, ali təhsili olmayan təcrübəsiz Könül Quliyeva Moskvada işləyən Muxtarla doğrudan da bir-birini sevirlər. Adəti üzrə Muxtarın anası və atası Könülgilə elçi gəlir və sonra nişanlanırlar. Nəhayət el qaydası üzrə toy edirlər. Toyla bağlı video kaset və çoxsaylı fotoşəkillər də var. Könül Muxtarın atasıgilin İnqilab küçəsindəki 82 saylı binaya gəlin kimi köçür. Elə Könülün həyat faciəsi bu andan başlayır. Belə ki, toydan əvvəl də, elə sonra da Könül və onun ailəsi, eləcə də Muxtarın atası Hüseyn Məmmədov dəfələrlə Muxtardan tələb edirlər ki, ailə qurulursa, bu rəsmi kəbinlə təsdiq olunmalıdır. Muxtar hər dəfə bildirirdi ki, onun əsas gəlir mənbəyi və dolanışığı Moskvadakı biznesi ilə bağlıdır, ilk öncə orada daimi pasport qeydiyyatına düşməlidir ki, sonra kəbin məsələsini də asanlıqla həll edə bilsin. Sən demə, Muxtar əslində bunu bəhanə kimi uydururmuş. Muxtar toydan bir ay sonra Moskvaya işinin dalınca gedir. O, ayda bir dəfə, ya da 3-4 aydan bir Bakıya gələrək ailəsinə baş çəkməklə “ailə məsuliyyəti”ni nümayiş etdirməklə yetinib. Hər dəfə Könül ona bildirib ki, onu da özü ilə birlikdə Moskvaya aparsın, Muxtara daim həyan olacaq və ailəlikcə birlikdə yaşamaq daha çox uğur qazandırar. Muxtar isə Könülün bu təklifinə hər dəfə rədd cavabı verib. Sonradan Könül elə Muxtarın ailəsinin dilindən eşidib ki, onun Moskvada ailəsi və övladları varmış. Könül isə bunlara inanmır. O, çox sevdiyi Muxtarın ailəsində yaşamaqla həm də onun qoca ata-anası üçün qulluqçuluq edib. Muxtar isə Moskvadakı “işi”ni itirməmək bəhanəsini gətirməklə mövqeyində israrlı olub.
Muxtarın bacısı Lala Məmmədova (evdə onu Tinatin deyə çağırırdılar) hər dəfə Könülə bildirir ki, sən kimsən, qardaşımdan pul istəyirsən, o, özü bilər nə vaxt sənə pul verəcək?

Muxtar aylarla Moskvada yaşadığına görə, həyat yoldaşına ehtiyacları ilə bağlı yardım etməsi vəzifə borcu idi. Günlərin birində, yəni 2005-ci ildə Könül boğaza yığılaraq, anasıgilə köçmək məcburiyyətində qalır. Qışın soyuğunda və sazağında, özü də hamilə ola-ola.

Mədinə dünyaya gəldi və problemlər çözülmədi

2005-ci ildə Könül ilk övladı Mədinəni anasıgildə dünyaya gətirib. Erkən yaşlarından atasını itirən Könül övladının da onun kimi atasız böyüməsini istəmir. Muxtar isə heç nə olmamış kimi, Mədinənin dünyaya gəlişindən sonra, Könülə ayda 100 dollar yardım göndərməklə guya “atalıq borcu”nu yerinə yetirir. Halbuki, həmin pulun böyük hissəsi Könülün kirayə tutduğu evpuluna gedir. Pulsuzluqdan bəzən günlərlə ac qalır. Anası və yaxın qohumları olmasaydı, bəlkə də Könülün acınacaqlı taleyi daha bərbad olardı.
Könül düz iki il beləcə kirayələrdə, qucağında körpə uşaqla yalnızca yaşamağa məcbur olur. O, ümid edir ki, həyatda ilk dəfə sevdiyi və ailə həyatı qurduğu Muxtar bir gün insafa gəlib normal ailə həyatını davam etdirəcək. Hər şey Könülün gözlədiyi kimi də olur. Muxtar günlərin birində Moskvadan geri dönüb, minbir dil tökərək əfv olunmasını diləyir. Beləliklə də qəlbisınıq Könül Muxtarı bağışlayır. Körpə Mədinə isə bilmirdi ki, bu həyatda nələr baş verir.

İkinci övlad Lalanın dramı

2009-cu ildə Könülün ikinci övladı dünyaya gəlir. Muxtarırn ailəsinin təkidi ilə bacısı Lalanın adını qoyurlar bu körpəyə. Həm də Könül və Muxtar arasında barşışıqla yanaşı, ailə İnqilab küçəsindəki əvvəlki mənzilə dönürlər. Könül yenə də israrla Muxtara bildirir ki, artıq ayıbdır, gəl gedək rəsmi kəbin kəsdirək. İki övladımız var, onlardan ayıbdır. Muxtar isə Könülü dinləməyib, hər dəfə müxtəlif bəhanələrlə evdə dava-dalaş salmaqla aranı qatmaqla məşğul olur. Bütün bunlar azmış kimi, Muxtar və onun ailəsi Könülü öz ailəsinin və yaxınlarının xeyir-şərində iştirakdan məhrum edirlər. Yəni onu qoymurlar ki, gedib yaxın qohumlarının tədbirlərində bir insan kimi iştirak edə bilsin.
Bütün bu dramatatik hadisələrdən nə Mədinənin, nə də yenicə dünyaya gəlmiş köpə Lalanın xəbərləri yox idi. Sən demə, qorxulu və dəhşətsaçan dramlar körpə uşaqların bu dünyadan xəbərsiz olduqları dönəmdə baş verir. Onlar böyüdükcə bütün bu ağırlıqları görür və psixoloji sarsıntıları keçirirlər. Bu təbii instintiq insan faciəsinin yazılmamış qanunlarına görə ən dəhşətli şüuraltı təsir vasitəsidir. Övlad dünyaya gəlir və atasının himayəsindən məhrumdur. Özü də ata onu bilə-bilə edirsə, bu əsil fəlakətdir.

Üçüncü övlad Murad dünyaya gəlir və yenə də ailənin üzü gülmür

Muxtar bəlkə də qəlbinin dərinliklərində vicdanı sızıldadığına görə, 2010-cu ildə Heydər Əliyev prospektindəki 78 saylı 4 mərtəbəli binada 3 otaqlı mənzil alır. Sən demə Muxtar bütün bunları görüntü üçün edirmiş. Az sonra mənzili alqı-satqı vasitəsilə yaxın dostu Elmar Rəsulovun adına “oformit” etdirir. Könül bu ərəfədə Muxtara kəbin kəsdirmək və üç övladına sahib çıxmaq kimi tələbləri irəli sürür. Könül hətta Muxtara bildirir ki, əgər övladlarının gerçəkdən onun olduğuna inanmaq istəyirsə, DNK analizindən keçmək lazımdır. Muxtar çox yaxşı başa düşürdü ki, Könül hər sözündə haqlıdır. Ancaq, öz eqoizmi ilə hərəkət etməyi üstün tutur.

Muxtar həmin dönəmdə Moskvadan tez-tez Bakıya cibidolu pulla gəlməyə başlayır. Hər gün sərxoşluq və əyyaşlıq edərək Könülü və övladlarını təhqir etməkdən belə çəkinmir. Artıq 3-cü övladı, Murad dünyaya gəlmişdi. Oğul həsrəti belə, Muxtarın qəlbini yumşaltmadı.
Muxtar sən demə Moskvada qaz vurub, qazan doldurmaqla yanaşı, Bakıda bir neçə mənzil alıb, hətta Səngəçal qəsəbəsində xüsusi sifarişlə özünə villa tikdirib. Uşaqlarınıən ansı Könül isə evsiz idi. Çünki, onun özü və üç uşağı Yasamal rayonundakı “Yeni Yasamal-1, bina 11” ünvanında, yəni anasıgildə qeydiyyatdadırlar. Beləcə, aradan illər ötsə də ailə dramı və gərginlik Muxtarın günahları ucbatından tükənmək bilmir. Ona görə də Könül boşanmaq üçün məhkəmələrə üz tutur.

