GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ramazan ayı yaxınlaşır

Ramazan ayı yaxınlaşır

Tarix: 20-04-2019, 09:50 Bölmə :Cəmiyyət Baxış: 523
D
Ramazan ayı yaxınlaşır


Müsəlmanların oruc ayının başlama təqvimi və qaydaları haqqında məlumatlar

Bu il Ramazan ayı mayın 6-da başlayır. QMİ-nin ilin əvvəlində hazırladığı təqvimdə göstərilir ki, mayın 6-sı Ramazan ayının 1-nə, yəni orucluğa təsadüf edir. Lakin QMİ-dən bildirdilər ki, İdarə aprelin 29-da toplantı keçirəcək və bu zaman Ramazan ayının başlaması təqvimi elan olunacaq.

Bilindiyi kimi, bəzi İslam məzhəb və cərəyanları Ramazan ayının və ümumiyyətlə təqvimin başlaması üçün yeni ayın hilalının görünməsi, özü də insanın öz gözləri ilə görməsini şərt bilirlər. Bir sıra ölkələr isə texniki hesablama qaydasına əsasən ilin əvvəlindən təqvim elan olunur. Buna görə də adətən Ramazan və Qurban bayramları zamanı bu cür fikir ayrılıqları yaranır. Bu mənada ayın başlaması ilə bağlı fikir ayrılıqları yəqin ki, bu ildə olacaq.

Qeyd edək ki, artıq Türkiyədə də Ramazan ayının başlanması tarixi elan olunub. Mayın 6-da Türkiyədə ilk Ramazan ayının birinci günü olacaq.

Oruc tutmaq bütün səmavi dinlərdə rast gəlinən (formalarında fərq var - K.R.) ibadətdir. Bu səbəbdən də Quran-Krimin Bəqərə surəsinin 183-cü ayəsində buyurulur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!”

İslam dinində oruc tutmaq vacib ibadətlər kateqoriyasına aiddir. Yalnız xüsusi hallarda, səhhət və eləcə də təbii olaraq oruc tutması mümkün olmayanlar istisna olmaqla bütün müsəlmanlara Ramazan ayında oruc tutmaq vacibdir. Bu ayda üzürlü olaraq oruc tuta bilməyənlər sonrakı il ərzində oruc tutmalıdırlar.

Ramazan ayında müsəlman olan şəxsin yaşı və səhhəti, eləcə də digər məhdudiyyətlər olmadğı halda oruc tutması vacibdir. Quranda oruc tutmağn qaydaları haqqında bır sıra ayələr mövcuddur. O cümlədən, “(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidir. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sızin üçün nə qədər xeyirlıdir!” (Bəqərə surəsi, ayə 184).

İslam tarixi mənbələrinə əsasən Ramazan ayı orucu hicrətin 2-ci ilindən qeyd olunmağa başlayıb. İmam Əli (ə) buyurur ki, “Oruc qul ilə Yaradanı arasında bir ibadətdir, Allahdan başqa kimsə onu bilə bilməz”.

Oruc tutmaq insanı Allaha daha da yaxınlaşdırır. Bir ay boyunca imanlı müsəlman Allah üçün dan yeri ağarandan axşam vaxtına qədər ac, susuz qalır, eləcə də adi günlərdə edə bildiyi bir sıra gündəlik işlərdən imtina edir. Eyni zamanda oruc tutan insan ac və susuz qalmanı praktiki olaraq yaşayır və ehtiyaclı insanlara qarşı təbii bir mərhəmət hissi yaşayır, ona səbri aşılayır. İslam Peyğəmbəri (s.ə.s) buyurur: “Bu aydakı aclıq və susuzluqla qiyamət gününün aclıq və susuzluğunu yad edin”. Oruc tutmaq insanı sağlamlaşdırır. Həzrət Məhəmməd (s.ə.s) buyurur: “Oruc tutun ki, sağlam olasınız”.

Oruc tutan insan sübh azanından (dan yeri ağarandan - K.R.) şam azanına qədər, yəni günəş batdıqdan sonra orucu pozan 9 əməldən (yemək-içmək, cinsi yaxınlıq, yalan danışmaq, qatı tozu udmaq, sübh azanına qədər bilərəkdən cənabətli qalmaq, maye ilə imalə etmək, qusmaq (qəsdən özünü qusmağa məcbur etmək) uzaq durmalıdır. Oruc yalnız ac və ya susuz qalmaq deyil, həm də insanın gündəlik etdiyi bir sıra əməllərdən çəkinməsi, daha diqqətli olması və gününü ibadətə həsr etməsi kimi şərh olunur. Oruc tutan müsəlman axşam gün batan zaman verilən şam azanı ilə orucunu açır.

İftar zamanı dua oxunur: “Əllahummə ləkə sumtu va əla rizqikə əftərtu va ələykə təvəkkəltu ya vasiəl-məğfirəti iğfir li”. Tərcüməsi belədir: “Ey mehriban Allah! Sənin əmrinlə oruc tutub və Sənin verdiyin halal ruzi ilə iftar edirəm, Sənə təvəkkül edirəm. Ey böyük rəhmət sahibi, mənim günahlarımı bağışlayıb mənə rəhm et!”

Ramazan ayının mühüm təqvimlərindən biri də Qədr gecələridir. İslam mənbələrinə görə, Quran-Kərim müqəddəs Peyğəmbərimizə məhz bu gecədə nazil olub. Odur ki, müsəlmanların hər il Ramazan ayında bu gecədə oyaq qalıb dua etmələri savab əməl sayılır. İslam mənbələrində Ramazan ayının sonuncu 10 günün tək günləri, xüsusən də Ramazan ayının 19, 21, 23 və 27-ci gecələridir. Bu il müvafiq olaraq mayın 23, 25, 27 və 31-i qədr gecələri qeyd olunacaq.

Quran-Kərimin 97-ci surəsi olan Qədr surəsi bu münasibətlə nazil olunub. Qədr gecəsi Quranın nazil olduğu, xeyir və bərəkətli gecə kimi təsvir olunur. “O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!) (Qədr surəsi, 5-ci ayə).

Quran-Kərim və hədisələrdə Ramazan ayı və oruc ibadətinə böyük önəm verilib. Həzrət Məhəmməd (s.ə.s.) Ramazan ayının başlanması ilə bağlı söylədiyi məşhur çıxışda buyurur: “Ey insanlar! Həqiqətən bu ayda Cənnət qapıları açıqdır. Allahdan qapılarını sizin üçün bağlamamasını diləyin. Bu ayda Cəhənnəm qapıları bağlıdır. Allahdan Cəhənnəm qapılarının sizin üzünüzə açılmamasını diləyin. Bu ayda şeytanlar zəncirlənmiş olarlar. Dua edin ki, Allah onların şərindən sizi uzaq etsin”.

Hicri-Qəməri təqvimə əsasən, ayın görünməsindən asılı olaraq Ramazan ayı 29 və ya 30 gün davam edə bilər. Oruc tutan müsəlmanlar sonuncu Ramazan axşamında qeyd olunan məbləğdə fitrə zəkatı çıxıb onu kasıb, ehtiyaclı insanlara bağışlamalıdır. Fitrə zəkatı Ramazan ayının sonuncu günü, axşam azanı zamanı, yəni bayram elan olunduqdan sonra ayrılmalı və sabah ehtiyaclı insanlara verilməlidir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ramazan ayı nə vaxt başlayır?

    Ramazan ayı nə vaxt başlayır? ...

    27-03-2019, 13:58

  • 
  • Bu gün Ramazan ayı başlayır

    Bu gün Ramazan ayı başlayır ...

    7-06-2016, 00:40

  • 
  • Azərbaycanda Ramazanla bağlı fətva verildi

    Azərbaycanda Ramazanla bağlı fətva verildi ...

    8-07-2013, 15:16

  • 
  • Ramazan ayının beşinci günündə imsak və iftar vaxtı

    Ramazan ayının beşinci günündə imsak və iftar ...

    21-05-2018, 09:13

  • 
  • 4 gün iş olmayacaq

    4 gün iş olmayacaq ...

    18-06-2015, 07:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu