GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Məndən 3 milyon istədilər, Eldar Mahmudova zəng elədim...” – Tağı Əhmədov

“Məndən 3 milyon istədilər, Eldar Mahmudova zəng elədim...” – Tağı Əhmədov

Tarix: 20-04-2019, 18:52 Bölmə :Cəmiyyət Baxış: 779
“Məndən 3 milyon istədilər, Eldar Mahmudova zəng elədim...” – Tağı Əhmədov


Bakı metropolitenini sabiq rəisi Tağı Əhmədovun 3 milyon manatını ələ keçirən sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə verdiyi ifadəsi məlum olub.

Tağı Əhmədov bildirib ki, Bakı Metropolitenini rəisi vəzifəsindən azad olunduqdan sonra, 2014-cü ilin yaz aylarında əvvəldən tanıdığı Rəsul adlı MTN əməkdaşı ona zəng vurub, Hüseyn Cavid bağında görüşüblər: “Rəsul adlı MTN əməkdaşı Akif Çovdarovun məndən nazirliyə çoxsaylı şikayət ərizələrinin daxil olduğunu dedi. Bu şikayətlərin qarşısını almaq, mənim xeyrimə həll etmək üçün müəyyən məbləğdə pul istədiyini bildirdi. Ancaq konkret məbləğ söyləmədi. Rəsula heç kimə hər hansı məbləğdə pul verməyəcəyimi dedim”.

Tağı Əhmədovun sözlərinə görə, Akif Çovdarovun qanunsuz hərəkətləri barədə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova məlumat vermək məqsədilə onun iş telefonuna bir neçə dəfə zəng edib və köməkçisi Vüqar Mahmudovla danışıb:

“Özümü Vüqar Mahmudova təqdim etdim, nazirlə danışmaq istədiyimi dedim. Vüqar Mahmudov nazirin məşğul olduğunu söylədi. 5-6 dəfə zəng vurduqdan sonra Vüqar bildirdi ki, nazirlə danışmaq istədiyimi Eldar Mahmudova çatdırıb, nazir də bu məsələni Akif Çovdarova tapşırıb, məsələmi onunla həll etməli olduğumu söyləyib.

Bundan sonra Akif Çovdarovun məndən istədiyi puldan Eldar Mahmudovun da xəbəri olduğunu yəqin etdim”.

Tağı Əhmədov qeyd edib ki, bir neçə gün sonra MTN əməkdaşı Rəsulla yenə H.Cavid parkında görüşüb: “Rəsul Akif Çovdarovun həmin vaxt Xətai rayon Məhkəməsində hakim vəzifəsində işləyən oğlum Rauf Əhmədovu yanına çağırmaq istədiyini bildirdi. Həmin dövrdə bir sıra öyrədilmiş adamlar mətbuatda oğlum haqqında şər-böhtan yazırdılar.

Həmin yazıları Akif Çovdarovun mənə hədə-qorxu gəlmək üçün yazdırdığını düşündüm. Rəsuldan soruşdum ki, Akif Çovdarov oğlumu nə səbəbə nazirliyə çağırmaq istəyir. Rəsul bunun səbəbini bilmədiyini dedi. Yalnız söylədi ki, Akif Çovdarovun sözlərini mənə çatdırır, əlavə etdi ki, Çovdarov Rauf özü nazirliyə gəlməsə, başına torba keçirdərək gətizdirəcəyini bildirib. Ürək xəstəsi olan oğlumun səhhətindən narahat olduğum üçün Akif Çovdarovun məndən nə qədər pul istədiyini soruşdum. Rəsul Akif Çovdarovun 3-5 milyon manat arasında pul istədiyini dedi. Ona 3 milyon manat verə biləcəyimi söylədim.

Rəsuldan ayrıldıqdan sonra evimdə olan 44 illik əmək fəaliyyətim nəticəsində yığdığım həmin məbləğdə pulu düzəltdim. Rəsulla əlaqə saxladım, o da zəng edərək mənə məlumat verəcəyini dedi”.