Hakimlərdən ədalət gözləsə də, “ədalətsiz qərarlar” verildi

Könül Quliyeva Yasamal rayon Məhkəməsinə boşanmaqla bağlı iddia ərizəsi versə də, hakim Sərdar Mehrəliyev “nədənsə” əsas günahkar Muxtar Məmmədovun tərəfini tutur. Beləliklə də üç körpə uşağın evdən bayıra atılmasını “qanun”la rəsmiləşdirir. Könül öz hüququnu müdafiə etmək üçün Nərimanov rayon Məhkəməsinə müraciət edir. Bu dəfə Nərimanov Məhkəməsinin hakimi əvvəlki, yəni Yasamal Məhkməsinin qərarını qüvvədə saxlayır. Könül Quliyeva məcbur olub Apellyasiya Məhkəməsinə üz tutur. Orada da Muxtar Məmmədovun “mənafeyi” qanundan üstün tutulur. Könül Quliyeva bu dəfə Ali Məhkəməyə müraciət edir. Oradakı hakimlər Könül Quliyevanın haqlı şikayətini təmin edirlər. Yenidən məhkəmə işi Nərimanov rayon Məhkəməsində davam etdirilir. Hakim bu dəfə də Könül Quliyevanın üç körpə balası ilə küçəyə atılması barəsində hökm verir. Bütün bunlar azmış kimi məhkəmə icraçıları İmran Cəfərov və Zaur Abdullayev hər gün Könül Quliyevanı təhdid edərək, dərhal mənzili boşaltmasını tələb edirlər. Könül xanım Nərimanov Məhkməsinin qərarından haqlı olduğuna görə kassasiya şikayəti etməsinə baxmayaraq, məhkəmə icraçıları özlərini bilməməzliyə vurmağı daha üstün tuturlar.

Muxtar Məmmədovun böhtan dəyirmanı

Könül Quliyevanın qanunla məhkəmələrə üz tutmasının ardından Muxtar Məmmədov dərhal səxavət kisəsini açaraq, çoxsaylı qondarma vəklilləri ilə məhkəmələrdə minbir fırıldaq ssenarilərini həyata keçirir. Onun İsgəndər adlı vəkili hətta məhkəmə prosesində Könül Quliyevanı təhqid edərək onu “əxlaqsız” və digər aşağılayıcı təhqiramiz sözlərlə təhdid edəndə belə, hakim “susmaq qızıldır” prinsipi ilə hərəkət edib. Halbuki, İsgəndər Qasımov vaxtilə Xətai rayonunda hakim vəzifəsində işləyib və onu fırıldaqçılıq maddəsi ilə işdən qovublar.
Ədalət naminə qeyd etməliyik ki, bu məhkəmələrdə hakimlər sadəcə Könül Quliyevanın aliment tələbini qanunla təmin edib. Ancaq onun mənzillə təmin edilməsi məsələsinə isə göz yumulub. Üç körpə uşağı olan Könül Quliyeva məgər Azərbaycan vətəndaşı deyilmi? Muxtar Məmmədov isə heç nə olmamış kimi övladlarına belə sahib çıxmaqla bağlı heç bir əməli tədbir görmək istəmir. Hətta Könül xanımın övladlarını əlindən alaraq onu analıqdan məhrum etmək üçün bir neçə dəfə təşəbbüslər göstərib. Onun vəkilləri iddia irəli sürərək bildiriblər ki, guya Könül xanım “əxlaqsız”dır, “narkoman”dır və sair. Muxtarın bötan dəyirmanına dəstək verənlər elə öz vəkilləri və məhkəmə hakimlərdir.

11 min manat təklifi nə üçün idi?

Ötən ilin yayında Muxtar Məmmədov vəkilləri vasitəsilə Könül Quliyevanı ələ almaq üçün təşəbbüs irəli sürür. Yəni 11 min manat pul ödəməklə Könül Quliyeva bir daha məhkəmələrə üz tutmayacaq. Təbii olaraq Könül xanım bu təklifdən imtina edib. Çünki, həmin vəsaitlə üç körpəsi üçün adi quş damı belə əldə edə bilməz. Beləcə bir gənc xanımın ailə dramı tükənmək bilmir. Muxtar Məmmədov və məhkəmələrdə ədalətin yanında durmağa and içmiş hakimlərin davranışları əslində cəmiyyətin yaramazlıqları olaraq beləcə davam edir.//hurriyyet.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda kişi toy gecəsi həyat yoldaşını boğaraq öldürdü - TƏFƏRRÜAT

    Azərbaycanda kişi toy gecəsi həyat yoldaşını ...

    27-08-2018, 15:38

  • 
  • Bəy toy gecəsi məşuqu ilə sevişən arvadını belə öldürdü (VİDEO)

    Bəy toy gecəsi məşuqu ilə sevişən arvadını belə ...

    12-03-2015, 00:02

  • 
  • “Könül Kərimova mənim “mamam”dır”

    “Könül Kərimova mənim “mamam”dır” ...

    16-07-2014, 11:54

  • 
  • Könül Kərimova qəzaya düşdü, sevgilisi öldü

    Könül Kərimova qəzaya düşdü, sevgilisi öldü ...

    8-11-2014, 00:42

  • 
  • "Siz gedin, mən onları qoyub gələ bilmərəm" - yanan binada İNSANLIQ DRAMI

    "Siz gedin, mən onları qoyub gələ ...

    22-05-2015, 13:28


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu