Bu gün Sabunçu Rayon Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyevvə keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işində zərərçəkmiş qismində tanınan "Metropoliten"in sabiq rəsi və Yeni Azərbaycan Partiyasının Yasamal Rayon Şöbəsinin sədri Tağı Əhmədovun mülki iddiası ilə bağlı qərar açıqlanıb. Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə T.Əhmədovun mülki iddiası baxılmamış saxlanılıb. Xatırladaq ki, T.Əhmədov cinayət işində zərərçəkmiş qismində tanınıb. O, məhkəmədə 3 milyon manatlıq mülki iddia qaldırmışdı. Hökmə əsasən, təqsirləndirilən A.Çovdarov 12 il, S.Məmmədov 11 il, A.Əliyev 5 il və O.Osmanov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.|report
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?