Tağı Əhmədovun sözlərinə görə, bir müddət sonra Rəsul ona zəng vurub: “2014-cü ilin aprel ayının əvvəlləri idi. Rəsul pulu aprel ayının əvvəllərində, səhər tezdən 20 saylı orta məktəbin yaxınlığında, Müdafiə Nazirliyinin Ordu İdman Klubuna qarşı tərəfdə, Parlament prospektinə düşən küçədə, qara rəngli “CİP” markalı avtomaşında Akif Çovdarovun şəxsən özünə vermək lazım olduğunu dedi.

Akif Çovdarovla görüşmək istəmədiyimdən pulu qardaşım oğlu Əli Əhmədov və oğlum Ruslanın çatdıracağını Rəsula dedim. Akif Çovdarova vermək üçün hazırladığım 3 milyon manatın 1.200.000 ABŞ dolları, 1.500.000 avro, 300.000 isə manat əskinasda olub. Pulların hamısı birgə 3 milyona bərabər idi.

Rəsulla danışandan sonra həmin pulları oğlum Ruslana verdim. Kömək üçün qardaşım oğlu Əli Əhmədovu da çağırdım. Həmin pulları oğlum və qardaşım oğlunun necə qablaşdırmasından, nəyin içinə qoymalarından məlumatım yoxdur.

Əli və Ruslan qeyd olunan pulu aprelin 10-dan 12-nə kimi olan dövrdə, tarixin dəqiq xatırlamadığım zamanda Akif Çovdarova şəxsən veriblər. Pulu verəndən sonra Akif Çovdarov və digərləri ilə hər hansı bir əlaqəm, təmasım olmayıb”.

Tağı Əhmədov bildirib ki, 2015-ci ilin oktyabrında Eldar Mahmudov işdən çıxarıldıqdan sonra Rəsula zəng edib və Akif Çovdarovun ondan aldığı pulu qaytarmasını tələb edib: “Rəsul sözlərimi çatdıracağını dedi. Bir müddət sonra cavab verdi ki, Akif Çovdarov heç bir pul görmədiyini, almadığını deyir.

2014-cü ilin aprelində 3 milyon manat pul verməzdən bir-iki gün əvvəl metronun “Koroğlu” stansiyasında işləyən ticarət işçilərindən Elşən adlı şəxsi və qardaşım oğlu Şövqünü Akif Çovdarovun işçiləri qanunsuz olaraq iş yerlərindən nazirliyə aparıb, orada onların hər ikisini döyüblər. İşə qarışandan sonra, yəni nazirin köməkçisi Vüqar Mahmudova zəng vurandan sonra onların hər ikisini buraxıblar.

Akif Çovdarovun belə təzyiqlərindən sonra 2014-cü ilin aprel ayında 3 milyon manatı Akif Çovdarova çatdırmışam. Yalnız bundan sonra Akif Çovdarov məndən və yaxınlarımdan əl çəkib”.

Qeyd edək ki, Vüqar Mahmudovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin edilib. //teleqraf.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tağı Əhmədovun oğlu istintaqa Akif Çovdarov haqda nə deyib – sensasion təfərrüat

    Tağı Əhmədovun oğlu istintaqa Akif Çovdarov haqda ...

    5-05-2016, 15:06

  • 
  • Tağı Əhmədovun həyat yoldaşı milyonlarla dollar dəyərində sərvət iddiasından danışdı

    Tağı Əhmədovun həyat yoldaşı milyonlarla dollar ...

    13-07-2017, 13:15

  • 
  • ​Tağı Əhmədovun 3 milyon manatlıq iddiasına baxılmadı

    ​Tağı Əhmədovun 3 milyon manatlıq iddiasına ...

    30-10-2017, 19:57

  • 
  • Eldar Mahmudovun əmisi oğlunun həbs müddəti uzadılıb, ona qarşı yeni ittihamlar irəli sürülüb

    Eldar Mahmudovun əmisi oğlunun həbs müddəti ...

    27-09-2018, 12:00

  • 
  • Eldar Mahmudovun əmisi oğlu həbs olunub

    Eldar Mahmudovun əmisi oğlu həbs olunub ...

    4-11-2017, 10:59


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
https://betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu